Səhih Dua Və Zikirlər Kitabı
370
Ribiyə deyir ki, Bəni Amir oğullarından biri deyir ki: Peyğəmbər evində
olarkən: “Girmək üçün izin istəmiş”. Peyğəmbər xidmətçisinə: “Bu adamın
qarşısına çıx və ona izin istəməyi öyrət və: “
Əs Sələmu Aleykum!
Daxil ola
bilərəm” deyə buyurdu. Adam: “
Əs Sələmu Aleykum!
Daxil ola bilərəmmi?
Deyə izin istəmiş və Peyğəmbər ona izin vermişdir” dedi
1061
.
.
Əbu Səid əl-Xudri rəvayət edir ki, Ənsarlı birinin məclisində idik. Əbu
Musa qorxmuş bir halda yanımıza gəldi. Ondan: “Səni qorxudan nədir?” deyə
soruşduq. O: “(Ömər məni yanına çağırmışdı) Mən də (qapısının) yanına gəlib
üç dəfə izin istədim. Lakin mənə izin vermədi. Mən də geri qayıtdım”. Ömər:
“Nə üçün üç dəfə izin istədin lakin izin verilmədi geri döndüm” dedi. O:
“Çünki Peyğəmbər buyurdu: “Sizdən biriniz üç dəfə izin istər, əgər daxil
olmaq üçün izin verilməzsə geri dönsün”. Ömər: “Vallahi, dediyinə dəlil
gətirəcəksən. Sizdən kimsə Peyğəmbərin belə dediyini eşidibmi?”. Ubeyy
İbn Kəb: Vallahi, səninlə yalnız qövmün kiçikləri gedə bilər. Mən qövmün ən
kiçiyi idim. Getdim və Ömərə Peyğəmbərin belə dediyini xəbər verdim”
dedi
1062
.
ءاسنلا ةحفاصم مكح
ملا ريغ
مراح
NAMƏHRƏM QADINLA ƏLLƏ GÖRÜŞMƏK
:
Məaqil İbn Yəsar mərfu olaraq rəvayət edir ki, Peyğəmbər buyurdu:
«Sizlərdən birinizin başına dəmir iynənin soxulması halal olmayan bir qadına
1061
Əbu Davud 5177, 5179, əl-Albani “Səhih”.
1062
Buxari 5891, 6241, 6245, Müslim 2153, 2156, Əbu Davud 5180, 5182.
Səhih Dua Və Zikirlər Kitabı
371
toxunmasından daha xeyirlidir»
1063
.
Umeyyə Binti Raqiq rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən
mən (əllə) qadınlarla görüşmürəm. Yüz qadına dediyim bir qadına dediyim
kimdir və ya bir qadına dediyimin mislindədir”
1064
.
)
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Adəm oğlunun
zinadan bir nəsibi vardır (Başqa rəvayətdə: Hər bir Adəm övladı zinaya məruz
qalacaqdır). Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası
baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin
zinası tutmaqdır (toxunmaq). Ayağın zinası addımlamaqdır. (Başqa rəvayətdə:
Dodaqların zinası öpməkdir). Qəlb isə arzu və təmənna edir. Övrət yeri ya
bunu təsdiq ya da inkar edəcəkdir”
1065
.
تيب لهأ ىلع لخد اذإ ملاسلا
EV ƏHLİNİN YANINA DAXİL OLDUQDA SALAM
VERMƏK
Qatadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Evə daxil olduqda ev
əhlini salamlayın. Çıxdığınız zaman da ev əhlinə salam ilə vidalaşın“
1066
.
هتيب لخد اذإ لجرلا ملاس
EVİNƏ SALAMLA GİRƏNİN FƏZİLƏTİ
1063
Təbərani «Kəbir» 20/212, əl-Albani «Səhihul Cəmi» 4921, “Səhihdə” 226.
1064
İbn Məcə 2874, Nəsəi 4181, İbn Hibban 4553, Əhməd 27009, əl-Albani “Səhihdə” 529.
1065
Müslim 6924, 6965, Əhməd 8498, 10920, 10933, İbn Hibban 4423, əl-Albani “Səhih”.
1066
əl-Albani “Səhih Cəmi” 526, “Hidayətul Ravat” 4574.
Səhih Dua Və Zikirlər Kitabı
372
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ey oğlum! Ev əhlinin
yanına daxil olduqda onları salamla. Onlara və Əhli beytinə bərəkət hasil
olar”
1067
.
Əbu Uməmə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç nəfər vardır ki,
onlar Allahın öhdəsindədir; (onlardan hər biri) yaşasa, ehtiyacı ödənilər, ölsə
Cənnətə girər: “Kim öz evinə salamla girsə, Allahın öhdəsində olar, Kim
(ibadət etmək üçün) məscidə getsə, Allahın öhdəsində olar, Kim Allah yolunda
cihada çıxsa, Allahın öhdəsində olar”
1068
.
Cabir rəvayət edir ki: “Ailənin yanına daxil olduqda, Allah tərəfindən
olan mübarək və gözəl salamla onları salamla”. (Ravi) deyir ki, bu ayə ona
(salam verdikdə onu almağa) dəlildir: “
Sizə salam verildiyi zaman onu daha
gözəl alın və ya (eynilə sahibinə) qaytarın!”. (ən-Nisa 86)
1069
.
مئانلا ىلع ملاسلا
YATAN KİMSƏYƏ SALAM VERMƏK
Miqdad İbn Əsəd rəvayət edir ki, Peyğəmbər gecə vaxtı gəlib salam
verərdi, (salamı ilə) yatanları oyatmazdı və oyaq qalanlara (onu)
eşitdirərdi”
1070
.
1067
əl-Albani “Hidayətul Ravat” 4575.
1068
Buxari “Ədəbul Mufrad” 1094, əl-Albani “Səhih”.
1069
Buxari “Ədəbul Mufrad” 1095, əl-Albani “Səhih”.
1070
Buxari “Ədəbul Mufrad” 1028, əl-Albani “Ədəbu Zifaf” 168.
Dostları ilə paylaş: |