Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə124/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   120   121   122   123   124   125   126   127   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

361 



 

İbn Məsud   rəvayət edir ki, (səhabələr) Peyğəmbərin   arxasında namaz 

qılırdılar.  Onlardan  biri  dedi:  “

Allaha  salam  olsun!

”  Peyğəmbər    namazını 

bitirdikdən sonra dedi: “

Allaha salam olsun!

”- deyən kim idi? Salam Allahın 

Özüdür. Lakin siz belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. 

Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! 

Bizə  və  Allahın  əməlisaleh  qullarına  salam  olsun!  Mən  şahidlik  edirəm  ki, 

Allahdan  başqa  ibadətə  layiq  haqq  məbud  yoxdur  və  şahidlik  edirəm  ki, 

Muhəmməd  Onun  qulu  və  elçisidir”.  Onlar  bu  duanı  sizlərdən  birinin 

Qur'andan surə əzbərlədiyi kimi əzbərləyərdilər

1029

.  


 

ملاسلا ءاقلإ ةفص

 

SALAM VERMƏYİN VƏSFİ 

 

)



(

 

İmran İbn Huseyn   rəvayət edir ki, Peyğəmbər   (məclisdə ikən) bir kişi 



gəlib:  “

Əs-Səlamu  Aleykum 

Yə  Rəsulullah!”-  dedi  və  oturdu.  Peyğəmbər   

ona salamı qaytardı və buyurdu: “10 (savab vardır)”. Başqa bir kişi gəlib: “

Əs-

Səlamu Aleykum Və Rahmətullah!

”- dedi və oturdu. Peyğəmbər  ona salamı 

qaytarıb  buyurdu:  “20  (savab  vardır)”.  Başqa  bir  kişi  gəlib:  “

Əs-Səlamu 

Aleykum Və Rahmətullahi Və Bərəkatuhu!

”- dedi və oturdu. Peyğəmbər  ona 

salamı  qaytarıb  buyurdu:  “30  (savab  vardır)  (Başqa  rəvayətdə:  Bir  kişi 

məclisdən  qalxıb  salam  vermədi.  Peyğəmbər:  “Dostunuz  (salamını)  nə  tez 

unutdu.  Sizdən  biriniz  məclisə  gəldiyi  zaman  salam  versin.  Əgər  (orada) 

oturmağı  məsləhət  bilsə otursun.  Məclisdən  durub  getdikdə  də salam  versin. 

Əvvəlki salam sonuncu salamdan daha üstün deyildir)”

1030


.  

 

.



 

                                                

1029

 Buxari “Ədəbul Mufrad” 990, əl-Albani “Səhih”. 



1030

 Əbu Davud 5195, 5197, Buxari “Ədəbul Mufrad” 986, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

362 



 

Ömər    rəvayət  edir  ki,  mən  Əbu  Bəkrin    tərkində  idim.  Bir  camaatın 

yanından  keçdikdə  (onlara):  “

Əs-Səlamu  Aleykum!

”-  deyər,  onlar  da:  “



Əs-

Səlamu  Aleykum  Və  Rahmətullah!

”-  deyərdilər.  Əbu  Bəkr:  “



Əs-Səlamu 

Aleykum  Və  Rahmətullah!

”-  deyər,  onlar  da:  “



Əs-Səlamu  Aleykum  Və 

Rahmətullahi  Və  Bərəkatuhu!

”-  deyərdilər.  Əbu Bəkr:  “Bu  gün  insanlar  daha 

çox fəzilətlə bizi üstələdilər”

1031


 

ملاسلا در ةفص



 

SALAMI QAYTARMAĞIN VƏSFİ 

 



 

 



Zeyd  İbn  Ərqam    rəvayət  edir  ki,  Peyğəmbər    bizi  salamladığı  zaman 

buyurdu:  “



Əs-Səlamu  Aleykum  Və  Rahmətullahi  Və  Bərəkatuhu  Və 

Məğfiratuhu  -

  Sizə  salam  olsun,  Allahın  rəhməti,  bərəkəti  və  məğfirəti 

yetişsin”. 

1032


 

 

 



Səhl  İbn  Muaz  İbn  Ənəs,  atasından    rəvayət  edir  ki,  başqa  birisi 

Peyğəmbərin  (yanına gələrək) dedi: “



Əs-Səlamu Aleykum Və Rahmətullahi 

Və Bərəkatuhu Və Məğfiratuhu

”. Peyğəmbər: “40 (savab), (hər kəliməyə görə) 

fəziləti belə olur” deyə buyurdu

1033


.  

 

 



 

Əbu  Zinad    rəvayət  edir  ki,  Xaricə  İbn  Zeyd    məktubunu  yazarkən 

salamı  belə  verərdi:  “Ey  möminlərin  əmiri! 

Əssələmu  Aleykə  Yə  Əmirul 

Muminin  Və  Rahmətullahi  Və  Bərəkatuhu  Və  Məğfiratuhu  Və  Tayyibus 

Saləvətuhu  

Sənə  salam  olsun,  Allahın  rəhməti,  bərəkəti,  məğfirəti  və  gözəl 

xeyir-duası yetişsin”

1034


.  

                                                

1031

 Buxari “Ədəbul Mufrad” 987, əl-Albani “Səhih”.



 

 

1032



 əl-Albani “Səhihdə” 1449.  

1033


 Əbu Davud 5196, 5198, əl-Albani “Zəif”.  

1034


 Buxari “Ədəbul Mufrad” 1001, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

363 



 

ملاسلا دري مل نم

 

SALAMI QAYTARMAYAN KİMSƏ 

 

 



Abdullah  İbn  Samit    rəvayət  edir  ki,  mən  Əbu  Zərə    dedim:  “Mən 

AbdurRəhman  İbn  Ummul  Həkəmin  yanından  keçərkən  ona  salam  verdim, 

lakin  o,  mənim  salamımı  almadı”.  Əbu  Zərr:  “Ey  qardaşım  oğlu!  Məgər 

bununla  sənin  əleyhinə  nə  isə  olurmu?  Sənin  salamını,  ondan  da  xeyirlisi, 

onun sağında duran bir mələk aldı”

1035


.  

 

 



Abdullah    rəvayət  edir  ki: “Həqiqətən,  Salam Allahın  adlarından  biridir. 

O,  bunu  (bir-birinizlə  salamlaşasınız  deyə)  yer  üzünə  qoymuşdur.  Elə  isə 

aranızda  salamı  yayın.  Əgər  bir  kişi  camaata  salam  versə,  onlar  da  onun 

salamını  alarsa, onların fəziləti  bir  dərəcə  artar. Çünki o  adam  salamı onların 

yadına saldı. Yox əgər onun salamını almasalar, (qəm yeməsin) onlardan daha 

xeyirli və daha təmiz olan (bir mələk) onun salamını alar”

1036

.  


 

 

Həsən    rəvayət  edir  ki:  “Salam  vermək  müstəhəbdir,  onu  almaq  isə 



vacib”

1037


.  

 

 



Əbu  Hureyra    rəvayət  edir  ki:  “Ən  xəsis  adam,  salam  verməyə  xəsislik 

edən şəxsdir və ən aciz adam, dua etməkdə aciz qalan şəxsdir”

1038

.  


 

ريثكلا ىلع ليلقلاو يشاملا ىلع بكارلا ميلست

 

ATLI PİYADANI, AZ İSƏ ÇOXU SALAMLAYIR 

                                                

1035

 Buxari “Ədəbul Mufrad” 1038, əl-Albani “Səhih”.  



1036

 Buxari “Ədəbul Mufrad” 1039, əl-Albani “Səhih”.  

1037

 Buxari “Ədəbul Mufrad” 1040, əl-Albani “Səhih”.  



1038

 Buxari “Ədəbul Mufrad” 1042, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə