Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   22   23   24   25   26   27   28   29   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

74 



Rəqib, evin bərbad olsun! 

Saralıb güllərin solsun! 

Ayrılan necə şad olsun

Belə sərxoş nigarından! 

 

Eylərəm yüz min xəyalı, 



Pərişandı könül halı.  

Gecə-gündüz yar camalı,  

Getmir gözüm kənarından! 

 

Mən Tahirəm, baxt itirdim, 



Dərdimi həddən ötürdüm, 

Cəfa çəkdim, bağ bitirdim, 

Dərmədim bircə barından! 

 

Nərgiz onun üstünə acıqlanıb dedi: 



-  Heç  dara-bara  eləmə.  Səni  mən  heç  yerə  buraxmayacağam.  Nə 

Zöhrəbazlıqdı?  

Tahir Mirzə bir ah çəkib, görək Nərgizə nə dedi: 

 

Budu, gəldi bahar fəsli, 



Açılıbdı lala, nərgiz! 

Ağız süddü, dodaq qaymaq

Dilin batıb bala, Nərgiz! 

 

Gedərsən Çinə, Maçinə, 



Müşk, ənbər səpdin saçına; 

Bənzəyirsən ağ laçına, 

Hey cumursan gölə, Nərgiz! 

 

Alayıbsan, alayıbsan, 



El-obanı talayıbsan, 

İpək şəddə dolayıbsan, 

Şal üstündən belə, Nərgiz! 

 

На deyərəm: xanım, xanım, 



Od tutdu cəsədim, canım; 

Töhmət altda çıxdı canım, 

Rəhmin gəlsin mənə, Nərgiz! 

 

Kəsibsən aşığın yolun, 



Qırıbsan qanadın, qolun, 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

75 



Tuti kimi oxur dilin, 

Dönübsən bülbülə, Nərgiz! 

 

Uca-uca dağlar qaldı, 



Gülü solmuş bağlar qaldı, 

Zöhrə yarım ağlar qaldı, 

Dur sal məni yola, Nərgiz! 

 

Sən Tahiri küsdürürsən



Qorxudub, qan qusdurursan, 

Dar quruban asdırırsan, 

Zülüm olmaz belə, Nərgiz! 

 

Nərgiz gördü ki, Tahir Mirzəni saxlaya bilməyəcək, dedi:  



-  Oğlan,  get,  Allah  səni  sevgilinə  çatdırsın!  Ancaq  məni  yaddan 

çıxartma!  

Nərgiz ona bir kisə cavahir, bir xurcun çörək verdi. Tahir Mirzə Nərgizlə 

görüşüb, yola düşdü. Bu, getməkdə olsun, eşit Xanverdi sövdəgərdən.  

Xanverdi  sövdəgər  evə  gəlib  gördü  nə,  Tahir  Mirzə  yoxdu.  Nərgizdən 

soruşdu. Nərgiz bütün əhvalatı ona nağıl elədi. Xanverdi atını minib, Tahirin 

dalınca getdi. Tahirə çatıb dedi:  

- Nəməkbəharam, haraya qaçırsan?  

Tahirin  rəngi  saraldı,  gözləri  yaşla  doldu.  Əli  titrəyə-titrəyə  sazını 

bağrına basıb, görək Xanverdiyə nə dedi:  

 

Könül qalxdı vətən sarı yeridi, 



Bir sözüm var sənə, Xanverdi, deyim. 

Duz-çörəyi halal elə, gedirəm, 

Düxtər öz əlindən nan verdi yeyim. 

 

Mən qanmışam о maralın sözündən, 



Almamışam busasını üzündən, 

Ya el tənəsindən, ya öz-özündən, 

Zöhrə bəlkə məndən yan verdi, deyim. 

 

Tahir Mirzə, sözün şana düzüldü, 



Xumarlanıb ala gözlər süzüldü. 

Zağı vurdu, gül yarpağı üzüldü, 

Bülbül gül yolunda can verdi, deyim. 

 

Xanverdi gördü Tahir haqq aşığıdı, onu geri döndərə bilməyəcək, halal-



hümmət eləyib, geri qayıtdı.  


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

76 



Tahir  Mirzə  üz  qoydu  yarı  olan  diyara  tərəf,  ta  ki,  gəlib  çıxdı  Hatəm 

Soltanın vilayətinə. Gördü bir çoban qoyun otarır, özü də başdan ayağa qara 

geyinib. Salam verib dedi:  

-  Çoban  qardaş,  niyə  qara  geyinibsən?  Aldı çoban, görək  ona  nə  cavab 

verdi: 

 

Başına döndüyüm, a cavan oğlan



Ağam üçün mən qaranı geymişəm. 

Dolanım başına, mən alım qadan, 

Ağam üçün mən qaranı geymişəm. 

 

Düşmən bizə düşmənliyin bildirdi,  



Ağlayıban didəm yaşın sildirdi. 

Hatəm Soltan Əhməd vəziri öldürdü, 

Onun üçün mən qaranı geymişəm. 

 

Səhər-səhər doğan dan ulduzudu, 



Aşıqların söhbətidi, sazıdı, 

Adı bəlli - Hatəm Soltan qızıdı, 

Zöhrə qara geyib, mən də geymişəm.  

 

Çobanın  adı  Şahqulu  idi.  Şahqulu  Tahir  Mirzəni  tanıyıb,  əl-ayağına 



düşdü, onu evlərinə apardı. Anasını çağırıb dedi:  

-  Mən  qoyunu  arxaca  yığıb  gələnə  kimi  xörəyi  hazır  elədin,  canın 

qurtardı, əgər eləmədin, and olsun Allaha, bu ağac ilə səni öldürəcəyəm.  

Arvad canının qorxusundan  о saat xörəyi bişirib, dəmə vurdu. Şahqulu 

da  qoyunu  arxaca  yığandan  sonra  qayıdıb  gəldi.  Qarı  qalxıb  əlüstü  süfrə 

saldı, xörəyi qablara çəkdi, gətirib ortaya qoydu. Şahqulu anasına dedi:  

- Ana, bir bax gör bu oğlan kimə oxşayır?  

Qarı diqqətlə baxıb dedi:  

- Ay bala, rəhmətlik Tahir Mirzəyə oxşayır.  

Şahqulu dedi:  

- Arvad, rəhmətlik niyə? Diqqətlə bax, Tahir Mirzə özüdü.  

Qarı  о  saat  özünü  Tahir  Mirzənin  üstünə  atdı,  boynunu  qucaqlayıb, 

başladı şadlığından ağlamağa.  

Tahir Mirzə bütün başına gələnləri onlara nağıl elədi. Şahqulu işdən halı 

olandan sonra anasına dedi:  

-  İndi,  ana,  mən  gedirəm  qoyunu  yaylıma  aparam.  And  olsun  Allaha, 

gələm  görəm  Tahir  Mirzəni  Zöhrəyə  yetirməyibsən,  bu  ağacla  belini 

qıracağam.  

Arvadın canına titrəmə düşüb dedi:  

- Ay balam, mən necə görüşdürüm?  




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

77 



Tahir Mirzə dedi:  

- Ana, qəm çəkmə. Al bu pulu, get iki dəst arvad paltarı al, gətir geyinək. 

Tut mənim əlimdən apar Zöhrənin qapısına. Deginən bu mənim qızımdı, əri 

ölüb,  neçə  vaxtdan  bəri  bütün  olan  mal-dövlətini  yeyib  qurtarıb,  indi  bunu 

sənə qulluqçu vermək istəyirəm. Ondan sonrası ilə işin yoxdu.  

Arvad о saat bazara getdi. Tahir Mirzə dediyi kimi, iki dost arvad paltarı 

aldı,  evə  gətirdi.  Birini  özü  geydi,  birini  də  Tahir Mirzəyə  geydirdi.  Tutub 

onun  əlindən  Zöhrənin  qapısına  yetirdi.  Gördü  dayə  başında  məcməyi 

deyinə-deyinə Zöhrəyə xörək aparır. Qarı dayəni çağırıb dedi:  

-

 



Bu  mənim  qızımdı.  Hər  işdən  başı  çıxır.  Sən  Allah,  Zöhrə  xanıma 

de, gör bunu qulluqçu saxlaya bilərmi?  

Dayə  şadlığından  bilmədi  nə  eləsin.  Çünki  ümid  eləyirdi  ki,  özünə 

köməkçi olacaq, dedi:  

-  Al,  sən  bu  məcməyini  götür,  mən  də  qəndabı  götürüb  gəlim,  Zöhrə 

xanımın qulluğuna gedək.  

Dayə getcək Tahir Mirzə çobanın anasına dedi:  

- Ana, sən daha işini qurtardın, gedə bilərsən.  

Qarı  geri qayıtdı.  Tahir Mirzə  Zöhrənin  otağına  girdi,  sandığın  dalında 

gizləndi. İndi bunlar burada qalsınlar, sizə Zöhrə xanımdan xəbər verim.  

Həmin  gün  Zöhrə  xanımın  əhvalı  çox  pərişan  idi.  Tahirlə  keçirdiyi 

vaxtları  yadına  salmışdı.  Gözlərinin  yaşını  tökə-tökə  aldı,  görək  halına 

münasib nə dedi: 

 

Qızlar, gəlin sizə halım söylüyüm, 



О keçən günlərim yadıma düşdü. 

Tahirin yanında məktəbxanada  

Yarla oxuduğum yadıma düşdü. 

 

Səhər-səhər Tahir evə gələrdi, 



Şirin-şirin söhbət açıb gülərdi, 

Ürəyimi alıb, eynim silərdi, 

Gülüb danışdığı yadıma düşdü. 

 

Mən Zöhrəyəm, beli incə, boy bəstə, 



Zülfüm dal gərdəndə çin, dəstə-dəstə; 

Yerin salardım mən bu sinəm üstə, 

Zarafatlaşdığım yadıma düşdü. 

 

Sözü tamama yetirib, öz xas kənizi Mələksumaya dedi:  



-  Ay  Mələksuma,  aşxana  aşı  yeməkdən  cana  gəlmişəm.  Dur,  bir  qədər 

yağ, düyü gətir, özüm bişirib, özüm yeyəcəyəm.  




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə