Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə123/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   119   120   121   122   123   124   125   126   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

358 



 

 

 



 

Cabir  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Gecə) sakitliyi çökdükdə 

(qapları  bağlayın)  və  çölə  çıxmayın.  Allahın  məxluqları  vardır  ki,  (o  vaxt) 

buraxılarlar. Kim (gecə ikən) itlərin hürməsini və uzunqulaqların anqırmasını 

eşitsəniz,  onlardan  Allaha  sığının.  Çünki  onlar  sizin  görmədiklərinizi 

görürlər!”

1018

.  


 



)

(

 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uzunqulağın 

anqırmasını  eşitsəniz,  şeytandan  Allaha  sığının.  Çünki  o  (uzunqulaq),  şeytan 

görmüşdür”

1019

.  


 

ملاسلا ءاشفإ

 

SALAMI YAYMAQ 

 

 



Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Allah Adəmi (öz 

surətində)  boyu  altmış  dirsək  uzunluğunda  yaratdı.  Sonra  dedi:  “Get  orada 

oturan mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki 

bu  həm  sənin  salamın,  həm  də  sənin  zürriyyətinin  salamıdır”.  Adəm  onlara: 



Əs-Səlamu  Aleykum!

”-  dedi.  Onlar  da:  “



Əs-Səlamu  Aleykə  Və 

Rahmətullah!

”-  deyib  buna:  “



Və  Rahmətullah

”  kəlməsini  əlavə  etdilər. 

Cənnətə girəcək hər kəs (oraya) Adəmin surətində girəcəkdir. İndiyə qədər də 

insanların xilqəti cılızlaşmaqdadır”

1020

.  


 



 

 

                                                



1018

 Əbu Davud 5103, 5105, Buxari “Ədəbul Mufrad” 937, Nəsəi 10778, əl-Albani “Səhih”.  

1019

 Buxari 3127, 3303, Müslim 2729, 7096, əl-Albani “Səhihdə” 3183.  



1020

 Buxari 6227, Müslim 2841, Buxari “Ədəbul Mufrad” 978, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

359 



 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İman gətirməyincə 

Cənnətə daxil olmazsınız. Bir-birinizi sevməyincə də iman gətirmiş olmazsınız. 

Sizi  elə  bir  şeyə  yönəldimmi  ki,  onu  etdikdə  bir-birinizi  sevəsiniz?  Aranızda 

salamı yayın!”

1021


.  

 



 

 



 

Abdullah İbn Ömər   rəvayət edir ki, bir nəfər Peyğəmbərdən   soruşdu: 

“İslamın  hansı  (əməli)  daha  xeyirlidir?”  O  dedi:  “Yemək  yedizdirmək, 

tanıdığına və tanımadığına salam vermək!”

1022

.  


 

 



 

Ammar İbn Yəsir  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Üç şey vardır 

ki, onları (özündə) cəm edən şəxs, imanı (özündə) cəm etmiş olar: özünə qarşı 

insafla  rəftar  etmək,  hər  kəsə  salam  vermək  və  kasıb  ola-ola  (malından 

başqalarına) xərcləmək”

1023


.  

 

 



Bəra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Salamı  yayın  ki,  salamat 

olasınız”

1024

.  


 

 

Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Yəhudilər, salam və amin 



deməyə  görə  sizə  həsəd  apardıqları  kimi  heç  bir  şeyə  görə  sizə  həsəd 

çəkmirlər”

1025

.  


 

                                                

1021

 Muxtəsər Müslim 42, Əbu Davud 5193, 5195, əl-Albani “Səhih”.  



1022

 Muxtəsər  Müslim  63,  Muxtəsər  Buxari  9,  Əbu  Davud  5194,  5196,  Buxari  “Ədəbul  Mufrad”  1013,  əl-

Albani “Həsən”.  

1023


 əl-Albani “Səhih Kəlimə Tayyib” 155.  

1024


 Buxari “Ədəbul Mufrad” 979, əl-Albani “Həsən”.  

1025


 Buxari “Ədəbul Mufrad” 988, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

360 



 

 

Sufyan  əl-Miqdam  İbn  Şureyh  babasından    rəvayət  edir  ki,  o,  Allah 



Elçisindən    soruşdu:  “Ey  Allahın  Elçisi,  mənə  elə  bir  əməl  bildir  ki,  məni 

Cənnətə  daxil  etsin”  O  buyurdu:  “Həqiqətən,  salamı  yaymaq  və  gözəl 

danışmaq bağışlanmağı vacib edən səbəblərdəndir”

1026


.  

 

لجو زع الله ءامسأ نم ٌمسا ملاسلا 



SALAM ALLAHIN ADLARINDAN BİRİDİR

 

 

 



Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Salam  Uca  Allahın 

adlarından  biridir.  O,  bunu  (bir-birinizlə  salamlaşasınız  deyə)  yer  üzünə 

qoymuşdur. Elə isə aranızda salamı yayın”

1027


.  

 



 

Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Həqiqətən, 



Salam  Allahın  adlarından  biridir.  O,  bunu  (bir-birinizlə  salamlaşasınız  deyə) 

yer üzünə qoymuşdur. Elə isə aranızda salamı  yayın! Müsəlman bir kimsə bir 

qövmün  yanından  ötərək  onlara  salam  versə,  onlar  da  onun  salamını  alarsa, 

həmin  qövmdən  bir  dərəcə  üstün  olar.  Çünki  o  adam  salamı  onların  yadına 

saldı. Yox əgər onun salamını almasalar, (qəm yeməsin) onlardan daha xeyirli 

və daha pak olan (bir mələk) onun salamını alar”

1028

.  


 

 

                                                



1026

 Tabərani “Mucəmul Kəbir” 469, 17920, əl-Albani “Səhihdə” 1035.  

1027

 Buxari “Ədəbul Mufrad” 989, əl-Albani “Həsən”.  



1028

 Bəzzar 1771, Buxari “Ədəbul Mufrad” 1039, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə