Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə131/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   127   128   129   130   131   132   133   134   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

382 



 

رفاكلا ىلع ملاسلا دري فيك

 

KAFİRƏ SALAM NECƏ QAYTARILIR 



 

 

Əbu Bəsrə əl-Ğifari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Səhər-səhər 



mən  yəhudilərin  yanına  gedəcəyəm.  Siz  onlara  birinci  salam  verməyin.  Əgər 

onlar sizə salam versələr, siz: “



Və Aleykum

 (sizə də olsun)”- deyin

1104

.  


 

 

 



Ənəs    rəvayət  edir  ki,  Peyğəmbərin    səhabələrindən  bir  Peyğəmbər   

dedi:  “Kitab  Əhli  bizləri  salamlayırlar.  Biz  onlara  salamı  necə  qaytaraq”. 

Peyğəmbər: “

Və Aleykum

” deyə buyurdu

1105

.  


 

.

 



Əbu Osman ən-Nəhdi rəvayət edir ki, Əbu Musa  rahiblərə məktub yazıb 

məktubunda  onları  salamladı.  Ona  dedilər:  “O,  kafir  ola-ola  sən  onu 

salamlayırsan?”  Əbu  Musa:  “O  mənə  məktub  yazıb  məktubunda  məni 

salamladığı üçün mən də onun salamını aldım”

1106

.  


 



 

 

 



İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Yəhudilər sizə salam 

verdikləri  zaman  onlardan  biri  «



Əssəmu  Aleykum

»  (ölüm  sizin  üzərinizə 

olsun) deyərsə, siz də: «

Və Aleykə

» (sizin üzərinizə də) deyin

1107

.  


 

                                                

1104

 Buxari “Ədəbul Mufrad” 1102, İbn Məcə 3699, əl-Albani “Səhih”.  



1105

 Buxari 6258, Müslim 5750, 5781, Əbu Davud 5209, 5209, İbn Məsə 3697.  

1106

 Buxari “Ədəbul Mufrad” 1101, əl-Albani “Səhih”.  



1107

 Müslim  2164,  Muxtəsər  Buxari  2405,  Əbu  Davud  5206,  5208,  İbn  Məcə  3698,  Buxari  “Ədəbul  Mufrad” 

1106.  



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

383 



 

 

Ənəs  rəvayət edir ki, bir yəhudi Peyğəmbərin  yanından keçdikdə: “



Əs-

Samu  Aleykum

  (sizə  ölüm  olsun)!”-  dedi.  Səhabələr  onun  salamını  aldılar. 

Peyğəmbər:  “(Bu  adam)  sizə  ölüm  olsun”  dedi.  Onlar  yəhudini  tutub 

soruşduqda  o  bunu  etiraf  etdi.  Peyğəmbər:  “Onun  dediyi  sözünü  özünə 

qaytarın”

1108


.  

 

,



)

) (


(

 

 



Aişə    rəvayət  edir  ki,  (bir  gün)  Peyğəmbər    “Yəhudilərdən  bir  neçə 

insan Peyğəmbərə salam verərək: “



Əs-Səmu Əleykum

” (sizə ölüm olsun) dedi. 

Aişə: “(Allahın) ölümü və lənəti üzərinizə olsun” dedi. Peyğəmbər: “Yavaş ol! 

Ey  Aişə!  Həqiqətən  də  Allah  hər  bir  işdə  mülayimliyi  sevir”  deyə  buyurdu. 

Aişə:  “Məgər  onların  dediklərini  eşitmirsən?!”.  O  :  “Bəli  eşitdim  və  cavab 

olaraq: 


Va aleykum

 (sizə də) deyə cavab verdim”. (Başqa rəvayətdə: “Onların 

əleyhinə bizim duamız qəbul edilir, onların bizim əleyhimizə olan duası qəbul 

olmur)”


1109

.  

 

 

 



İbn  Abbas    rəvayət  edir  ki,  “Yəhudilərin,  nəsranilərin  və  məcusilərin 

salamını  alın.  Çünki  Allah  belə  buyurur: 



“Salam  ilə  salamlandığınız  zaman 

siz  daha  gözəli  ilə  salamlayın  və  ya  (verilən  salamı)  qaytarın!”.  (ən-Nisa 

86)

1110


.  

 



.

 

 



Şeyx əl-Albani  deyir ki: “Əgər kafir açıq-aydın salam verərsə 

əs-Sələmu 

                                                

1108

 Buxari “Ədəbul Mufrad” 1105, əl-Albani “Səhih”.  



1109

 Buxari 5678, 6024, 6256, Müslim 2165, 5784, 5776, 5788, İbn Hibban 6441.  

1110

 Buxari “Ədəbul Mufrad” 1107, əl-Albani “Həsən”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

384 



 

Aleykum –

 deyərsə, ona mislində də qaytarılır”

1111



 



لستلا

 كرشملاو ملسملا هيف سلجم ىلع مي

 

MÜSƏLMAN VƏ MÜŞRİK OLAN MƏCLİSƏ NECƏ 

SALAM VERİLMƏLİDİR? 

 

 



Usamə İbn Zeyd   rəvayət edir ki, Peyğəmbər   bir ulağın tərkinə mindi. 

Ulağın üstündə Fədək məxmərindən bir palan var idi. O Usamə İbn Zeydi   

tərkinə alıb Sad İbn Ubadəni  ziyarət etməyə getdi. Nəhayət o, Abdullah İbn 

Ubey  İbn  Səlul  olan  bir  məclisə  çatdı.  (Bu  hadisə  Abdullahın  (zahirən) 

müsəlman  olmasından  əvvəl  baş  verdi)  Bu  məclisdə  müsəlmanlar,  müşriklər 

və bütpərəstlər var idi. Peyğəmbər  onlara salam verdi”

1112

.  


 

قوسلا لوخد ءاعد

 

BAZARA DAXİL OLARKƏN EDİLƏN DUA 

 



)

(



 

 

Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  Kim  bir  bazara  daxil 



olarkən: 

Lə  İlahə  İlləllahu  Vəhdahu  Lə  Şərikə  Ləhu,  Ləhul  Mulku  Və  Ləhul 

Həmdu,  (Başqa  rəvayətdə:  Yuhyi  Və  Yumiytu  Və  Huvə  Həyyun  Lə  Yəmutu, 

Biyədihil  Xayru)  Və  Huvə  Alə  Kulli  Şeyin  Qadir  –

  Allahdan  başqa  məbud 

yoxdur,  O  təkdir,  Onun  şəriki  yoxdur.  Mülk  Onundur  və  həmd  Onadır! 

Dirildir və öldürür. O, diridir və ölməzdir. Xeyir onun əlindədir və O hər şeyə 

Qadirdir!”  –  Allah  ona  1000-1000  (Miliyon)  savab  yazar,  1000-1000  (Miliyon) 

günahı silinər, 1000-1000 (Miliyon) dərəcələri qalxar və Cənnətdə ev tikilər”

1113

.  


 

                                                

1111

 əl-Albani “Səhihdə” 2/318, 5/291.  



1112

 Buxari “Ədəbul Mufrad” 1108, əl-Albani “Səhih”.  

1113

 Tirmizi 3428, 3429, 3757, İbn Macə 2235, əl-Albani «Sahihul Cəmius Sağir» 6231, “Səhihdə” 3139, “Səhih 



Kəlimə Tayyib” 144.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə