136
rək, böyük bir lampa işığında oxuyub-yazmasına bax-
mayaraq, milli taleyimizə təhlükə olan bütün məsələ-
ləri izləyir, öz analitik düşüncələrini istər müsahibələ-
rində, istərsə son yazdığı povest və romanlarında
ürək ağrısı ilə qələmə alırdı. İsa Muğanna yerlə gö-
yün əlaqəsindən danışır, qədimdə yerdə olanların xə-
bərini göylərdən aldığını deyirdi. Orxan Fikrətoğlu-
nun “Ölü mətn” romanında deyildiyi kimi, “Hələ
göydən səs, mələk, fikir və adam gəlməkdədir. Qeyb-
dən xəbər eşidənlər var. Bizim elin kahininə Dədə de-
yirlər. O, bizim mətnimizi yazır”. Bu ifadələr sanki
İsa Muğannanı ifadə edir. Hətta Orxan Fikrətoğlunun
Cəlil Məmmədquluzadəyə ruhən bağlılığı göstərir ki,
özünü Cəlil ədəbi məktəbinin yetirməsi hesab edən
Muğanna yaradıcılığının ikinci mərhələsi-magik rea-
lizmi Orxan Fikrətoğluna da təsir etmişdir. Bu baxım-
dan “Ölü mətn”də adı keçən təhrifsiz Dədə elə İsa
Muğannanın prototipidir, demək olar.
Yaranışının tarixi və səbəbləri bilinməyən erməni-
türk düşmənçiliyi mövzusunda hələ “Cəhənnəm”,
“Qəbiristan” romanlarında yazmış yazıçı “Qırx kisə
qızıl” və “Söz yarası” povestlərində bu mövzuya ye-
nə toxunmuş, düşmənin fitnəkarlığını bir daha gös-
tərməyə çalışmışdır.
***
İsa Muğanna “İdeal” romanında qoyduğu bir ide-
yanı – “Xalqların vahid kökü və vahid dili” ideyasını
“Qırx kisə qızıl” povestində çox anlaşıqlı bir dillə qə-
ləmə almışdır. Öz prinsiplərindən vaz keçməyən, bə-
şərin taleyi düşüncəsinin carçısı olan filosof-yazıçı bu
137
əsərində SafAğ elmini başa düşməyənlərə müəllimlik
etməyi qarşısına məqsəd qoymuşdur. Düzdür, müəl-
lifin bu müəllimliyi-ustadlığı bütün əsərlərində var,
amma bu əsərdə ustad sənətkar sanki dediklərinin
dərin mənasını anlamayan şagirdlərinə bütün bu mət-
ləbləri daha asan, daha sadə və bir az da onun ruhuna
daha yaxın olan əhvalatlarla yoğuraraq çatdırmışdır.
“Qırx kisə qızıl” povesti bir gəncin-Zahidin dilin-
dən danışılır. Fəlsəfi fikirlərlə yüklü olan bu tale kita-
bı əsərin baş qəhrəmanı Zahid və Nəsibənin saf sevgi-
sinin təqdimi ilə gərilmiş fikirləri sanki sığallayır, ox-
şayır. Amma bu şirin sevgi nəğməsi bir həyat fəlsəfə-
sini özündə daşıyır.
Əsərdə erməninin dilindən danışılan “Aşıq Qərib”
dastanının əsli, sözsüz ki, rəmzi mənadadır. Bütün ta-
rixçilərin gəldiyi bir qənaət var: bütün insanlığın və
türkün qədim tarixi bu gün gizli qüvvələr tərəfindən
gizlədilir və ya təhrif edilmiş formada bizə təqdim
edilir. İsa Muğanna da “Aşıq Qərib” dastanının əsil
variantını bu əsərdə təqdim etməklə, tarixi şəxsiyyət
olan Məmmədhüseyn Təhmasibi bir obraz kimi təsvir
etməklə, hətta Məhəmmədhüseyn Təhmasibi bu das-
tanın əsl variantını nəşr etdirməməkdə günahlandır-
maqla, Ermənistandakı gizli “Matenadaran” kitabxa-
nası haqqında “Matenadaran əməkdaşı” Karens Ka-
rapetyanın dilindən danışmaqla, Mircəfər Bağırovun
antimillət fəaliyyətini təqdim etməklə, Göyçə mahalı-
nın ermənilərə necə verilməsini, insanların necə köçü-
rülməsini göstərməklə türk dünyasını öz tarixini araş-
dırmağa, düzgün kimliyini bilməyə səsləyir. Tarixi
138
əsərləri özünə mövzu seçən bədii əsərlərin bir funksi-
yası da bu olmalıdır, bizcə.
Yazıçının bir çox əsəri kimi, “Qırx kisə qızıl”ı da
vərəqlədikcə, sanki, tarixi bir əsər oxuduğunu, bitir-
dikdən sonra isə İsa Muğannanın tarixçi və bu əsərin
də tarixi əsər olduğunu düşünürsən. Çünki bədii ədə-
biyyat olmasına baxmayaraq, o qədər inandırıcı bir
dil, fakt var ki, dəhşətə gəlirsən. Bəlkə də, İsa Muğan-
nanın yazdıqları bir tarixdir və oxucuların dəli olma-
ması üçün adını bədii ədəbiyyat qoyub. Axı nə qədər
də olmasa, bədii ədəbiyyat təxəyyülün məhsulu kimi
qəbul edilir. Amma biz dünya ədəbiyyatından da
görmüşük ki, bu gün dünyanı heyrətə gətirən texni-
kaların: yeraltı gəmilərin, vertolyotların nəzəriyyəsi
elə ilk dəfə Jül Vernin bədii əsərlərində verilmişdir.
Sonralar isə alimlər bu fantastik fikirlərdən bəhrələ-
nərək yeni ixtiralar etdilər və bu ixtiralar bu gün hə-
yatımızın əsas amilinə çevrildi. Jül Vern deyirdi ki,
bir adamın xəyal edəcəyini başqasının reallaşdırması
çətin deyil. Bəli, bu gün, bəlkə də, bizlərə xəyal kimi
görünən İsa Muğanna ideyaları, açılmamış gizlin
mətləblər, gizlin tarixlər bir gün bir tarixçi, arxeoloq
tərəfindən kəşf ediləcək.
İsa Muğanna yenə bir çox stereotipləri yıxdı. Çün-
ki əsərdə Uğur Mağarov, Mircəfər Bağırov, Məmməd-
hüseyn Təhmasib, Yemliyanov kimi tarixi şəxsiyyət-
lər və ya tarixi şəxsiyyətlərin prototipləri var. O, indi-
yə qədər kimsənin cürət edib söyləmədiyi bir fikri bə-
dii obrazın dilindən təqdim edir: “Karens necə hey-
rətləndisə, hətta dizləri üstə qalxdı.
139
– Professor Məmmədhüseyn Təhmasibi yaxşı ta-
nıyıram mən, – dedi. Göyçə aşıqlarından dastan top-
lanmasında iştirak eləmişəm. “Aşıq Qərib”i də mən
vermişəm ona. Amma nədənsə mənim verdiyim mət-
ni – OdƏrUn variantını yox, savadsız bir aşığın da-
nışdığını yazıb.” Düzdür, bunu deyən erməni Kara-
nes Karapetyandır və o, həmin Karapetyandı ki, “Ta-
qanroq” diviziyasında qeyri-adi qəhrəmanlığı ilə
fərqlənən azərbaycanlı Uğur Mağarov haqqında iki
daşın arasında da olsa, “material” vermişdi KQB-yə.
Buna – erməninin dediklərinə inanmaq çox çətindir.
Amma düşünsək ki, Karapetyan bu fikirləri heç bir
təzyiq altında deyil, sadəcə vicdanının səsi ilə etiraf
etmişdir, bu etiraf isə azərbaycanlıların heç bir vəhşi-
liyə, fitnəyə baxmadan öz əqidələrindən: insansevərli-
yindən, qonaqpərvərliyindən, dürüstlüyündən yaran-
mışdır, deməli, yazıçı Karanesin fikirlərini təqdir edir.
Bir anlıq 1930-1940-cı illəri yada salıb gözlərimiz
önündə canlandırsaq, o dövrdə bir çox qeyri-adi hadi-
sələrin baş verdiyini görmüş olarıq. “Dədə Qorqud”
dastanını repressiyaya məhkum edən bir rejim necə
olur ki, şifahi xalq ədəbiyyatımızın toplanmasına ica-
zə verir və pul ayırır? Azərbaycanda yaşayan türkləri
sürgün etməyi düşünən bir rejim necə olur ki, Cənubi
Azərbaycan haqqında şeirlər, romanlar yazılmasına
start verir? Əlbəttə ki, toplanan bir çox mətnlər təhrif
olunaraq yazıya alınmış, həqiqətlər gizlədilmişdir.
Hətta bir çox tədqiqatçılar bu gün o dövrdə qələmə
alınmış nümunələrin yanlışlığından söz açır, bəzi nü-
munələrin isə şəxslərin yaradıcılıqlarının məhsulu ol-
duğunu sübut etmişlər. Bəli, bu mətləblərin araşdırıl-
Dostları ilə paylaş: |