Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

55 



 

DARIXMIġAM 

 

Yalqız, qərib bir ney kimi 

Yenə yaman darıxmışam. 

Köksü nəmlı quzey kimi 

Günə yaman darıxmışam. 

 

Bir diləyi görəsiyəm, 



Uzun yollar gedəsiyəm, 

Sanki çillə gecəsiyəm

Dana yaman darıxmışam. 

 

Ruzgardır.. 



               Bircətəhər, 

Yaxşı-pisdən 

                       ötüb gedər. 

Doğrusunu desəm əyər, 

Sənə yaman darıxmışam. 

 

 



 

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

56 



DASTANLARIMIZ 

 

TAHĠR VƏ ZÖHRƏ



18

 

 

ÜSTADNAMƏ 

 

Gəlin sizə mən ərzimi eyləyim,  



Aqil olan, bu dünyada var nədi? 

Dünya bir bostandı, pozular gedər

Çiçək nədi, yemiş nədi, bar nədi? 

 

Bu dünyada çox-çox şirin mal olur, 



Tamahkarın halı müşkül hal olur. 

Qol burulur, qulaq batır, lal olur

Qohum nədi, qardaş nədi, yar nədi? 

 

Dəllək Murad, bu yollarda sürünnəm, 



İndi gedişimdi, nə vaxt görünnəm? 

Altım torpaq, üstüm də daş, hörünnəm, 

İsti nədi, soyuq nədi, qar nədi?  

 

Ustadlar  ustadnaməni  bir  deməz,  iki  deyər,  biz  də  deyək  iki  olsun, 



düşmənlərin gözü oyulsun. 

 

Fürsət əldə ikən yaxşılıq eylə, 



Həmişə əlində ixtiyar olmaz. 

Gəl güvənmə dövlətinə, malına, 

Mala, mülkə, ömrə etibar olmaz. 

 

Dörd yanımız bağça ola, bağ ola, 



Sinəm üştü düyün ola, dağ ola, 

Bir kiçik ki, böyüyünə ağ ola, 

Düşər el gözündən, bəxtiyar olmaz. 

 

Ululu Kərimi axtaran tapar, 



Bir könülü tikən min Kəbə yapar, 

Sən çalış işini haqq ilə apar, 

Haqdan qeyri kimsə sənə yar olmaz. 

 

                                                 



18

 Azərbaycan dastanları. Beş cilddə. I cild. Bakı, “Lider nəşriyyatı”, 2005. 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

57 



Ustadlar  ustadnaməni  iki  deməz,  üç  deyər,  biz  də  deyək  üç  olsun, 

düşmən ömrü puç olsun. 

 

Əzəl başdan sənlə sevda eylədim



Çox da verdim sənə nəsihət, könül! 

Əcəl meydanından, can bazarından,   

Qurtarmaq lazımdı salamat, könül! 

 

Hər məclisdə sən hərcayi söyləmə! 



Xançal alıb bağrım başın teyləmə! 

Daldalarda lafi-kəzaf eyləmə! 

Saxla hərzə dilin amanat, könül! 

 

Bir gün olar xeyir-şərlər seçilər, 



Boya görə yaxşı xələt biçilər, 

Bu dünyadan о dünyaya köçülər

Abbas onda eylər şikayət, könül! 

 

Ustad  belə  rəvayət  edir  ki,  Qaraman  şəhərində  iki  qardaş  var  idi. 



Böyüyünün adı Hatəm Soltan, kiçiyinin adı Əhməd vəzir idi. Hatəm Soltan 

Qaraman  şəhərinin  padşahı,  Əhməd  onun  vəziri  idi.  Mal-dövlətləri  bihədd, 

cah-calalları  bihesab  idi.  Ancaq  heç  birinin  züryəti  yox  idi  ki,  öləndə 

yerlərində qalsın. Əhməd vəzir adil, rəiyyətpərvər idi. Amma Hatəm Soltan 

zalım,  xunxarın  biri  idi.  Əhməd  vəzir  fəqirə,  füqəraya  həmişə  əl  tutardı. 

Ancaq  övladı  olmadığından  həmişə  bikef,  qəmgin  olardı.  Günlərin  bir 

günündə Əhməd vəzir yenə də oturub övlad dərdi çəkirdi, bu zaman nurani 

dərviş daxil olub, salam verdi. Əhməd vəzir salamın cavabını rədd edəndən 

sonra, qalxıb dərvişin kəşkülünü aldı, içinə bir çəngə əşrəfi qoyub, dərvişə 

qaytardı. Dərviş qoltuğundan bir alma çıxardıb, Əhməd vəzirə dedi: 

-  Al, muradın hasil olar, - deyib çıxıb getdi.  

Əhməd  vəzir  almanı  о  tərəfə-bu  tərəfə  çevirdi,  baxdı  ki,  ömründə  bu 

gözəllikdə  alma  görməyib.  Heç  dünya  almasına  bənzəmir.  Əhməd  vəzir 

axşama kimi almaya tamaşa elədi.  

Axşam  rəxt-xabə  girib  yatdı.  Gecənin  bir  aləmində  gördü  ki,  evin  bir 

tərəfindən  divar  yarıldı,  həmin  alma  verən  nurani  dərviş  içəri  girdi.  Dərviş 

üzünü Əhməd vəzirə tutub dedi:  

-  Ay  Əhməd  vəzir,  dünən  sana  verdiyim  almanı  götürüb,  gedərsən 

Hatəm  Soltanın  hüzuruna.  Almanı  tən  ortasından  iki  yerə  bölərsən.  Bir 

parçasını  sən  yeyərsən  öz  arvadın  ilə,  bir  parçasını  da  Hatəm  Soltan  öz 

arvadı ilə yeyər. İnşallah hər ikinizin övladı olar.  

Dərviş  sözünü  qurtarıb  qeyb  oldu,  divar  da  ağız-ağıza  gəlib,  bitişdi.  О 

saat Əhməd vəzir hövlnak yuxudan ayıldı. Gördü heç kəs yoxdu, ancaq otaq 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

58 



ətir, ənbər qoxusu verir. Anladı ki, yuxu  görüb imiş. Bir qədər fikrə getdi. 

Aranı  dağa  apardı,  dağı  arana  gətirdi.  Elə  fikirdə  idi  ki,  arvadı  otağa  daxil 

oldu. Arvad bir о tərəfi iylədi, bir bu tərəfi iylədi, acıqlı-acıqlı dedi:  

-  Ey  Əhməd  vəzir,  bu  nə  ətir,  ənbərdi?  Deyəsən  günüz  ibadət  eləyib, 

gecələr lotu-potularınan bir yerdə olursan?  

Əhməd vəzir cavab verdi ki:  

- Arvad, hövsələni yığ! Günah eləmə! Dünən bir nurani dərviş mənə bir 

alma  verdi  ki,  qardaşımla  yeyək  övladımız  olsun.  Bu  ətir  haman  almanın 

ətridi.  

Arvad şad olub, hərəmxanaya getdi, Əhməd vəzir də qardaşnın hüzuruna 

gəlib,  əhvalatı  ona  nağıl  etdi.  Almanı  ikiyə  bölüb,  birini  qardaşının 

bərabərinə qoydu, birini də özündə saxlayıb dedi:  

- Ey qardaş, gəl bir şərt qoyaq, ondan sonra almanı yeyək.  

Hatəm Soltan cavab verdi:  

- Çox gözəl, nə şərtin var, söyləyə bilərsən.  

Əhməd vəzir dedi:  

-  Qardaş,  atanın  üstündə  övladın  üç  haqqı  var.  Birinci  tərbiyə,  ikinci 

təlim,  üçüncü  evləndirmək.  Bu  üç  məsələni  vacibdi  ata  yerinə  yetirsin. 

Burda şərt qoyaq ki, əgər mənim oğlum, sənin qızın olarsa, sən qızını mənim 

oğluma  verərsən,  yox,  mənim  qızım,  sənin  oğlun  olarsa,  mən  qızımı  sənin 

oğluna verərəm.  

Hatəm  Soltan  vəzirin  fikrini  bəyəndi,  əl-ələ  verib, əhd  elədilər.  Almanı 

yedilər.  Bir  müddət  gəlib  keçdi,  hər  ikisinin  arvadı  hamilə  qaldı.  Əhməd 

vəzir başladı yetim-yesirə, fəqir-füqəraya ehsan verməyə. Та ki, doqquz ay, 

doqquz  gün,  doqquz  saat,  doqquz  dəqiqə,  doqquz  saniyə  tamam  oldu.  Hər 

ikisinin  arvadı  bari-həmli  yerə  qoydu.  Əhməd  vəzirin  bir  oğlu,  Hatəm 

Soltanın  bir  qızı  oldu.  Bu  uşaqlar  hər  ikisi  bir-birinə  о  qədər  bənzəyirdilər 

ki,  guya  bir  alma  yarı  bölünmüşdü.  Məclis  qurdular,  şadlıq  keçirdilər, 

oğlanın  adını  Tahir,  qızın  da  adını  Zöhrə  qoydular.  Uşaqların  hər  ikisini 

kamil dayələrə tapşırdılar.  

Nağıl  dili  yüyrək  olar.  Vaxt  dolandı,  il  keçdi,  oğlanla  qız  yeddi  yaşa 

doldular. Bunlar elə gözəldilər, gözəllikdə bərabərləri yox idi. Əhməd vəzir 

Hatəm  Soltana  xəbər  göndərdi  ki,  uşaqların  məktəb  vaxtıdı.  Hər  ikisi  də 

həmrəy olub, uşaqları kamil bir mollaya tapşırdılar.  

Uşaqlar  bir  yerdə  məktəbə  gedib-gəlirdilər.  Bir  oturub,  bir  dururdular. 

Oyun  vaxtı  da  uşaqlara  qatışmayıb,  bir  küncdə  söhbət  elərdilər.  Məktəbin 

həyətində  bir  sərv  ağacı  var  idi.  Hansı  tez  gəlsə,  onun  dibində  oturub,  о 

birini gözlərdi.  

Deyirlər  ki,  bu  məktəbdə  bir  də  bir  keçəl  var  idi.  Bir  könüldən  min 

könülə aşiq olmuşdu Zöhrəyə. Amma nə qədər əlləşirdisə, Zöhrə ona səmt 

getmirdi. Bir gün yenə də onları bir yerdə görüb, tez özünü verdi mollanın 

yanına ki:  




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə