Səhih Dua Və Zikirlər Kitabı
346
Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər Xutbətul Hacə duasını
Nigah və digər mərasimlərdə söyləməyimizi buyurdu və bu duanı mənə
öyrədərək…”
983
.
دقلا ةليل ءاعد
ر
QƏDR GECƏSİNDƏ DUA
)
(
Aişə rəvayət edir ki, mən: «Ey Allahın Elçisi! Qədr gecəsinin hansı gecə
olduğunu bilsəm, hansı duanı oxumağımı tövsiyə edirsən?» - dedim. Allah
Elçisi belə buyurdu: “
Allahummə İnnəkə Afuvvun Kərimun Tuhibbul Afva
Fə'fu Anni -
Allahım! Sən bağışlayansan, səxavətlisən və bağışlamağı sevənsən,
məni bağışla!»
984
.
ص
ءاقستسلاا ةلاص ةف
İSTİSQA NAMAZININ VƏSFİ
.
Abdullah İbn Zeyd rəvayət edir ki, Peyğəmbər (Allahdan) yağış
diləmək üçün insanlarla (namaz qılınan yerə) çıxdı, onlarla iki rükət namaz
qıldı, hər iki rükətdə də səsli oxudu, dua etmək üçün qibləyə dönərək əllərini
qaldırdı, əbasını tərsinə çevirdi nə zaman ki, qiblə istiqamətində idi”
985
.
ءاقستسلاا ءاعد
YAĞIŞ DUASI
983
Əbu Davud 2118, 2120, Tirmizi 1105, İbn Məcə 1892.
984
İbn Məcə 3850, Tirmizi 3513, 3855, Əhməd 25384, 25423, əl-Albani “Səhihdə” 3337.
985
Buxari 1005, 1027, Müslim 894.
Səhih Dua Və Zikirlər Kitabı
347
Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər (yanına ağlayan
qadınlar gəldilər başlarına gələn quraqlıqdan dolayı onlar üçün dua etmələrini
istədilər) buyurdu: “
Allahummə İsqinə Ğaysən Məriən Nəfiən Ğayra Darrin
Acilən Ğayra Əcil -
Allahım! Bizə kömək edən, bərəkətli (ot) bol, zərərli deyil
faydalı, tez yağış endir" deyə dua etdi. Bu zaman göy üzü buludlarla doldu
(səma qat-qat oldu)”
986
.
Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “(İnsanlar Peyğəmbərə
quraqlıqdan şikayət etdilər. Bundan sonra Peyğəmbər bir minbər
(musallaya) qoyulmasını əmr etdi və musallaya minbər qoyuldu. Yağış
duasına çıxdığı gün cəmaata, (həmən gün gəlincə) Peyğəmbər günəşin
şüaları bir qarış görününcə minbərə çıxdı,
Təkbir
(
Allahu Əkbər
) dedi və
Allaha həmd etdikdən sonra) buyurdu: “Siz diyarınızın quraqlığından və
yağışın gecikdiyindən şikayət etdiniz. Halbuki Allah sizlərə Ona dua
etməyinizi və duanızı qəbul edəcəyini vəd etdi”. Sonra: “
Əlhəmdulilləhi
Rabbil Aləmin, Ərrahmənir Rahim, Məliki Yəvmuddin, Lə İləhə İlləllah Yəfəlu
Mə Yuriddu, Allahummə Əntəllahu Lə İləhə İllə Əntə, Əntəl Ğaniyyu Və
Nəhnu Fuqarau Ənzil Aleynəl Ğaysə Vəcəal Mə Ənzəltə Lənə Quvvətən Və
Bəıəğən İləhin -
Allahdan başqa ibadətə layiq haqq ilah yoxudr, O istədiyini
edəndir, Ey Rəbbim! Sən Allahsan, səndən başqa ilah yoxdur, Sən zənginsən
biz isə (fəqir) möhtac, bizə yağış yağdır. Yağdırdığını bizim üçün qüvvətli et
və müəyyən zamana qədər xeyirli et! Sonra əllərini qaldırdı. O, qədər qaldırdı
ki, hətta qoltuqlarının ağlığı görsənənə qədər
987
. Sonra belini cəmaata
döndərdi, libasını tərs çevirərək geyindi, əlləri hələdə də yuxarıda idi. Daha
986
Əbu Davud 1060, 1169, 1171, əl-Albani “Səhih”.
987
Ənəs İbn Malik demişdir: “Peyğəmbər yağış diləmək üçün dua etməsi istisna olmaqla, heç bir
duasında əllərini (göyə) qaldırmazdı. O, (əllərini) qoltuqlarının altının ağlığı görünənədək yuxarı qaldırardı.
Buxari 1031.
Səhih Dua Və Zikirlər Kitabı
348
sonra insanlara tərəf döndü, minbərdən enərək iki rükət namaz qıldırdı.
Həmən ardından Allah bir bulud meydana gətirdi, göy guruldadı, şimşək
çaxdı. Allahın izni ilə yağış yağdı. Məscidə gəldikdə sel axdı və (insanların
seldən) qaçaraq (evlərinə) girdiklərini gördü və azı dişləri görününcə güldü
və: “Şəhadət edirəm ki, Allah hər şeyə qadirdi və həqiqətən mən Allahın qulu
və Rəsuluyam”
988
.
Ənəs rəvayət edir ki, bir il quraqlıq oldu. Müsəlmanlardan bəzisi cümə
günü Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın elçisi! Quraqlıq üz verdi,
torpaqda çatlar əmələ gəldi, malımız da zay oldu”. Peyğəmbər əllərini
(göyə) qaldırdı. Göydə bir dənə də olsun bulud görünmürdü. Peyğəmbər
hər iki qoltuğunun altının ağlığı görünənədək əllərini uzadıb Allahdan
yağmur dilədi. Biz cümə namazını elə təzə qılmışdıq ki, evləri yaxın olan
gənclər ailələrinin yanına tələsdilər. (Bu yağış növbəti) cüməyədək davam etdi.
Növbəti cümə olduqda (səhabələrdən biri) dedi: “Ey Allahın elçisi! Evlər uçdu,
müsafirlər yolda qaldı”. Peyğəmbər bəşər övladının bu tezliklə təngə
gəlməsinə gülümsədi və əlini qaldırıb dua etdi: “Allahım! (Yağışı) Üzərimizə
deyil, ətrafımıza (yağdır)!” Beləliklə (buludlar) Mədinənin üzərindən çəkilib
getdi
989
.
Ənəs rəvayət edir ki, Peyğəmbər cümə günü xütbə verərkən bir nəfər
minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz
988
Əbu Davud 1173, 1175, İbn Hibban 991, 2860, əl-Albani “Səhih Məvərid” 500.
989
Buxari “Ədəbul Mufrad” 612, əl-Albani “Səhih”.