Səhih Dua Və Zikirlər Kitabı
379
Əbu Curayyə Huceymiyyə rəvayət edir ki, Peyğəmbərin yanına
gələrək: “
Aleykəs Sələm –
Yə Rəsulullah!” dedim. O: “
Aleykəs Sələm –
deməyin. Çünki
Aleykəs Sələm
ölülərin salamıdır (ölülərə verilən
salamdır)”
1092
.
ملاسلاب ءدبلا
SALAMA ÖNCƏ BAŞLAMAQ
.
Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç bir
kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya
gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi
salamı birinci verib (sözə) başlayanıdır”
1093
.
.
Buşeyr İbn Yəsar deyir ki: “İbn Ömərə birinci salam verən və ya (salam
verdikdə) onu qabaqlayan bir kimsə olmamışdır”
1094
.
Əbu Umamə rəvayət edir ki, Allah Elçisi buyurdu: “İnsanların Allaha
ən yaxın olanı ilk salam verəndir“
1095
.
.
Əbu Uməmə rəvayət edir ki, (bir nəfər): “Yə Rəsulullah! İki adam
1092
Əbu Davud 5209, 5211, əl-Albani “Səhih”.
1093
Buxari 6077, Müslim 2560.
1094
Buxari “Ədəbul Mufrad” 982, əl-Albani “Səhih”.
1095
Əbu Davud 5197, 5199, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
380
qarşılaşdıqları zaman hansı ilk olaraq salama başlayır?”. Peyğəmbər: “Allaha
ən yaxın olanı” deyə buyurdu
1096
.
نذؤملاو نآرقلا ئراق ىلع ملاسلا
مهريغو يعادلاو
SALAM OLSUN QURAN OXUYANA, MÜƏZZİNƏ
DƏVƏTÇİYƏ VƏ QEYRİLƏRİNƏ
Uqbə İbn Amir əl-Cuhəni rəvayət edir ki, məsciddə oturub Quran
oxuyurdum. Bu zaman Peyğəmbər daxil oldu və bizi salamladı. Biz də
salamı qaytardıq. O: “Allahın kitabını oxuyun, ondan möhkəm yapışın və
varlanın. Muhəmmədin nəfsi əlində olana and olsun ki, həqiqətən o dişi
dəvənin ipindən qırılaraq qaçmasından daha şiddətli şəkildə (hafizələri tərk
edir)” deyə buyurdu
1097
.
تيمشتلا مكح
لإاو هدرو ملاسلا ءاقلإو
بطخي مام
İMAM XÜTBƏ VERƏRKƏN ASQIRANA
YƏRHƏMUKƏLLAH DEMƏK, SALAM VERMƏK VƏ
SALAMI QAYTARMAQ HAQDA
Şeyx əl-Albani deyir ki: “İmam xütbə verərkən “Asqırana” cavab
vermək, “Salam Verənə” salamı qaytarmaq caiz deyildir
1098
.
ستلا ةيهارك
ةراشلااب ميل
İŞARƏ İLƏ SALAMIN QADAĞAN EDİLMƏSİ
Əta İbn Əbu Rəbah rəvayət edir ki, (səhabələr) əl ilə (işarə edib) salam
verməyi xoşlamazdılar
1099
.
1096
Tirmizi 2694, əl-Albani “Səhih”.
1097
əl-Albani “Səhihdə” 3285.
1098
əl-Albani “Səhih Zikirlərin Cəmi”.
1099
Buxari “Ədəbul Mufrad” 1004, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
381
Amr İbn Şueyb atasından, o da öz babasından rəvayət edir ki, Peyğəmbər
buyurdu: “Bizdən başqalarına bənzəməyə çalışanlar bizdən deyildir. Yəhudi
və Nəsranilərə bənzəməyin. Çünki Yəhudilərin salamlaşmaları barmaq işarəsi,
Xristianların salamlaşması isə əl (əlin içi) ilə işarə etməklə olur”
1100
.
.
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Salam danışmaqdan
öncədir”
1101
.
ملاسلاب ىراصنلاو دوهيلا اوأدبت لا
KİTAB ƏHLİNƏ İLK OLARAQ SALAM VERİLMƏZ
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yəhudi və
Xristianlara ilk olaraq siz salam verməyin. Siz onlardan hər hansı birilə yolda
qarşılaşdığınız zaman ona yolun ən dar hissəsini verin»
1102
.
Suheyl İbn Əbi Saleh rəvayət edir ki, atamla Şama getdik. Səfər əsnasında
Xristianlara məxsus kilsənin yanından keçdikdə onları salamlamağa başladım.
Atam: “Onlara ilk olaraq salam verilməz. Həqiqətən də Əbu Hureyrə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yəhudi və Xristianlara ilk olaraq siz
salam verməyin. Siz onlardan hər hansı birilə yolda qarşılaşdığınız zaman ona
yolun ən dar hissəsini verin”
1103
.
1100
Tirmizi 2695, əl-Albani “Həsən”.
1101
Tirmizi 2699, əl-Albani “Həsən”.
1102
Müslim 2167, Muxtəsər Müslim 1432, Buxari “Ədəbul Mufrad” 1103.
1103
Əbu Davud 5205, 5207, əl-Albani “Səhih”.