Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə126/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   122   123   124   125   126   127   128   129   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

367 



 

 

Ənəs    rəvayət  edir  ki:  “(Bir  gün)  Peyğəmbər    yanımıza  gəldi.  Mən 



uşaqlar arasında oynayan bir uşaq idim. Bizə salam verdi, sonra əlimi tutaraq 

mənimlə  bir  xəbər  göndərdi.  Mən  qayıdana  qədər  divarın  kölgəsində 

oturdu”

1051


.  

 

 



 

Ənbəsə  deyir  ki,  mən  İbn  Ömərin    məktəbdə  uşaqlara  salam  verdiyini 

gördüm”

1052


.  

 

ءاسنلا ىلع لاجرلا ملاس



 

مراحملا ريغ نم

 

KİŞİLƏRİN NAMƏHRƏM QADINLARA SALAM 

VERMƏSİ 

 



 

 



Ummu  Hani    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    yanına  gəldim.  O, 

qüsl  edirdi.  Mən  ona  salam  verdim.  O  soruşdu:  “Bu  kimdir?”  Mən:  “Ummu 

Hanidir”- dedim. O dedi: “Ummu Hani xoş gəlib!”

1053


.  

 



 

 

Əsma    rəvayət  edir  ki,  Peyğəmbər    məsciddən  keçdikdə  bir  dəstə 



qadın orada oturmuşdu. Peyğəmbər  əli ilə işarə edib onlara salam verdi”

1054


.  

 

 



Həsən  deyir ki: “Qadınlar kişilərə salam verərdi”

1055


.  

 

                                                



1051

 Əbu Davud 5203, 5205, əl-Albani “Səhih”.  

1052

 Buxari “Ədəbul Mufrad” 1044, əl-Albani “Səhih”.  



1053

 Buxari “Ədəbul Mufrad” 1045, əl-Albani “Səhih”.  

1054

 Buxari “Ədəbul Mufrad” 1047, Əbu Davud 5204, 5206, Tirmizi 2697, İbn Məcə 3701, əl-Albani “Səhihdə” 



823, “Cəlbəbu Məratil Muslimətu” 194.  

1055


 Buxari “Ədəbul Mufrad” 1046, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

368 



 

 

Əsma  Binti  Yezid  əl-Ənsariyyə    rəvayət  edir  ki,  mən  qızlardan  olan 



həmyaşıdlarımla  bir  yerdə  ikən  Peyğəmbər    yanımızdan  keçib  bizə  salam 

verdi.  Sonra  dedi:  “Nemət  verənlərə  qarşı  nankorluq  etməkdən  çəkinin”. 

Rəfiqələrim arasında bu məsələyə aydınlıq gətirmək üçün ona söz deyəcək ən 

cəsarətli  qadın  mən  idim.  Mən  dedim:  “Ey  Allahın  elçisi!  Nemət  verənlərə 

qarşı nankorluq etmək nə deməkdir?” O dedi: “Birinizin ata-ana yanında qalıb 

ərə  getməyi  uzanır.  Sonra  Allah  ona  həyat  yoldaşı  nəsib  edir  və  həyat 

yoldaşından  övlad  nəsib  edir.  Sonra  isə  qəzəblənib  nankorluq  edərək  deyir: 

“Mən heç vaxt səndən bir xeyir görmədim”

1056

.  


 

.

 



Abdullah  İbn  Məsləmə,  İbn  Əbi  Həzmdən,  o  da  atasından,  o  da  Səhldən 

rəvayət edir ki, o dedi: “Biz Cümə günü sevinər və fərəhlənərdik”. (Ravi) Dedi: 

“Nə üçün?”. O: “Bizim bir qoca nənəmiz vardı. Ona Mədinədəki xurmalıqdan 

azuqə  göndərərdik.  İbn  Məsləmə  deyi  ki:  Qadın  (çuğundur)  bitkisinin 

kökündən götürər və onu bir qazana atardı. Bir miqdar da arpa əzib ora atardı. 

Biz  də  Cümə  namazından  sonra  gedər  və  o  qadına  salam  verərdik.  O,  da 

bişirdiyi  bu  yeməkdən  bizə  də  verərdi.  Biz  də  bu  yeməkdən  ötrü  sevənər  və 

fərəhlənərdik.  Biz  gündüz  yuxusunu  və  yeməyini  yalnız  Cümədən  sonra 

alardıq”

1057


.  

 

رافكلا ىلع ملاسلا ةفص 



KAFİRƏ SALAMIN NECƏ VERİLMƏSİNİN VƏSFİ 

 

 



                                                

1056


 Buxari “Ədəbul Mufrad” 1048, əl-Albani “Səhih”.  

1057


 Buxari 6248.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

369 



 

.

 



Peyğəmbərin  Dihyə  ilə göndərdiyi məktubunu istədi. Məktubu gətirən 

şəxs  onu  Herakla  verdi.  Məktubu  açaraq  oxumağa  başladı.  Orada  bunlar 

yazılmışdır.  «Rahmən  və  Rahim  olan  Allahın  adı  ilə.  Allahın  Rəsulu 

Muhəmməd  Rumun İmperatoru Herakla! Salam olsun doğru yolda olanlara! 

Sonra:  «(Ey Rum  imperatoru!)  Mən səni İslama dəvət edirəm.  İslamı  qəbul  et 

və  canını qurtar.  Allah  da  sənin əcrini iki  qat versin.  Əgər  bu  dəvətimi  qəbul 

etməzsənsə  ətrafındakı  Xristianların  da  günahı  sənin  boynunadır. 

«(Ya 

Muhəmməd!)  Söylə  ki,  Ey  kitab  əhli,  sizinlə  bizim  aramızda  eyni  olan  bir 

kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq 

və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə 

də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən 

müsəlmanlarıq. (Allaha təslim olanlarıq)». (Ali-İmran 64)

1058

.  

 

 



Əsmə  Binti  Yezid    rəvayət  edir  ki,  Peyğəmbər    Müsəlman  və 

Yəhudilərdən ibarət bir məclisin yanından keçdikdə onları salamladı”

1059

.  


 

نذلإا لبق ُم لاَّسلا 

SALAM İZİNDƏN QABAQDIR 

 

 



 

Safan İbn  Umeyyə    rəvayət  edir  ki,  Kəldə İbn Hənbəlini  Peyğəmbərin   

yanına  süd,  ceyran  və  xiyar  ilə  göndərdim.  O:  “Salam  vermədən  içəri  daxil 

oldum”. Peyğəmbər: “Geri dön və 



Salam Aleykum

” de


1060

.  


 

                                                

1058

 Buxari 7, Müslim 1773.  



1059

 Tirmizi 2702, əl-Albani “Səhih”.  

1060

 Əbu Davud 5176, 5178, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə