Səhih Dua Və Zikirlər Kitabı
355
Növbəti cümə günü Peyğəmbər xütbə verərkən (yenə) bir nəfər həmin
qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: “Ey Allahın
elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın.
Peyğəmbər əllərini (göyə) qaldırıb dedi: “
Allahummə Həvaleynə Və Lə
Aleynə, Allahummə Aləl Akəmi, Vəl Cibali, Vəl Acami, Vəz Zirabi Vəl
Əvdiyəti Və Mənabitiş Şəcəri -
Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza
yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən
yerlərə (yağdır)!”. Yağış kəsdi və biz günəşli havada (gəzişmək üçün) bayıra
çıxdıq
1009
.
رطملا لوزن دنع لعفي ام
YAĞIŞ YAĞARKƏN NƏ EDİLİR
Ənəs rəvayət edir ki, bir dəfə Peyğəmbər ilə bərabər yağmura tutulduq.
Peyğəmbər libasını sıxararaq (bədənini) yağış ilə islatdı. Biz: “Ya Rəsulullah!
Nə üçün belə etdin?” dedik. O: “Bu yağış Rəbbim (tərəfindən) təzə olduğu
üçün belə etdim”
1010
.
ثيغملا لوزن دعب ركذلا
YAĞIŞIN YAĞMASINDAN SONRA EDİLƏN ZİKR
.
Zeyd İbn Xalid əl-Cuhəni rəvayət edir ki, Allah Elçisi Hudeybiyyədə
gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı
bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə
buyurdu?” (Əshabələr:) “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedilər.
Peyğəmbər dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər
1009
Buxari 1013.
1010
Muxtəsər Müslim 13/898, 448, 2120, Əbu Davud 5100, 5102, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
356
qismi isə kafir oldu. (Başqa rəvayətdə: “Kimisi şükr etmiş, kimisi küfr”).
“
Mutirnə Bi Fadlilləhi Və Rahmətihi -
Bizə Allahın lütfü və mərhəməti
sayəsində yağış göndərilmişdir”- deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş
və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil
olmuşdur”- deyənlərə gəldikdə, onlar Mənə küfr etmiş və ulduzlara iman
gətirmişlər”
1011
.
للاهلا ةيؤر دنع ءاعدلا
HİLAL (TƏZƏ) AYI GÖRƏRKƏN EDİLƏN DUA
)
(
Abdullah İbn Amr rəvayət edir ki, Peyğəmbər hilal ayı gördüyü zaman
buyurdu: “
Allahu Əkbər, Allahummə Əhilləhu Aleynə Bil Əmni, Vəl Iyməni,
Vəs Sələməti, Vəl İsləmi, (Vət Təufiqi Limə Tuhibbu Rabbənə Və Tərda) -
Rabbunə və Rabbukəllahu –
Allah ən Böyükdür! Allahım! Onu əmin-
amanlıqla, imanla, salamatlıqla, və islamla (Ey Rəbimiz, sevdiyin və razı
qaldığın işlərə müvəffəqiyyət verməklə başımız üzərinə çıxart!
1012
) (Ey hilal!)
Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!”
1013
.
Qatadə rəvayət edir ki, Peyğəmbər hilal ayı gördüyü zaman 3 dəfə
buyurdu: “
Hiləlu Xayrin Və Ruşdin Hiləlu Xayrin Və Ruşdin Hiləlu Xayrin Və
Ruşdin Əməntu Billəzi Xaləqakə -
(Allahım! Bu ayı) xeyir və doğruluq ayı et!
Səni yaradana iman etdim”. Sonra: “
Əlhəmdulilləhil Ləzi Zəhəbə Bi Şəhri Kəzə
Və Cəə Bi Şəhri Kəzə -
Ayları bir-birinin ardıyca gətirən Allaha həmd
olsun!”
1014
.
1011
Buxari 801, 810, 846, 980, 991, 1038, Müslim 71/125, 240, Əbu Davud 3906, 3908, İbn Hibban 188, 6132,
Əhməd 17061, 17102.
1012
Motərizə içindən olandan başqa hədisin qalan hissəsi səhihdir. əl-Albani “Zəif Cəmi” 4404.
1013
Tirmizi 3451, Əhməd 1397, İbn Hibban 2374, əl-Albani “Səhihdə” 1816.
1014
Əbu Davud 5092, 5094, əl-Albani “Zəif”.
Səhih Dua Və Zikirlər Kitabı
357
ةيور دنع ةذاعتسلاا
رمقلا
AYI GÖRDÜKDƏ ALLAHA SIĞINMAQ
)
(
Aişə rəvayət edir ki, Peyğəmbər əlimdən tutub Aya tərəf işarə edərək:
“Bundan Allaha sığın (aydan). Həqiqətən o: “Zülmətə bürünməkdə olan
gecədir”
1015
.
كيدلا بس نع يهنلا
XORUZU SÖYMƏYİN QADAĞAN EDİLMƏSİ
Zeyd İbn Xalid rəvayət edir ki, Peyğəmbər buyurdu: “Xoruza
söyməyin. Çünki o, namaza oyadır”
1016
.
ليللاب كيدلا حايص عامس دنع ءاعدلا
XORUZUN BANLAMASINI GECƏ EŞİTDİKDƏ EDİLƏN
DUA
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Xoruzun
banlamasını eşitsəniz, Allahdan Onun lütfünü, rəğbətini diləyin. Çünki o
(xoruz), mələk görmüşdür”
1017
.
ليللاب ريمحلا قيهنو بلاكلا حابن عامس دنع ةذاعتسلاا
GECƏ İKƏN İTİN HÜRMƏYİNİ VƏ EŞŞƏYİN
ANQIRTISINI EŞİTDİKDƏ ALLAHA SIĞINMAQ
)
(
1015
əl-Alabni “Səhih Silsilə” 372.
1016
Əbu Davud 5101, 5103, əl-Albani “Səhih”.
1017
Əbu Davud 5102, 5104, Tirmizi 3459, Nəsəi 10779, Əhməd 8251, 8268, əl-Albani “Səhihdə” 3183.