OZAN DÜNYASI № 4(19), 2014
19
Aşıq Pənah sovet dönəminin sənətkarı idi, ancaq heç bir halda onun eşqə
bağlılığı dini, təsəvvüfi, irfani əsaslardan ayrı deyil. Bunun səbəbi
Pənahın bir sənətkar kimi bağlı olduğu, əsasında, üzərində təşəkkül
tapdığı aşıq sənətinin ideoloji mahiyyəti ilə bağlıdır.
Məlumdur ki, dilimizdəki “aşıq” sözü ərəbcədəki “eşq” kökünə bağlı
“aşiq” sözünün Azərbaycan dilindəki deyiliş formasıdır. Bu mənada
aşıqlıq etməyin bir-birinə bağlı iki səviyyəsi var:
Birincisi, sənət səviyyəsi: Bu halda aşıq əlində saz çalıb-oxuyan, el
məclislərini yola verən sənətçi, yəni aĢıqdır.
Ġkincisi, təsəvvüfi-irfani səviyyə: Bu halda aşıq Allahın yerdəki
təcəllasına aşiq olub, Onun eşqi ilə alışıb-yanan, varlığını ilahi vüsal
yolunda pərvanə tək oda yaxan, bütün varlığı, ömrü ilə Sevgilisinə doğru
yol gedən aĢiqdir.
Beləliklə, aĢıqlıq – aĢiqin zahiri aləmi, aĢiqlik isə – aĢığın batini
aləmidir. Bunu fəlsəfi terminlərlə izah etmək istəsək: aĢiqlik –
məzmun, aĢıqlıq – formadır. Aşıq Pənah da bu yolun yolçusu idi. O,
“Pənah – eşq aləminə... bağlıdır” deməklə istəsə də, istəməsə də bu
böyük həqiqəti ifadə edirdi. Əslində, Pənah öz daxilini, içini, batini alə-
mini sovet gerçəklikləri qarşısında nə qədər pərdələmək istəsə də, başqa
cür ifadə edə bilməzdi. Çünki aşığın varlığı eşqə – aşiqliyə bağlıdır. Hər
bir həqiqi sənətkarın zahiri onun daxilindən doğur. Aşığın iç dünyası
eşqdən qurulub. Pənah da bu həqiqətdən qaça bilməzdi: çünki o, bir aşıq
kimi eşqin qulu olan aşiq idi. Bu, onun poeziyasında bədii-estetik sim-
vollar, ecazkar poetik obrazlar şəklində ifadə olunub. Bu cəhətdən onun
poeziyasında aşıqlıq və aşiqlik yan-yana, iç-içə dərin poetik mənalar
yaradır.
Pənah bir aşıq kimi də, aşiq kimi də həmişə sənət və mənəviyyat
missiyasının daşıyıcısıdır. O, “Xəyalım” qoşmasında deyir:
Gözünü qırpmayıb, gecə sübhəcən
Yatmır, oyaq qalır bəzən xəyalım.
Dərdli bir ananın, dərdli atanın
Dərdiylə özünü üzən xəyalım.
Gözdən yaş axsa da, yanan ürəkdir,
El ilə gələn qəm – bayram deməkdir,
Aşıq dərd çəkməsə, kimə gərəkdir?
Ay elin dərdinə dözən xəyalım.
OZAN DÜNYASI № 4(19), 2014
20
Öz od-ocağına bağlıdır hamı,
Pənah bu torpaqdan alıb ilhamı.
Başlanıb yurdumun toyu-bayramı,
Sən də gəlin kimi bəzən, xəyalım.
Pənahın mənəviyyat aləminin güzgüsü olan bu şeirdə “Aşıq dərd
çəkməsə, kimə gərəkdir?” ritorik hökmü onun aşıqlıq sənətinə yanaş-
masının hansı mənalara dayandığını öyrənmək baxımından xüsusilə
dəyərlidir. Aşığın hökmən dərd çəkməli olması haqqındakı bu hökm
aşıqlığın mahiyyətindən soraq verir. Müasir dövrdə “Aşıq elin anasıdır”
demişlər. Şeirdə dərdin bu aspekti də var. El-obasına bütün varlığı ilə
bağlı olan Pənah öz həyatını eldən, obadan, onun xeyir-şərindən kənarda
təsəvvür etmir. Lakin birada dərd həm də bir obraz olub, aşiqliyin mahiy-
yəti ilə bağlı təsəvvürləri özündə əks etdirir. Aşıq bir aşiq kimi daim
sevgilisinin dərdi ilə alovlanıb yanır. Bu dərd olmasa, o yaşaya bilməz.
Aşığın aşiqliyi dərdə bağlıdır. Aşığı aşiq, aşiqi aşıq edən dərddir. Ona
görə də Aşıq Pənahın “Aşıq dərd çəkməsə, kimə gərəkdir?” hökmünü
həm də eşq dərdinin aşiqliyin ayrılmaz atributu olması haqqında hökm
kimi də başa düşmək lazımdır. Bu hökmün əsasında isə eşq – məhəbbət
durur:
Məhəbbətin günəşsayaq atəşinə
Daş əriyər, torpaq yanar, yar dayanar.
Sevən ürək bir ah çəksə, nəfəsindən
Şam od tutar, çıraq yanar, yar dayanar.
Göründüyü kimi, Pənah şeirdə məhəbbəti fövqəlgüç kimi təsvir
etmişdir. Bu, elə bir qüvvədir ki, onun qabağında təbiətin stixial gücləri
dayana bilmir. Məhəbbətin odu günəş kimi yandırır. Onun odu daşları
əridir, torpaq alovlanıb yanır. Lakin dünyanın qəribəliyi ondadır ki, bu
fövqəlodun yanğısına yar dözür. Eləcə də sevən ürəyin çəkdiyi ahdan,
odlu nəfəsdən şam od tutub, çıraq yansa da, yar bu oda dözür.
Pənah məhəbbəti səmimi lirik obrazlarla tərənnüm edir. Bu baxım-
dan, “Dayanar” şeirinin ikinci bəndində çox zərif və səmimi obrazlarla
qarşılaşırıq:
El sevinər yaz yağışı çölə düşsə,
Bağ üşüyər sübhün şehi gülə düşsə,
Gözlərimdən buz bulağa gilə düşsə,
Su quruyar, bulaq yanar, yar dayanar.
OZAN DÜNYASI № 4(19), 2014
21
Bu şeirdə işlənmiş obralar həyatın özündən gəlir. Pənah sanki br
rəssam kimi sevgi yaşantısının tablosunu çəkir. Bu tabloda hər şey təbii
və səmimidir. Bu səmimiyyət aşiqin sevgisin ülviləşdirir və onu zərif, isti
boyalarla süsləndirir. Yaz yağışının çölə düşməsinin insanları sevindir-
məsi, sübhün şehinin bağdakı gülü üşütməsi Pənahın poetik müşahi-
dələrinin məhsulu kimi, təzə-tər obrazlar olub, sənətkarın qəlbinin
dərinliklərindən süzülərək gəlir. Aşıq Pənah burada təzad yaradır: aşiqin
gözlərindən buz bulağa düşən göz yaşı bir od olub bulağı yandırsa da, yar
buna dözüb-dayanır. Lakin Pənah bu cəfanı qəbul edir. O, eşq yolunun
yolçusudur. Bu, ulu bir yoldur. Pənahdan qabaq bu yolu sinəsi dağlı
aşiqlər keçib gediblər. Onları bu gün sözləri ilə yaşadan odlu nəfəsləridir.
Pənah da bu yola çıxıb. Bu yolun yolçularının qismətində ömrü boyu
eşqlə yanmaq var. Necə ki, ulu Füzuli deyirdi:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?!
Böyük Füzuli bu dünyadan eşq yanğısı ilə köçdü. Bu eşq olmasaydı
o, bu dünyada sözün zirvəsinə, o dünyada fələklərin məqamına yüksələ
bilməzdi. Bu cəhətdən Aşıq Pənah da hansı yolla, kimlərin getdiyi yolla
getdiyini və bu yolda onu nə gözlədiyini ulu sələflərinin taleyinin
nümunəsində artıq bilir. Ona görə də deyir ki:
Lalə rəngli xına qoyar əllərinə,
Acıq verər bağ-bağçanın güllərinə,
Şanə vurub, sığal çəksə tellərinə,
Zülf alışar, dodaq yanar, yar dayanar.
Söz tapmaq da çətin olar camalına,
Nə deyim ki, layiq olsun kamalına,
Mən aşiqin, mən yazığın bu halına
Qələm ağlar, varaq yanar, yar dayanar.
Sədaqətdən söhbət açıb səhər-axşam
Nəğmə desəm, saz dindirsəm, yorulmaram,
Çaşıb desən, Pənah, sənnən yoxdur aram,
Dil təpiyər, dodaq yanar, yar dayanar.
Dostları ilə paylaş: |