Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə133/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   129   130   131   132   133   134   135   136   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

388 



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: “



Allahummə  Lə  Səhlə  İllə 

Mə Cə’altəhu Səhlən Və Əntə Təc’alul Həznə İzə Şi’tə Səhlən –

 Allahım! Sənin 

asanlaşdırdığından  başqa  asan  olan  bir  şey  yoxdur.  Sən  istəsən,  çətin  işi 

asanlaşdırarsan!»

1122

.  


 

 يف ءاج ام

ءاعد

 

ةجاحلا

 

EHTİYAC ZAMANI EDİLƏN DUA 

 

 



 

Abdullah İbn Əbi Aufa əl-Əsləmi  rəvayət edir ki, Peyğəmbər  yanımıza 

gələrək buyurdu: “Hər hansı bir kimsənin Allah yanında bir ehtiyacı olarsa və 

ya Allahın məxluqatından bir kimsənin yanında ehtiyacı olarsa dəstnamaz alıb 

iki  rükət  namaz  qılsın  və  belə  dua  etsin:  “

Lə  İləhə  İlləllahul  Həlimul  Kərim, 

Subhənəllahi  Rabbil  Arşil  Azim,  Əlhəmdulilləhi  Rabbil  Aləmin,  Allahummə 

İnni  Əsəlukə  Mucibəti  Rahmətikə  Və  Azəimə  Məğfiratikə,  Vəl  Ğanimətə  Min 

Kulli  Birr,  Vəs  Sələməti  Min  Kulli  İsm,  Əsəlukə  Əllə  Tədəa  Li  Zənbən  İllə 

Ğafərtəhu, Və  Lə  Həmmə  İllə  Fərractəhu,  Və  Lə Həcətən  Hiyə  Ləkə  Rıdan  İllə 

Qadaytəhə  Li  – 

Həlim  və  Kərim olan Allahdan başqa  ibadətə  layiq  haqq ilah 

yoxdur!  Əzəmətli  Ərşin  sahibi  pak  və  nöqsansızdır!  Aləmlərin  Rəbbi  olan 

Allaha həmd olsun! Allahım! Sənin rəhmətinə vəsilə olan səbəbləri, məğfirətini 

qazandıracaq  (yolları),  hər  bir  yaxşılığın  qənimətini,  hər  bir  günahdan 

salamtda  olmağı  Səndən  diləyirəm!  (Allahım)  Hər  günahımı  bağışlamağını, 

hər  kədərimi  aparmağını,  rızana uyğun  hər  bir  ehtiyacımı yerinə  yetirməyini 

Səndən  diləyirəm!  Sonra  dünya  və  axirət  ilə  bağlı  dilədiyini  Allahdan  istə. 

Şübhəsiz ki, o, dilək təqdir edilmişdir”

1123


.  

 

هلام كيلع ضرع نمل ءاعدلا



 

MALINI SƏNƏ TƏKLİF EDƏN KİMSƏ ÜÇÜN EDİLƏN 

DUA 

 

                                                



1122

 İbn Sunni 351, Nəvəvi «Əzkar» səh: 106, İbn Hibbna 970, 2427, əl-Albani “Səhihdə” 2886.  

1123

 İbn Məcə 1384, əl-Albani “Zəif”. Bəziləri buna Ehtiyac namazı da deyirlər.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

389 



 

 

 



AbdurRəhman İbn Auf   demişdir: “Biz Mədinəyə gəldikdə Peyğəmbər   

mənimlə  Səd  İbn  Rəbini  (bir-birimizə)  qardaş  etdi.  Səd  İbn  Rəbi  dedi:  “Mən 

ənsarın  ən  varlı  adamlarındanam,  malımın  yarısını  sənə  verirəm;  habelə  bax 

gör  zövcələrimdən  hansı  sənin  xoşuna  gəlirsə,  onu  sənin  üçün  boşayım, 

iddəsi

1124


 bitdikdən  sonra  sən  onunla  evlən”.  AbdurRəhman  dedi:  “

Bərəkəlahu 

Ləkə Fi Əhlikə Və Məlikə - 

Allah əhlinə və malına da bərəkət versin”

1125

.  


 

دسلا دنع ضرتقملا ءاعد

دا

 

BORCU QAYTARARKƏN BORC SAHİBİ ÜÇÜN EDİLƏN 

DUA 

 



 

)



(

 

 



 

AbdurRahman İbn Əbi Rabia  rəvayət edir ki, Peyğəmbər  məndən qırx 

min  (dirhəm)  borc  istədi.  Ona  mal  gəldi  və  mənə  borcu  qaytararq  buyurdu: 



Bərakəllahu  Ləkə  Fi  Əhlikə  Və  Məlikə,  İnnəmə  Cəzəus  Sələfil  (Başqa 



rəvayətdə:  Vəfəi  Vəlhəmdi)  Həmdu  Vəl  Ədəu  –

  Allah  sənin  üçün  ailəni  və 

malını  bərəkətli  etsin!  Həqiqətən  borcun  qarşılığı  təşəkkür  etmək  və  (onu) 

ödəməkdir”

1126

.  


 

ينإ هل لاق نم لوقي ام

:

 

الله يف كبحأ

 

MƏN “İNNİ UHİBBUKƏ FİLLƏH – SƏNİ ALLAH 

XATİRİNƏ SEVİRƏM” DEYƏN KİMSƏYƏ EDİLƏN DUA 

 

  



 



 

 

 



                                                

1124


 Ərindən boşanan və ya əri ölən qadının təkrar ərə gedə bilməsi üçün şəriətə görə gözləməli olduğu vaxt. 

Ərindən boşanan qadın üç dəfə heyz görüncəyədək və ya üç heyzdən təmizlənincəyədək, əri ölən qadın isə 

dörd ay on gün gözləməlidir.  

1125


 Buxari 1944, 2049, 3569, 3722, 3780, 3937, 5072, 5167, Tirmizi 1933, Nəsəi 3388.  

1126


 Nəsəi 4683, 4697, 6280, İbn Macə 2424, Əhməd 16457, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

390 



 

Ənəs rəvayət  edir ki, bir nəfər Peyğəmbərin  yanında olduğu zaman biri 

oradan  ötdükdə  o:  “Ey  Allahın  Rəsulu!  Mən  bu  adamı  sevirəm”  dedi. 

Peyğəmbər:  “(Bu  sevgini)  ona  bildirdinmi?”  deyə  buyurdu.  O:  “Xeyr”  dedi. 

Peyğəmbər:  “Get  ona  sevdiyini  bildir”  deyə  buyurdu.  O,  da  həmən  kimsəyə 

(çataraq):  (“



İnni  Uhibbukə  Filləh  –

  Mən  səni  Allah  üçün  sevirəm”)  dedi.  O: 



Əhəbbəkəl  Ləzi  Əhbəbtəniy  Ləhu  –

  Məni  xatirinə  sevdiyin  (Allah)  səni  də 

sevsin!”

1127


.  

 

الله يف هبحي هنأ هاخأ لجرلا ملاعإ



 

QARDAŞINI ALLAH ÜÇÜN SEVƏN ONA BİLDİRSİN 

 



 

 



Əli İbn  Həsən    rəvayət edir  ki, Peyğəmbər    buyurdu:  “Qardaşını  Allah 

üçün sevən (sevdiyini) ona bildirsin.  Həqiqətən o yoldaşlıqda xeyirli və sevgi 

bağları daimi olandır“

1128


.  

 



 

 



Miqdad  İbn  Məadi  Kərb    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bir 

kimsə öz qardaşını sevdiyi zaman onu sevdiyini qardaşına bildirsin”

1129

.  


 



 

 

Əbu  Zərr    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  buyurduğunu  eşitdim: 



“Əgər  sizdən  biri  (qardaşını,  yoldaşını)  dostunu  sevərsə  onun  evinə  gəlib 

Allah üçün onu sevdiyini ona xəbər versin”

1130

.  


 

 

                                                



1127

 Əbu Davud 5125, 5127, əl-Albani “Səhihdə” 3253.  

1128

 əl-Albani “Səhihdə” 1199.  



1129

 əl-Albani “Səhihdə” 417.  

1130

 Əhməd 21294, 21553, 21332, əl-Albani “Səhihdə” 418.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə