Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə135/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   131   132   133   134   135   136   137   138   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

394 



 

 ًاملسم   ح د م اذإ لوقي اذام

 

MÜSƏLMANI TƏRİF ETDİKDƏ NƏ DEYİLİR? 

 



)

 



(

:

 



 

Əbu  Bəkrə    rəvayət  edir  ki,  bir  kişi  barədə  Peyğəmbərin    yanında  söz 

açdıqda bir nəfər onu təriflədi (Başqa rəvayətdə: “Ya Rəsulullah! Filan və filan 

xüsuslarda  Allah  və  Rəsulundan  sonra,  o  kimsədən  daha  fəzilətli  heç  kimsə 

yoxdur).  Peyğəmbər:  “Vay  sənin  halına!  Sən  öz  dostunu  (belə  tərif  etməklə) 

boynunu sındırdın. (O, bunu bir neçə dəfə təkrar etdi.) Sizlərdən biri (kimisə) 

hökmən  tərifləməli  olsa,  –  onun  yaxşı  adam  olduğunu  bilirsə  –  qoy  desin: 



Əhsibu  Fulənən  Vəllahu  Həsiybuhu  Və  Lə  Uzəkkiy  Aləllahi  Əhədən  –

  Mən 

filankəsi (yaxşı adam) hesab edirəm. Onu hesaba çəkən isə Allah olacaq. Mən 



heç kəsi Allah yanında təmizə çıxartmıram!»

1141


.  

 

 



 

Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    bir  kişinin  başqa  birisini 

təriflədiyini və tərif edərkən həddi aşdığını eşidib dedi: “Siz o kimsəni (məğrur 

edib) həlak etdiniz və ya o kimsənin belini qırdınız”

1142

.  


 

 

 



İbrahim  ət-Teyminin  atası  rəvayət  edir  ki,  bir  dəfə  biz  Ömərin    yanında 

oturmuşduq. Bir kişi başqa birisinin üzünə tərif dedi. Ömər: “Sən onu kəsdin, 

Allah da səni kəssin!”

1143


.  

 

 



                                                

1141


 Buxari  2662,  5810,  6162,  Müslim  2296,  3000,  7693,  Əhməd  20422,  20438,  Buxari  “Ədəbul  Mufrad”  333. 

İmran    deyir  ki:  «İnsanı  öləndən  sonra  tərif  et.  Çünki  ölənə  qədər  onun  sünnə  və  ya  bidət  üzərə  öləcəyi 

bilinməz». Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».  

1142


 Müslim 3001, Buxari “Ədəbul Mufrad” 334, əl-Albani “Səhih”.  

1143


 Buxari “Ədəbul Mufrad” 335, əl-Albani “Həsən”. 


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

395 



 

 

Zeyd  İbn  Əsləmin  atası  rəvayət  edir  ki,  mən  Ömərin    belə  dediyini 



eşitdim:  “Tərif  etmək  baş  kəsməkdir!”  Muhəmməd  dedi:  “Əgər  bunu  qəbul 

etsə”


1144

.  


 

 

 



Əbu Mə’mər rəvayət edir ki, bir kişi qalxıb ixtiyar sahiblərindən birinə tərif 

dedi. Miqdad  onun üzünə torpaq atıb dedi: “Peyğəmbər  bizə məddahların 

üzünə torpaq atmağı buyurdu”

1145


.  

 

 



 

Əta  İbn  Əbi  Rəbah  rəvayət  edir  ki,  bir  kişi  İbn  Ömərin    yanında  başqa 

birisini  təriflədi.  İbn  Ömər    onun  üzünə  torpaq  atıb  dedi:  “Peyğəmbər   

buyurmuşdu: “Məddahları görsəniz üzlərinə torpaq atın!”

1146

.  


 

؟حدم زوجي يتم  

NƏ ZAMAN TƏRİF ETMƏK OLAR? 

 

İmam  Nəvəvi    deyir:  “Bu  hədislərin  hər  biri  tərif  etməyin  qadağan 



olmasını bildirir. Lakin tərif etməyi mubah edən hədislər də vardır ki, alimlər 

bir-birinə  zid  görsənən  bu  hədisləri  bu  cür  açıqlamışlar.  Əgər  tərif  olunan 

kimsə  tərifdən  sonra  onda  öyünmək,  qürurlanmaq,  təkəbbürlük  hissləri 

yaranmazsa,  nəfsinin  əsiri  olmazsa  belə  bir  kimsəni  tərif  etmək  nə  haramdır, 

nə  də  məkruh.  Lakin  bu  söylənilənlər  onun  haqqında  ehtimal  olunursa,  belə 

bir  kimsəyə  qarşı  üzünə  tərif  etmək  məkruhdur.  Tərif  etməyin  mubah 

olduğunu göstərən hədislər:  

 

.



 

 

Peyğəmbər  buyurdu: “Ona izn ver və Cənnətlə müjdələ”



1147

.  


                                                

1144


 Buxari “Ədəbul Mufrad” 336, əl-Albani “Səhih”.  

1145


 Müslim 3002, Buxari “Ədəbul Mufrad” 339, əl-Albani “Səhih”.  

1146


 Buxari “Ədəbul Mufrad” 340, əl-Albani “Səhih”.  

1147


 Buxari 3674, 2403.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

396 



 

 

.



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  (malından) 

Allah  yolunda  iki  şey  xərcləsə,  onu  Cənnət  qapılarının  birindən  çağırıb:  “Ey 

Allahın qulu, bu bir xeyirdir”– deyəcəklər. Namaz qılanlar namaz qapısından, 

cihad  edənlər  cihad  qapısından,  oruc  tutanlar  Rəyyan  adlı  qapıdan,  sədəqə 

verənlər  də  sədəqə  qapısından  (Cənnətə)  çağırılacaqlar.”  (Bu  vaxt)  Əbu  Bəkr 

dedi: “Atam-anam sənə fəda olsun, ya Rəsulullah! Bu qapılardan çağırılanların 

heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan 

bir kimsə olacaqmı?” Peyğəmbər: “Bəli və mən ümid edirəm ki, sən onlardan 

olacaqsan Ey Əbu Bəkr!”

1148

.  


 



 

Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim 



təkəbbürlüyündən  paltarının  ətəyini  yerlə  sürüyərsə,  Qiyamət  günü  Allah 

onun  üzünə  baxmaz.  (Bunu  eşidəndə)  Əbu  Bəkr:  “Mən  fikir  vermədikdə 

paltarımın  uclarından  biri  yerə  sürtülür.  Peyğəmbər:  “Sən  ki  bunu 

təkəbbürlüyündən etmirsən”

1149

.  


 

.

 



Peyğəmbər   buyurdu:  “Ey  Xattabın oğlu!  Nəfsim  əlində olan Allaha  and 

olsun  ki,  şeytan  sənin  bir  yolla  getdiyini  görərsə,  heç  şübhəsiz  ki,  yolunu 

dəyişərək başqa bir yola keçər”

1150


.  

 

                                                



1148

 Buxari 1897, 3666, Müslim 1027.  

1149

 Buxari 3665, Müslim 2382.  



1150

 Buxari 3683, Müslim 2396.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə