Səhih Dua Və Zikirlər Kitabı
349
durub dedi: “Ey Allahın elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha
dua et ki, bizə yağmur endirsin”. Peyğəmbər əllərini (göyə) qaldırıb dedi:
“
Allahummə İsqinə, Allahummə İsqinə, Allahummə İsqinə -
Allahım, bizə
yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!”.
Vallahi, (həmin an) biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa
bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı.
(Bu vaxt) dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün
ortasına çatdıqdan sonra (ətrafa) yayıldı və yağış yağmağa başladı. Vallahi, altı
gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən
(yenə) bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz
durub dedi: “Ey Allahın elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et
ki, yağışı dayandırsın. Peyğəmbər əllərini (göyə) qaldırıb dedi: “
Allahummə
Həvaleynə Və Lə Aleynə, Allahummə Aləl Akəmi, Vəl Cibali, Vəl Acami, Vəz
Zirabi Vəl Əvdiyəti Və Mənabitiş Şəcəri -
Allahım! (Yağışı) üstümüzə deyil,
ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və
ağac bitən yerlərə (yağdır)!”. Yağış kəsdi və biz günəşli havada (gəzişmək
üçün) bayıra çıxdıq
990
.
)
(
Ənəs rəvayət edir ki, Peyğəmbər əllərini göyə qaldırıb buyurdu:
“
Allahummə Əğsinə, Allahummə Əğsinə, Allahummə Əğsinə (Başqa rəvayətdə:
Allahummə İsqinə, Allahummə İsqinə, Allahummə İsqinə) -
Allahım, bizə
yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!”
991
.
Amr İbn Şueyb atası (Şueybdən) o, da babasından rəvayət edir ki,
Peyğəmbər yağış duası zamanı: “
Allahummə İsqi İbədəkə Və Bəhəiməkə
Vənşur Rahmətikə Və Əhyi Bələdəkəl Meyyitə -
Qullarına və heyvanlarına
yağış (su) ver, rəhmətini yay və ölü məmləkətinə həyat ver“
992
.
990
Buxari 1013.
991
Buxari 476, 967, 968, 1014, 1013, Müslim 897, 2115, Nəsəi 1517, 1822.
992
Əbu Davud 1067, 1176, 1178, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
350
حيرلا دنع ءاعدلا
KÜLƏK ƏSDİYİ ZAMAN EDİLƏN DUA
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Külək Allahın
mərhəmətindəndir. Həm rəhmətlə gəlir, həm də əzabla. Küləyin əsdiyini
gördüyünüz zaman onu söyməyin. Allahdan onun xeyrini diləyin, şərrindən
isə Allaha sığının”
993
.
Aişə rəvayət edir ki, fırtına baş verdiyi zaman (güclü külək zamanı)
Peyğəmbər buyurdu: “
Allahummə İnniy Əs'əlukə Xayrahə Və Xayra Mə
Fiyhə Və Xayra Mə Ursilət Bihi, Və Əuzu Bikə Min Şərrihə Və Şərri Mə Fiyhə
Və Şərri Mə Ursilət Bihi –
Allahım! Səndən onun (küləyin) xeyrini, onda olanın
xeyrini və onunla birlikdə göndərilənin xeyrini diləyirəm! Onun şərindən,
onda olanın şərindən və onunla birlikdə göndərilənin şərindən Sənə
sığınıram!”
994
.
Aişə rəvayət edir ki, Peyğəmbər üfüqdə buludların toplandığını
gördükdə gördüyü işi tərk edər və namaza duraraq dua edər və buyurardı:
“
Allahummə İnni Əuzu Bikə Min Şərri –
Allahım! Küləyin şərrindən Sənə
sığınıram”. Yağış gördüyü zaman isə: “
Allahummə Sayyibən Həniyən -
Bu
yağışı yer üzünə yağan faydalı yağış et” deyə buyurardı
995
.
.
993
Əbu Davud 5987, əl-Albani “Səhihdə” 2756.
994
Muxtəsər Müslim 449, Müslim 899, 2122, Tirmizi 3449.
995
Buxari 1032, Əbu Davud 5101, 5099, əl-Albani “Səhihdə” 2757, “Səhih Kəlimə” 128.
Səhih Dua Və Zikirlər Kitabı
351
Aişə rəvayət edir ki, Peyğəmbər üfüqdə bir bulud gördüyü zaman
namazda belə olasaydı gördüyü işi tərk edər və qibləyə yönələrək (bulud
gedənə qədər bu duanı edərdi): “
Allahummə İnni Nəuzu Bikə Min Şərri Mə
Ursilə Bihi –
Allahım! Bizə göndərdiyinin şərrindən Sənə sığınıram”. Yağış
zamanı 2 və ya 3 dəfə: “
Allahummə Seyyibən Nəfiən –
Bu yağışı yer üzünə
yağan faydalı yağış et”. Əgər hava açılsaydı və yağış yağmasaydı buna görə
Allaha həmd edərdi”
996
.
:
.
Aişə rəvayət edir ki, Peyğəmbər bulud gördüyü zaman üzünün rəngi
dəyişər, haldan-hala düşər, (evinə) girər çıxar, (həyacan içində) o yana bu yana
gedərdi. Yağış yağdıqda bu hal ondan sovuşardı. Sonra Aişə onun halı
barəsində ona xatırladıqda o buyurdu: “Nə bilisən? Bəlkədə bu Hudun
qövmünün dediyi kimi: “
Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz
tutub gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq
buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez gəlməsini
istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!”. (əl-Əhqaf 24)
997
.
Ənəs rəvayət edir ki, güclü külək əsdiyi zaman Peyğəmbər buyurdu:
“
Allahummə İnni Əsəlukə Min Xeyri Mə Ursilət Bihi, Və Əuzu Bikə min Şərri
Mə Ursilət Bihi -
Allahım! Səndən onun (küləklə) birlikdə göndərilənin xeyrini
diləyirəm! Onunla birlikdə göndərilənin şərindən isə Sənə sığınıram!”
998
.
Səlmə İbn Əkva rəvayət edir ki, külək şiddətlənərkən Peyğəmbər
buyurdu: “
Allahummə Ləqahən Lə Aqimən -
Allahım! (Bu küləyi) dölləndirən
(həm buludlarda su əmələ gətirən, həm də bitkiləri tozlandıran bir vasitə) et və
996
İbn Məcə 3889, əl-Albani “Səhih”.
997
İbn Məcə 3891, əl-Albani “Səhih”.
998
Buxari “Ədəbul Mufrad” 717, əl-Albani “Səhihdə” 2757.