Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
72 
 
 
ġAMAXIDA AġIQ MĠRZƏ BĠLALIN 
 140 ĠLLĠK YUBĠLEYĠ QEYD OLUNDU
 
 
2012-ci il noyabrın 1-də Şamaxı şəhərin-
də Mədəniyyət və Turizim Nazirliyinin, Azər-
baycan  Aşıqlar  Birliyinin  və  Şamaxı  Rayon 
İcra  Hakimiyyətinin  birgə  təşkilatçılığı  ilə 
görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın 
anadan  olmasının  140  illiyinə  həsr  edilmiş 
təntənəli mərasim keçirildi.  
Tədbirdə  Şamaxı  rayon  ictimaiyyətinin 
nümayəndələri  ilə  yanaşı  Mədəniyyət  və  Tu-
rizm  Nazirliyinin  Mədəniyyət  siyasəti  şöbəsi-
nin  müdiri  Fikrət  Babayev,  həmin  şöbənin 
aparıcı  məsləhətçisi  RəĢad  Əliyev,    Bakıdan 
gəlmiş  folklorşünaslar,  mədəniyyət  və  incəsənət  işçiləri  də  iştirak  edir-
dilər.  
Professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçən tədbirdə çıxış 
edənlərdən filologiya elmləri doktorları Qəzənfər PaĢayev və Seyfəddin 
Qəniyev,  Azərbaycan  Aşıqlar  Birliyinin  katibi,  “Ozan  dünyası”  jurnalı-
nın baş redaktoru Musa Nəbioğlu, Şamaxı rayon İcra Hakimiyyəti Baş-
çısının müavinin ƏĢrəf ġükürov, folklorşünas alim Qalib Sailov və Ba-
kıda öz evində aşıq muzeyi yaratmış Hüseyn Hacı Qulu oğlu Aşıq Mir-
zə Bilalın həyat və yaradıcılığından danışdılar.  
Aşıq Mirzə Bilalın sözləri yubiley tədbirində çıxış edən Xalq artisti 
Mələkxanım Əyyubova, Əvəzxan Xankişiyev, aşıqlardan Ağamurad Şir-
vanlı, Əli  Tapdıqoğlu,  Yanvar  Bədəlov,  Abbas  Musaxanlı,  Vüqar  Mah-
mudoğlu,  Məhəmməd  Şirvanlı,  Elman  İsmayıllı  və  İslam  Rzaoğlunun 
ifalarında  bir  daha  könülləri  oxşadı.  Gənclərdən  ibarət  “Misri”  aşıqlar 
qrupunun çıxışı da rəğbətlə qarşılandı. 
Sonda Aşıq Bilalın oğlu, 90 yaşlı ġəfi Mikayılov mədəniyyətimizin 
və incəsətimizin inkişafına, mədəniyyət xadimlərinə göstərilən diqqət və 
qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə dövlətimi-
zin başçısı Ġlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
Fondunun  prezidenti,  UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban  Əliyevaya və tədbirin təşkilatçılarına 
dərin minnətdarlığını bildirdi. 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
73 
BAKIDA AġIQ MĠRZƏ BĠLALIN  
140 ĠLLĠK YUBĠLEYĠ QEYD EDĠLMĠġDĠR 
 
 
 
 
 
 
 
 
 
 
2012-ci  il  noyabrın  16-da  Rəşid  Behbudov  adına  Dövlət  Mahnı  Teatrında 
Mədəniyyət  və  Turizm  Nazirliyi  və  Azərbaycan  Aşıqlar  Birliyinin  birgə  təşki-
latçılığı ilə görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 
illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.  
Professor  Məhərrəm  Qasımlının  aparıcılığı  ilə  keçirilən  yubiley  tədbirində 
Azərbaycan  Aşıqlar  Birliyinin  sədri,  Xalq  şairi  Zəlimxan  Yaqub,  professor 
Babaxan  Niyazlı,  filologiya  elmləri  doktoru,  professor  Qəzənfər  PaĢayev  və 
folklorşünas, professor  Seyfəddin  Qəniyev çıxış edərək Mirzə Bilalın mənalı, 
həm də faciəli ömür yolundan, Şirvan aşıq sənətinin formalaşmasında xidmətlə-
rindən, ecazkar aşıq sənətinə gətirdiyi yeniliklərdən söhbət açmışlar. 
 Qeyd  edilmişdir  ki,  şeirləri  və  bəstələdiyi  mahnıları  ilə  nəinki  Azərbay-
canda,  hətta  İranda,  İrəvanda,  Gürcüstanda,  Dağıstanda  da  məşhur  olan  Aşıq 
Mirzə  Bilal  1937-ci  ildə,  65  yaşında  ikən  sovet  rejiminin  repressiyasının  qur-
banı olmuşdur. Görkəmli el sənətkarının bütün əmlakı, o cümlədən əlyazmaları 
müsadirə edilmişdir.  
 Vurğulanmışdır ki, yalnız məxfi arxivlər açıldıqdan sonra Aşıq Bilalın ba-
şına  gətirilən  müsibətlər  üzə  çıxmışdır.  Yalnız  Səttar  Axundov,  Mürsəl  Mür-
səlov  və  Seyfəddin  Qəniyev  kimi  aşıq  sənəti  vurğunlarının  gərgin  əməkləri 
sayəsində Aşıq Bilalın kitabları işıq üzü görmüşdür. 
 Yubiley  tədbirində  xanəndələr  və  aşıqlar  Azərbaycan  aşıq  ədəbiyyatının 
görkəmli nümayəndəsi Mirzə Bilalın sözlərinə bəstələnmiş mahnıları ifa etmiş-
lər. Bədii qiraət ustaları el sənətkarının dillər əzbəri olan şeirlərini səsləndirmişlər. 
 Aşıq Bilalın oğlu ġəfi Mikayılov mədəniyyət xadimlərinə göstərilən diqqət 
və qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə dövlətimizin 
başçısı Ġlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 
prezidenti,  UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin 
deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
74 
AġIQ ĠSFƏNDĠYAR RÜSTƏMOVUN 75 ĠLLĠK YUBĠLEYĠ 
BAKIDA QEYD OLUNDU 
 
Noyabrın  21-də  Beynəlxalq 
Muğam  Mərkəzində  Əməkdar 
Mədəniyyət  İşçisi,  Prezident  tə-
qaüdçüsü,  ustad  aşıq  Ġsfəndiyar 
Rüstəmovun  75  illik  yubileyi 
qeyd olundu.  
Tədbirdə  çıxış  edən  Mədə-
niyyət və Turizm naziri Əbülfəs 
Qarayev  Azərbaycan  aşıq  sənə-
tinin  təbliği  və  inkişafına  dövlə-
tin diqqət və qayğısından danışdı 
və  bu  sahədə  Heydər  Əliyev 
Fondunun prezidenti, UNESCO-
nun  və  İSESCO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın 
müstəsna rolu olduğunu vurğuladı. 
Nazir  qeyd  etdi  ki,  2009-cu  ildə  Azərbaycan  aşıq  sənətinin 
UNESCO-nun  Qeyri-maddi  mədəni  irs  Siyahısına  daxil  edilməsi  xalqı-
mızın  bu  ölməz  sənətinin  haqlı  olaraq  dünya  mədəniyyət  inciləri  sıra-
sında özünə layiq yer tutduğunu göstərir. 
İsfəndiyar  Rüstəmovun  aşıq  sənətinin  inkişafındakı  yorulmaz  fə-
aliyyətini  yüksək  qiymətləndirən  Ə.Qarayev  ona  ən  xoş  arzularını  çat-
dırdı. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Nizami  adına  Ədəbiyyat 
İnstitutunun  elmi  işlər  üzrə  direktor  müavini,  professor  Məhərrəm 
Qasımlının apardığı  tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri,  Xalq 
şairi  Zəlimxan  Yaqub,  AMEA-nın  Folklor  İnstitutunun  direktoru,  pro-
fessor Muxtar Ġmanov, professor Qəzənfər Kazımov, millət vəkili Qə-
nirə  PaĢayeva,  şairlər  Ġlyas  Tapdıq,  Musa  Ələkbərli,  Cığatel  Ġsaqızı 
və  başqaları  sənətkarın  yaradıcılıq  yolundan,  aşıq  sənətinin  inkişafı 
istiqamətində yorulmaz fəaliyyətindən söz açdılar. 
Gecədə ustad aşıq İsfəndiyar Rüstəmovun yetirmələri və sənət dost-
ları bənzərsiz ifaları ilə ustada öz təbriklərini çatdırdılar. 
Sonda  tədbirin  təşkilatçılarına  və  iştirakçılarına  minnətdarlığını  bil-
dirən Ġsfəndiyar  Rüstəmov bundan sonra da aşıq sənətinin çiçəklənmə-
sinə və gənc aşıqların yetişməsinə öz layiqli töhfəsini verəcəyini söylədi. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə