Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
75 
 
 
 
AĞDABANLI QURBAN ANILDI 
 
 
 
 
Dekabrın  7-də  Akademik  Milli  Dram 
Teatrında  Ağdabanlı  ġair  Qurbanın  150  illik 
yubileyi keçirildi.  
 
 
 
 
Tədbiri Mədəniyyət və Turizm naziri-
nin  müavini  Ədalət  Vəliyev  açaraq  bil-
dirdi  ki,  Azərbaycan  aşıq  ədəbiyyatının 
dərin  qatlarının  üzə  çıxmasında  elmi  və 
ədəbi  ictimaiyyətin    ayrı-ayrı    nümayən-
dələrinin  müstəsna  xidmətləri  var:  "Bu 
əvəzedilməz sərvətin toplanıb dünya ədə-
biyyatı inciləri sırasına qovuşması  istiqa-
mətində    müstəqil  dövlətimizin  yürütdü-
yü mədəniyyət siyasəti ilə yanaşı, Heydər 
Əliyev Fondunun həyata keçirdiyi layihə-
lər mühüm əhəmiyyət daşıyır. Aşıq sənə-
tinin UNESCO-nun Mədəni irs siyahısına 
daxil edilməsi bu sahənin inkişafına yeni, 
həm  də  beynəlxalq  təkan  verdi.  1992-1993-cü  illərdə  erməni  vandalları 
tərəfindən odlara qalanaraq yer üzündən silinmiş Ağdaban  ədəbi aləmə, 
saz-söz dünyasına Dədə Şəmşir kimi böyük aşıq vermiş şair Qurbanı ilə 
daim öyünüb, ağdabanlılar isə bu adla fəxr ediblər". 
Tədbirin  aparıcısı,  filologiya  elmləri  doktoru,  professor  Məhərrəm 
Qasımlı dedi ki, söz sənətinin kamil ustadlarından sayılan Ağdabanlı Qur-
ban unudulmaz el şairlərindən biri olub: "Qurban Məşədi Məhərrəm oğlu 
1859-cu  ildə  Kəlbəcərin  Dəmirçidam  kəndində  anadan  olmuş,  sonralar 
Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşa-
mışdır.  Azərbaycan  və  fars  dillərində  mükəmməl  mədrəsə  təhsili  almış 
Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, di-
vani, təcnis  və  s.  formalarda şeirləri  dillər  əzbəri  olmuşdur, hərçənd, rep-
ressiya illərində  şairin əlyazmalardan ibarət  bir neçə  kitabı  öz qohumları, 
sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir". 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
76 
Ağdabanlı Qurban uzun müddət  ozan-aşıq kimi təqdim edilib. Bu da 
ondan  irəli  gəlib  ki,  aşıq  ədəbiyyatından  məlum  olan  divani,  təcnis, 
qoşma, gəraylı, müxəmməs  formalarında, bir sözlə, heca vəznində yazıb-
yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da 
məhz  buna  görə  uzun  müddət  aşıq  kimi  təqdim  edilib.  Lakin  müasirlə-
rinin  xatirələrindən  məlum  olur  ki,  o,  heç  vaxt  saz  götürüb  toy-nişanda, 
yaxud  da  başqa  əlamətdar  günlərdə  özünü  aşıq  kimi  göstərməyib, 
hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. 
Musiqi  və  bədii  qiraətçilərin  müşayiəti  ilə  keçirilən  tədbirdə  Azər.-
baycan  Aşıqlar  Birliyinin  sədri,  xalq  şairi  Zəlimxan  Yaqub,  şair-pub-
lisist,  Prezident    təqaüdçüsü  Məmməd  Aslan,  AĢıq  Əhliman  ġirvanlı 
Ağdabanlı  Qurbanın  həyat  və  yaradıcılığından  söz  açdılar.  Qeyd  edildi 
ki, Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir 
ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz 
ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od 
götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli 
ilə  maraqlı  deyişmələri  yaddaşlardan  yazılı  ədəbiyyata  köçürülüb.  Onun 
əlyazmalarının  bir  qismini  oğlu,  hələ  sağlığında  aşıq  sənətində  dədəlik 
zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb. Ədəbi yaradıcılıq nümu-
nələrindən  ibarət  "Kəpəzin  kəkliyi,  maralı,  getmə"  və  tədbir  iştirakçıla-
rına hədiyyə edilən, Qənbər Şəmşiroğlunun sinələrdən və əlyazmalardan 
toplayıb  çap  etdirdiyi    "Qumrutək  ləhcəli,  xoşxandı  Qurban"  kitabları 
şairin yaradıcılığı barədə geniş məlumat verən zəngin mənbə hesab edilə 
bilər.    "Kəlbəcər  dünyası:  yüz  şairin  bir  kitabı"  antologiyası  və  bir  çox 
bədii məcmuələrdə  də Ağdabanlı Qurbanın ədəbi irsinə geniş yer ayrılıb. 
Yubiley  gecəsində  aşıqların  və  musiqiçilərin,  eləcə  də  gənc 
aktyorların ifasında Ağdabanlı Qurbanın şeirləri səsləndirildi. 
Sonda  şairin  nəvəsi,  respublika  Ağsaqqallar  Şurası  İdarə  Heyətinin 
üzvü, "Aşıq Şəmşir Ocağı" İctimai Birliyinin sədri Qənbər  ġəmĢiroğlu 
Azərbaycan mədəniyyəti və incəsənətinə, o cümlədən aşıq sənətinə  gös-
tərdiyi xüsusi diqqət və qayğıya görə dövlət başçısı cənab Ġlham  Əliye-
və,  Heydər  Əliyev  Fondunun    prezidenti,  Milli  Məclisin  deputatı,  
UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva-
ya, həmçinin Ağdabanlı Qurban və Dədə Şəmşir irsinə məhəbbətinə görə 
tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirdi. 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
77 
 
 
AġIQ KAMANDARIN  
80 ĠLLĠK YUBĠLYĠ BAKIDA QEYD 
OLUNDU 
 
Dekabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında XX 
əsr  Azərbaycan aĢıq  sənətinin  görkəmli nümayəndəsi,  ustad 
sənətkar  Kamandar  Əfəndiyevin  80  illiyinə  həsr  olunmuĢ 
yubiley gecəsi keçirildi.     
 
Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəliman Yaqub 
açaraq  yaxın-uzaq  ellərdən  Kamandar  sənətinin  işığına  yığışan  qonaqları, 
iştirakçıları,  saz-söz  vurğunlarını  salamladı,  gecəyə  öz  xeyir-duasını  verdi: 
“Bu  gün  aşıq  sənətinin  bayramıdır,  bu  gün  sazımızın,  sözümüzün 
peyğəmbəri  Aşıq  Ələsgərin  ruhunun  bayramıdır,  Dədə  Qorquddan  Dədə 
Şəmşirə qədər bütün sənətkarların, sənətsevərlərin bayramıdır. Artıq bir ilə 
yaxındır  Aşıq  Kamandarın  yubileyi  bütövlükdə  türk  dünyasında  qeyd 
olunur.  Sağlığında  əfsanələşən,  heykəlləşən  Aşıq  Kamandar  dastan  yükü, 
bayatı yükü, qoşma yükü ilə aşıq sənətinə yeni nəfəs, yeni ruh gətirdi. Aşıq 
Kamandar  öz  sənəti  ilə  yüzillik  yolları  bir  havacatda,  minillik  yolları  bir 
dastanda qət etdi. Bütün bunların sayəsində böyük bir məktəbin – Kamandar 
məktəbinin əsasını qoydu”.  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə