Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə136/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   132   133   134   135   136   137   138   139   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

397 



 

.

 



Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Yuxuda) 

gördüm ki, Cənnətdəyəm. Birdən qarşımda Əbu Təlhənin zövcəsi Rumeysanı 

gördüm  və  bir  ayaq  səsi  eşitdim.  Soruşdum:  “Bu  kimdir?”  Dedilər:  “Bu 

Bilaldır!”.  Sonra  mən  bir  qəsr  və  bu  qəsrin  həyətində  bir  cavan  qız  gördüm. 

Soruşdum: “Bu (qəsr) kimindir?” Dedilər: “Ömərindir!” Mən qəsrin içinə girib 

ora  göz  gəzdirmək  istədim,  lakin  sənin  qısqanclığın  yadıma  düşdü  (və  mən 

dönüb  oradan  uzaqlaşdım).”  (Bunu  eşidəndə)  Ömər  dedi:  “Atam-anam  sənə 

qurban, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!”

1151

.  


 

.

 



Ənəs  rəvayət edir ki, Peyğəmbər  (bir dəfə), Əbu Bəkr, Ömər və Osman 

Uhud  dağına  qalxdılar  və  dağ  silkələndi.  Onda  Peyğəmbər:  “Sakit  dur,  ey 

Uhud! Həqiqətən, sənin üstündə bir Peyğəmbər, bir siddiq və iki şəhid var”

1152


.  

 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  əvvəl 



yaşamış İsrail oğullarından  –  Peyğəmbərlər istisna olmaqla,  bəzi  (əməlisaleh) 

insanlara  vəhy  nazil  olardı.  Əgər  mənim  ümmətimdən  kiməsə  vəhy  nazil 

olmuş olsaydı, bu Ömər  olardı”

1153


.  

 

.



 

                                                

1151

 Buxari 3679, Müslim 2395.  



1152

 Buxari 3675, 3699.  

1153

 Buxari 3689.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

398 



 

İbn Abbas  rəvayət edir ki, (həcc ziyarətində) Peyğəmbər   su paylanılan 

yerə  gəlib  su  istədi.  Abbas:  “Ey  Fədl

1154


,  get  ananın  yanına,  ondakı  sudan 

Allahın elçisinə gətir!”. Peyğəmbər: “Mənə bu sudan ver”– dedi. (Abbas) dedi: 

“Ey  Allahın  elçisi,  axı  onlar  bu  suya  əllərini  salırlar.”  Peyğəmbər:  “Mənə  bu 

sudan  ver”–  deyib  o  sudan  içdi.  Sonra  Zəm-zəm  quyusunun  yanına  gəldi. 

(Abbas  və  onun  uşaqları)  quyudan  su  çıxardıb  (insanlara)  su  verirdilər. 

Peyğəmbər    (onlara)  dedi:  “Çalışın,  həqiqətən  də,  siz  yaxşı  iş  görürsünüz! 

Əgər  (başqalarının)  sizin  işinizə  yiyələnəcəyindən  qorxmasaydım,  mən  də 

(quyuya)  enər  və  (çəlləyin) ipini  buraya  qoyub  (su çəkərdim)”.  Peyğəmbər   

“Buraya qoyub”– deyəndə, çiyninə işarə etdi

1155


.  

 

.



 

 

İbn  Abbas    rəvayət  edir  ki,  (Bir  dəfə)  Peyğəmbər    məni  bağrına  basıb 



dedi: “Allahım, ona hikməti

1156


 öyrət!”. Digər rəvayətdə Peyğəmbər: “Allahım, 

ona Kitabı öyrət!”

1157

.  


 

ذام

يِّكُز اذإ لجرلا لوقي ا

 

TƏRİF OLUNAN KİMSƏ NƏ DEYİR? 

 



 

 

Ədiy İbn  Ərtat    rəvayət  edir  ki,  Peyğəmbərin    səhabələrindən  bir  nəfər 



tərif  olunduğu  zaman  deyərdi:  “

Allahummə  Lə  Tuəxizniy  Bimə  Yəqulunə, 

Vəğfir  Liy  Mə  Lə  Yə’ləmunə  Vəc’alniy  Xayran  Mimmə  Yəzunnunə  -

  Allahım! 

Onların söylədiklərinə görə  məni  qınama,  bilmədikləri şeyləri  (onlardan gizli 

qalan  günahlarımı)  mənə  bağışla  və  məni  zənn  etdiklərindən  daha  xeyirli 

et!”

1158


.  

 

كرشلا نم فوخلا ءاعد



 

ŞİRKƏ (DÜŞMƏKDƏN) QORXAN KİMSƏNİN DUASI 

 

                                                



1154

 Fədl  Abbasın  oğludur. 

1155

 Buxari 1635.  



1156

 Burada Quranı başa düşmək qəsd edilir. 

1157

 Buxari 3756, Müslim 2477.  



1158

 Buxari “Ədəbul Mufrad” 585, 761, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

399 



 

)

(



)

(

 



Muaqil İbn Yəsar  rəvayət edir ki: «Mən Əbu Bəkr əs-Siddiq  ilə birlikdə 

Peyğəmbərin  yanına gəldik. (Allah Elçisi ) dedi: «Ey Əbu Bəkr! Şirk (riya) 

sizin aranızda qarışqanın yerişindən də gizlidir». Əbu Bəkr dedi: «Məgər şirk 

Allahla  yanaşı  başqa  bir  tanrı  qəbul  etmək  deyilmi?»  Peyğəmbər    dedi: 

«Canım Əlində Olana and olsun ki, şirk qarışqanın yerişindən də gizlidir. Sənə 

elə  bir  şey  öyrədimmi  ki,  onu  dediyin  zaman  şirkin  azı  da,  çoxu  da  səndən 

uzaq olsun? (Başqa rəvayətdə: Kiçik və böyük şirki də aparar)» (Sonra sözünə 

davam edib) buyurdu: «



Allahummə  İnniy Əuzu Bikə Ən Uşrikə Bikə Və Ənə 

Əa’ləmu, Və Əstəğfirukə Limə Lə Əa’ləmu –

 De: Allahım! Bilə – bilə Sənə şərik 

qoşmaqdan  Sənə  sığınıram  və  bilmədiklərimə  görə  də  Səndən  bağışlanma 

diləyirəm! (Başqa rəvayətdə: Bunu 3 dəfə demək

1159



1160



.  

 

نلاف ءاشو الله ءاش ام لاقي لا



 

“ALLAH VƏ FİLANKƏS İSTƏYƏRSƏ” – DEMƏYİN 

 



 

 



Huzeyfə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  və  filankəs 

istəyərsə - deməyin. Lakin Allah istəyən, sonra filankəs istəyən olsun”

1161

.  


 



)

(



 

 

İbn  Abbas    rəvayət  edir  ki,  bir  nəfər  Peyğəmbərə    bəzi  kəlimələrlə 



müraciət  edərək  dedi:  “Əgər  Allah  və  sən  istəsən”.  Peyğəmbər    buyurdu: 

“Məni Allaha bərabər (tay) tutdun, əgər Allah istəsə (deyin)”

1162

.  


 

                                                

1159

 Bu kəlimə zəifdir, Bax: “Zəif Cəmi” 3433.  



1160

 Buxari «Ədəbul Mufrad» 716, əl-Albani “Səhih Tərğib” 36, «Sahihul Cəmius Sağir» 3731.  

1161

 Əbu  Davud  4980,  Nəsəi  “Kubra”  10720,  10721,  İbn  Məcə  2117,  Əhməd  5/384,  əl-Albani  “Səhih  Silsilə” 



137.  

1162


 Buxari “Ədəbul Mufrad” 783, Nəsəi "Əməlul Yəum Vəl Leyl" 988, İbn Məcə 2117, əl-Albani “Səhih” 139.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə