OZAN DÜNYASI № 4(19), 2014
17
səviyyəsində dünyanın zahiri görüntüsündən duyulan təəssüratı özündə
əks etdirir. Doğrudan da, qartalın məkanı dağ, qağayının məkanı dəniz,
bülbülün məkanı bağdır. Lakin bu zahiri bağlılığın altında sənətkar duyu-
munun fəlsəfəsi var. Nə qartalın dağa, nə qağayının dənizə, nə də bülbü-
lün bağa bağlılığı sadəcə məkani bağlılıq olmayıb, dünyanın düzümünün,
varlığın quruluşunun harmoniyasını özündə əks etdirir. Aşıq Pənahın
poetik təsvirə daxil ediyi bu bağlılıqlar sadəcə məkani bağlılıq olsaydı,
şeirdə dərin məzmun, fəlsəfi-poetik məna yarada bilməzdi. Bu cəhətdən,
göstərilən bağlılıq səviyyələri dünyanın mənəvi-əxlaqi dəyərlərinin dü-
zümünü, varlığın mahiyyətini inikas edir. Bu inikası dərindən başa düş-
mək həmin bağlılıq səviyyələrini təşkil edən ünsürlərin milli düşüncə-
mizdəki yerinə diqqət yetirmək lazımdır. Bu cəhətdən, dağ – əzəmət,
güc, güvənc, mərdlik simvolodur. Bu halda qartal öz əzəmətini, gücünü
məhz dağdan alır. Eləcə də dəniz – nəhənglik, nəhayətsizlik, saflıq,
təmizlik, paklıq simvoludur. Bu halda da qağayı öz mənəvi gözəlliyini
dənizdən alır. Bağ da Azərbaycan milli düşüncəsinin mənalı simvolların-
dandır. Poeziyamızın ən məşhur orazlarından olan bülbül də bütün həyat
eşqini bağdan alır. Beləliklə, qartalın – dağa, qağayının – dənizə,
bülbülün – bağa bağlılığı dünyanın elementləri arasında stixial bağlılığı
təcəssüm etdirir. Yəni dağ, dəniz, bağ təbiətin stixial gücünü, qartal,
qağayı, bülbül isə həmin stixial güclərin təcəssümünü inikas edir.
Beləliklə, dağ qartalda, dəniz qağayıda, bağ bülbüldə təcəssüm olunur.
Aşıq Pənahın poetik fəlsəfəsində bu təcəssümün dinləyicinin təxəyyülünü
hərəkətə gətirən daha bir səviyyəsi var. Bu halda dağın qartalda təcəssüm
olunması onun qartala çevrilib qanadlanması demək olduğu kimi, dənizin
qağayıda təcəssüm olunması onun qağayıya çevrilib qanadlanması, eləcə
də bağın bülbüldə təcəssüm olunması onun bülbülə çevrilib həyat eşqi
haqqında cəh-cəh vurması deməkdir.
Birinci bənddəki bu fəlsəfi məna quruluşu digər bəndlərin “fəlsəfə-
sinə” də vaqif olmağa imkan verir. Aşıq Pənah təsdiq edir ki, tər bənövşə
– bahara, lalə, nərgiz – dağlara, şamamalar – tağlara, gül – budağa bağ-
lıdır. Bu halda baharın gücü, mahiyyəti, cövhəri bənövşədə, dağların
şəhdi-şirəsi, həyat enerjisi, əzəmət estetikası lalə-nərgizdə, tağın bütün
cövhəri, şirinliyi şamamada, budağın zərifliyi, stixial eşqi güldə təcəssüm
olunur. Buradan aydın olur ki, bənövşə baharın təcəssümü olmaqla onun
mahiyyətini, lalə-nərgiz dağın təcəssümü olmaqla onun mahiyyətini,
şamama tağın təcəssümü olmaqla onun mahiyyətini ortaya qoyur. Bu,
varlıq aləminin stixial təcəssümü, ünsürlərin mahiyyətcə bir-birinin
təcəssümü olması deməkdir. Beləliklə, bənövşə – bahara, lalə, nərgiz –
dağlara, şamamalar – tağlara, gül – budağa çevrilib onda yeni bir ömür
OZAN DÜNYASI № 4(19), 2014
18
yaşayır. Burada çox dərin bir fəlsəfə vardır. Belə ki, bənövşənin bahara
bağlılığı baharın həm də bir bənövşə ömrü yaşaması deməkdir. Eləcə də
dağlar – lalə-nərgiz, tağlar bir şamama, budaqlar bir gül ömrü yaşayır.
Pənah bununla varlıq aləminin hər bir ünsürünün mənalı olduğunu,
onların görünən mənalarının altında ilk baxışda görünməyən mənalar
xəzinəsinin yatdığını poetik-metaforik fəlsəfənin dili ilə bəyan edir.
Aşıq Pənah təsdiq edir ki, insan oğlu – günəşə, pərvanələr – atəşə, yar
əhvalı – xoş qılığa bağlıdır. Sənətkar bu bənddə insanın mənəviyyat
aləminin poetik fəlsəfəsini yaradır. Belə ki, insanın günəşə bağlılığında
aləmin vəhdəti ideyası ifadə olunmuşdur: pərvanənin atəşə bağlılığı ilə
insanın günəşə bağlılığı eyni bir məna cərgəsi yaradır: insanın ana
qaynağı günəş olduğu kimi, pərvanənin “günəşi” atəşdir. Burada diqqəti
cəlb edən yar əhvalının xoş qılığa bağlılığı məsələsidir. Xoş qılıq məna
sırası etibarilə günəş və atəşlə eyni sırada durur. Demək, göydəki günəş,
yerdəki atəş nə məna daşıyırsa, xoş qılıq da eyni mənanı daşıyır. Günəş
yerin ana qucağı, enerji – həyat mənbəyi olduğu kimi, xoş qılıq da
sevginin, məhəbbətin, xoşbəxtliyin günəşidir.
Sənətkar bəyan edir ki, gözdən gözə düşən yol, baxışlar öpüşən yol,
ürəklər görüşən yol – bir sorağa bağlıdır. Burada iki əsas məna vahidi
var: yol və soraq.
Yol, ümumiyyətlə, çox mürəkkəb məna vahididir. Onun məişətdə,
həyatda, danışıq dilində, nitq folklorunda, dilin ideomatik vahidlər siste-
mində, təsəvvüfdə, dində çox dərin mənaları var. Lakin bu mənaların
hamısı bir nöqtədə kəsişir: yol aləmlər, dünyalar arasında körpü, əlaqə
vasitəsidir. Yol olmasa insanlar bir-biri ilə heç bir əlaqə saxalaya bilməz,
ünsiyyətdə olmaz. Bu mənada yol təkcə birbaşa anlamında olan məkani
yol deyildir. Yol həm də mənəvi anlayışdır. Bənddəki soraq vahidi yolun
məhz mənəvi səviyyəsi ilə bağlıdır. Məkani yolla insanlar və digər can-
lılar hərəkət edir. Mənəvi yolla isə xəbərlər – soraqlar axır. Və insanların
bütün ünsiyyəti, ünsiyyətdə reallaşan həyatı mənəvi yola, bu yolla gedib-
gələn sorağa bağlıdır.
Aşıq bildirir ki, Pənah – eşq aləminə, ömür – vüsal dəminə, mahnı –
sazın siminə, söz – dodağa bağlıdır. Bu bəndin iki məna səviyyəsi var:
Birincisi, Aşıq Pənahın özünə aid olan məna səviyyəsi;
İknicisi, ümumən insanlığa aid olan məna səviyyəsi.
Yəni burada lirik qəhrəmanın obrazı bir tərəfdən Aşıq Pənahın
şəxsiyyətini təcəssüm etdirirsə, digər tərəfdən ümumən insanların həyat
təcrübəsinin poetik obrazlaşması kimi çıxış edir.
Pənahın eşqə bağlı olması bənddəki digər mənaların əsasıdır. Bəndin
digər misralarındakı mənalar bu poetik hökmdən doğur. Baxmayaraq ki,