Səhih Dua Və Zikirlər Kitabı
406
soruşdu. Peyğəmbər: «O, Allaha həmd etdi, sən isə həmd etmədin» deyə
buyurdu
1184
.
Əbu Hureyra
rəvayət edir ki, biz Peyğəmbərin yanında oturmuşduq.
Bir kişi asqırıb: “
Əlhəmdulilləh
”- dedi. Peyğəmbər: “
Yərhəmukəllah
”- dedi.
Sonra başqa bir kişi asqırdı, lakin ona heç nə demədi. Kişi dedi: “Ey Allahın
elçisi! Ona rəhmət dilədin, mənə isə diləmədin”. Peyğəmbər: “O, Allaha həmd
etdi. Sən isə susdun”
1185
.
Əbu Hureyra rəvayət edir ki, iki nəfər Peyğəmbərin yanında
oturmuşdu. Biri digərindən daha hörmətli idi. Daha hörmətli olan asqırıb
Allaha həmd etmədi. Peyğəmbərdə ona rəhmət diləmədi. O birisi isə asqırıb
Allaha həmd etdi. Peyğəmbərdə ona rəhmət dilədi. Hörmətli olan kişi dedi:
“Mən asqırdım, mənə rəhmət diləmədin. O isə asqırdıqda ona rəhmət dilədin”.
“O, Allahı yad etdi, mən də onu yad etdim. Sən isə Allahı unutdun, mən də
səni unutdum”
1186
.
ةأرملل لجرلا تمشت
KİŞİNİN QADINA RƏHMƏT DİLƏMƏSİ
1184
Buxari 6225, Müslim 2991, Muxtəsər Buxari 2393, Əbu Davud 5039, Tirmizi 2742, Buxari “Ədəbul
Mufrad” 931, əl-Albani “Səhih”.
1185
Buxari “Ədəbul Mufrad” 930, əl-Albani “Səhih”.
1186
Buxari “Ədəbul Mufrad” 932, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
407
Əbu Burdə rəvayət edir ki, mən Əbu Musanın yanına gəldim. O, qızı
Ummul Fadl bint Abbasın yanında idi. Mən asqırdıqda o mənə:
“
Yərhəmukəllah –
demədi, qızı asqırdıqda isə ona: “
Yərhəmukəllah –
dedi.
Mən bunu anama söylədim. Anam onun yanına gəldikdə soruşdu: “Oğlum
asqırdıqda ona: “
Yərhəmukəllah –
demədin, qızın asqırdıqda isə ona:
“
Yərhəmukəllah –
dedin”. (Əbu Musa) dedi: “Mən Peyğəmbərin belə
dediyini eşitdim: “Sizdən biriniz asqırıb Allaha həmd etsə, ona rəhmət diləyin.
Yox əgər Allaha həmd etməzsə, ona rəhmət diləməyin”. “Oğlun asqırıb Allaha
həmd etmədi, mən də ona rəhmət diləmədim. Qızım isə asqırıb Allaha həmd
etdi, mən də ona rəhmət dilədim”. (Anam ona) dedi: “Əhsən sənə!”
1187
.
ساطعلا رركت اذإ
TƏKRAR-TƏKRAR ASQIRDIQDA
Əbu Hureyra əvayət edir ki: “Sizdən biri asqırdığı zaman yanında oturan
ona:
Yərhəmukəllah –
desin. Əgər 3 dəfədən çox asqırarsa artıq xəstələnmişdir
(zökəmdir). Bundan sonra
Yərhəmukəllah –
deməyin”
1188
.
)
(
Sələmə rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanında asqırdı.
Peyğəmbər: “
Yərhəmukəllah
– dedi. O kişi bir də asqırdı (Başqa rəvayətdə:
Sonra adam ikinci və üçüncü dəfa asqırdı”. Peyğəmbər: “Bu (adam)
zökəmdir”
1189
.
Əbu Hureyra dedi: “Bir dəfə, iki dəfə və üç dəfə (asqırıb: “
Əlhəmdulilləh
– deyən adama) “
Yərhəmukəllah –
de. Hərgah bundan artıq asqırarsa, demək o
(adam) zökəmdir”
1190
.
1187
Buxari “Ədəbul Mufrad” 941, əl-Albani “Səhihdə” 3094.
1188
əl-Albani “Səhih” 1330.
1189
Tirmizi 2742, Əbu Davud 5037, 5039, Buxari “Ədəbul Mufrad” 935, 938, əl-Albani “Səhih”.
1190
Buxari “Ədəbul Mufrad” 939, Əbu Davud 5034, 5035, 5036, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
408
Ömər İbn İshaq İbn Əbi Təlhə anasından və atasından rəvayət edir ki,
Peyğəmbərin buyurdu: “Asqıran kimsəyə 3 dəfə qarşılıq verilir. Əgər üçü
keçərsə istəsən qarşılıq verərsən, istəsən verməzsən”
1191
.
سطع اذإ رفاكلل لاقي ام
KİTAB ƏHLİ ASQIRDIĞI ZAMAN NƏ DEYİLİR
Əbu Musa rəvayət edir ki, Yəhudilər onlara
Yəhəmukəllah
deyilməsi
ümüdü ilə Peyğəmbərin yanında (yalandan) asqırardılar. Peyğəmbər
onlara (
Yərhəmukəllah
deməz) “
Yəhdiykumullahu Və Yuslihu Bələkum –
Allah
sizi doğru yola yönəltsin və işinizi avand etsin!”
1192
.
بآ لقي لا
(ASQIRDIQDA): “AB” DEYİLMƏZ
İbn Ömərin oğlu (Əbu Bəkr yaxud Ömər) asqırıb: “
Ab
”- dedi. İbn Ömər:
“Ab nədir?! Ab şeytanlardan birinin adıdır ki, onu asqırma ilə həmd arasına
qoyub”
1193
.
بءاثت نم لعفي ام
ƏSNƏDİKDƏ NƏ EDİLİR
1191
Tirmizi 2744, əl-Albani “Zəif”.
1192
Əbu Davud 5037, 5038, 5040, Tirmizi 2739, Buxari “Ədəbul Mufrad” 940, 1114, əl-Albani “Səhih”.
1193
Buxari “Ədəbul Mufrad” 937, əl-Albani “Səhih”.