Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə122/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   118   119   120   121   122   123   124   125   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

355 



 

 

Növbəti  cümə  günü  Peyğəmbər    xütbə  verərkən  (yenə)  bir  nəfər  həmin 



qapıdan  içəri  daxil  oldu  və  Peyğəmbərlə    üzbəüz  durub  dedi:  “Ey  Allahın 

elçisi,  mallar  zay  oldu,  yollar  bağlandı.  Allaha  dua  et  ki,  yağışı  dayandırsın. 

Peyğəmbər    əllərini  (göyə)  qaldırıb  dedi:  “

Allahummə  Həvaleynə  Və  Lə 

Aleynə,  Allahummə  Aləl  Akəmi,  Vəl  Cibali,  Vəl  Acami,  Vəz  Zirabi  Vəl 

Əvdiyəti  Və  Mənabitiş  Şəcəri  -

 

Allahım!  (Yağışı)  üstümüzə  deyil,  ətrafımıza 



yağdır. Allahım,  təpələrə,  dağlara,  bağlara, yamaclara,  vadilərə  və  ağac  bitən 

yerlərə  (yağdır)!”.  Yağış  kəsdi  və  biz  günəşli  havada  (gəzişmək  üçün)  bayıra 

çıxdıq

1009


.  

 

رطملا لوزن دنع لعفي ام



 

YAĞIŞ YAĞARKƏN NƏ EDİLİR 

 



 



 

 

Ənəs  rəvayət edir ki, bir dəfə Peyğəmbər  ilə bərabər yağmura tutulduq. 



Peyğəmbər  libasını sıxararaq (bədənini) yağış ilə islatdı. Biz: “Ya Rəsulullah! 

Nə  üçün  belə  etdin?”  dedik.  O:  “Bu  yağış  Rəbbim  (tərəfindən)  təzə  olduğu 

üçün belə etdim”

1010


.  

 

ثيغملا لوزن دعب ركذلا



 

YAĞIŞIN YAĞMASINDAN SONRA EDİLƏN ZİKR 

 

.



 

Zeyd  İbn  Xalid  əl-Cuhəni   rəvayət  edir  ki,  Allah  Elçisi    Hudeybiyyədə 

gecə  ikən  yağmış  yağışdan  sonra  bizə  sübh  namazını  qıldırdı  və  namazı 

bitirdikdən  sonra  üzünü  camaata  çevirib  soruşdu:  “Bilirsinizmi,  Rəbbiniz  nə 

buyurdu?”  (Əshabələr:)  “Allah  və  Onun  Elçisi  daha  yaxşı  bilir!”-  dedilər. 

Peyğəmbər    dedi:  “(Allah  buyurdu):  “Qullarımdan  bir  qismi  mömin,  digər 

                                                

1009


 Buxari 1013.  

1010


 Muxtəsər Müslim 13/898, 448, 2120, Əbu Davud 5100, 5102, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

356 



 

qismi  isə  kafir  oldu.  (Başqa  rəvayətdə:  “Kimisi  şükr  etmiş,  kimisi  küfr”). 



Mutirnə  Bi  Fadlilləhi  Və  Rahmətihi  -

  Bizə  Allahın  lütfü  və  mərhəməti 

sayəsində yağış göndərilmişdir”- deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş 

və  ulduzları  inkar  etmişlər.  “Yağış  bizə  filan  və  filan  ulduza  görə  nazil 

olmuşdur”-  deyənlərə  gəldikdə,  onlar  Mənə  küfr  etmiş  və  ulduzlara  iman 

gətirmişlər”

1011

.  


 

للاهلا ةيؤر دنع ءاعدلا

 

HİLAL (TƏZƏ) AYI GÖRƏRKƏN EDİLƏN DUA 

 



 

)



(

 

 



 

Abdullah İbn Amr  rəvayət edir ki, Peyğəmbər  hilal ayı gördüyü zaman 

buyurdu: “

Allahu  Əkbər,  Allahummə  Əhilləhu Aleynə  Bil  Əmni, Vəl  Iyməni, 

Vəs  Sələməti,  Vəl  İsləmi,  (Vət  Təufiqi  Limə  Tuhibbu  Rabbənə  Və  Tərda)  - 

Rabbunə  və  Rabbukəllahu  –

  Allah  ən  Böyükdür!  Allahım!  Onu  əmin-

amanlıqla,  imanla,  salamatlıqla,  və  islamla  (Ey  Rəbimiz,  sevdiyin  və  razı 

qaldığın  işlərə  müvəffəqiyyət  verməklə  başımız  üzərinə  çıxart!

1012

)  (Ey  hilal!) 



Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!”

1013


.  

 

 



 

Qatadə    rəvayət  edir  ki,  Peyğəmbər    hilal  ayı  gördüyü  zaman  3  dəfə 

buyurdu: “

Hiləlu Xayrin Və Ruşdin Hiləlu Xayrin Və Ruşdin Hiləlu Xayrin Və 

Ruşdin Əməntu Billəzi Xaləqakə -

 (Allahım! Bu ayı) xeyir və doğruluq ayı et! 

Səni yaradana iman etdim”. Sonra: “

Əlhəmdulilləhil Ləzi Zəhəbə Bi Şəhri Kəzə 

Və  Cəə  Bi  Şəhri  Kəzə  - 

Ayları  bir-birinin  ardıyca  gətirən  Allaha  həmd 

olsun!”

1014


.  

 

                                                



1011

 Buxari  801,  810,  846,  980,  991,  1038,  Müslim  71/125,  240,  Əbu  Davud  3906,  3908,  İbn  Hibban  188,  6132, 

Əhməd 17061, 17102.  

1012


 Motərizə içindən olandan başqa hədisin qalan hissəsi səhihdir. əl-Albani “Zəif Cəmi” 4404.  

1013


 Tirmizi 3451, Əhməd 1397, İbn Hibban 2374, əl-Albani “Səhihdə” 1816.  

1014


 Əbu Davud 5092, 5094, əl-Albani “Zəif”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

357 



 

ةيور دنع ةذاعتسلاا

 

رمقلا

 

AYI GÖRDÜKDƏ ALLAHA SIĞINMAQ 

 

 



)



 

Aişə  rəvayət edir ki, Peyğəmbər  əlimdən tutub Aya tərəf işarə edərək: 

“Bundan  Allaha  sığın  (aydan).  Həqiqətən  o:  “Zülmətə  bürünməkdə  olan 

gecədir” 

1015

.  


 

كيدلا بس نع يهنلا 

XORUZU SÖYMƏYİN QADAĞAN EDİLMƏSİ 

 



 

 



Zeyd  İbn  Xalid    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Xoruza 

söyməyin. Çünki o, namaza oyadır”

1016

.  


 

ليللاب كيدلا حايص عامس دنع ءاعدلا

 

XORUZUN BANLAMASINI GECƏ EŞİTDİKDƏ EDİLƏN 

DUA

 

 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Xoruzun 



banlamasını  eşitsəniz,  Allahdan  Onun  lütfünü,  rəğbətini  diləyin.  Çünki  o 

(xoruz), mələk görmüşdür”

1017

.  


 

ليللاب ريمحلا قيهنو بلاكلا حابن عامس دنع ةذاعتسلاا

 

GECƏ İKƏN İTİN HÜRMƏYİNİ VƏ EŞŞƏYİN 

ANQIRTISINI EŞİTDİKDƏ ALLAHA SIĞINMAQ 

 



(



                                                

1015


 əl-Alabni “Səhih Silsilə” 372.  

1016


 Əbu Davud 5101, 5103, əl-Albani “Səhih”.  

1017


 Əbu Davud 5102, 5104, Tirmizi 3459, Nəsəi 10779, Əhməd 8251, 8268, əl-Albani “Səhihdə” 3183.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə