Səhih Dua Və Zikirlər Kitabı
430
Rabbiy Lə Uşriku Bihi Şeyən –
Allahdır, Allahdır mənim Rəbbim! Mən heç bir
şeyi ona şərik qoşmuram!”
1264
.
Əsmə bint Umeys demişdir: “Mən bu qulaqlarımla Allah Elçisinin
belə buyurduğunu eşitdim: “Kimə qəm-qüssə və ya xəstəlik, və ya çətinlik üz
verərkən: “
Allahu Rabbiy Lə Uşrikə Ləhu –
Allah mənim Rəbbimdir, Onun
şəriki yoxdur” – deyərsə, bundan xilas olar”
1265
.
Səid İbn Əbu Vaqqas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yunusun
balığın qarnında ikən etdiyi dua: “
Lə İlahə İllə Əntə, Subhanəkə, İnniy
Kuntu Minəz Zalimin – Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən!
Həqiqətən, mən zalımlardan olmuşam! (əl-Ənbiya 87)”.
Elə bir müsəlman
yoxdir ki, bu dua ilə istədiyi zaman Allah ona verməsin”. (Başqa rəvayətdə:
Mən sizə elə bir şey haqqında xəbər verimmi ki, sizdən birinizə üzüntü, kədər
və ya dünya bəlalarından bir bəla gəldiyi zaman onunla dua etdikdə Allah
çıxış yolu versin?”. Biz: “Bəli” dedik. Peyğəmbər: “Zin Nunun duası” deyə
buyurdu
1266
.
Ənəs rəvayət edir ki, Peyğəmbər (hər hansı bir iş) sıxıntı verdiyi zaman
əmr edərdi belə deməyi: “
Yə Həyyu Yə Qayyumu Birahmətikə Əstəğis –
Ya
Həyyu, Ya Qayyum! Birahmətikə əstəğiysu” – “Ey (əbədi) Yaşayan, Ey
Qəyyum! Mərhəmətinlə kömək diləyirəm”
1267
.
1264
Əbu Davud 1525, 1527, İbn Məcə 3882, əl-Albani “Səhih Kəlimə” 100.
1265
Tabərani “Mucəmul Kəbir” 396, 19875, əl-Albani “Sahihul Cəmius Sağir” 6040.
1266
Tirmizi 3505, Nəsəi 10491, Əhməd 1462, əl-Albani “Səhihdə” 1746.
1267
Tirmizi 3524, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
431
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər bir iş üzdüyü zaman başını
göyə qaldıraraq: “
Subhənəllahil Azim
” deyərdi. Sonra dua edərək: “
Yə Həyyu
Yə Qayyumu
” deyərdi
1268
.
İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bəlanı aparan (sevinc,
fərəh, rahatlıq gətirən) kəlimələr:
Lə İlə İlləlahul Həlimul Kəriymu Lə İləhə
İlləllahul Aliyyul Aziymu Lə İləhə İlləllahu Rabbus Səməvəti Səba Və Rabbul
Arşil Azim (Kəriym) –
Əzəmətli, Həlim olan Allahdan başqa ibadətə layiq
haqq məbud yoxdur! Ərşin Əzəmətli Rəbbi olan Allahdan başqa ibadətə layiq
haqq məbud yoxdur! Göylərin, Rəbbi, yerin Rəbbi və Ərşin Səxavətli Rəbbi
olan Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur!”
1269
.
Əli rəvayət edir ki, Peyğəmbər bu kəlimələri söyləməyi təlqin etdi və
bu kəlimələri hüzn və kədər zamanı söyləməyi əmr etdi:
“
Lə İləhə İlləllahul
Həlimul Kəriym, Və Təbərakəllahu Rabbul Arşil Aziym, Vəlhəmdulilləhi
Rabbil Aləmin –
Əzəmətli, Həlim olan Allahdan başqa ibadətə layiq haqq
məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi olan Allah, Həmd olsun Aləmlərin
Rəbbi olan Allaha”
1270
.
1268
Tirmizi 3436, əl-Albani “Zəif”.
1269
əl-Albani “Səhihdə” 2916, “Sahih Cəmi” 4571.
1270
Nəsəi Kubra 7673, 10465, əl-Albani “Səhih Məvərid” 2371.
Səhih Dua Və Zikirlər Kitabı
432
Ubeyy İbn Kəb rəvayət edir ki, Allah Elçisi gecənin üçdə ikisi keçdikdə
qalxar və belə deyərdi: “Ey insanlar! Allahı zikr edin, Allahı zikr edin! Racifə
(bütün canlılara ölüm gətirəcək olan Sura birinci üfürülüş) vaxtı gəldi, bunun
dalıyca da Radifə (bütün canlıları dirildəcək ikinci üfürülüş) gələcək. Ölüm hər
cür şiddət və sancıları ilə mütləq gələcəkdir, şübhəsiz ölüm hər kəsi
tapacaqdır”. Ubeyy dedi: “Ey Allahın Elçisi! Mən sənə çoxlu dua edib salavat
gətirirəm. Dualarımın nə qədərini sənə ayırım?” Allah Elçisi dedi: “İstədiyin
qədərini”. Dedim: “Dualarımın dörddə birinimi?” Allah Elçisi dedi:
“İstədiyin qədərini. Amma artırsan sənin üçün daha xeyirlidir!” Mən də:
“Yarısını ayırımmı?” – deyə soruşdum. Dedi: “İstədiyin qədərini. Amma
artırsan sənin üçün daha xeyirlidir!” Mən də dedim: “Üçdə ikisinimi?” Dedi:
“İstədiyin qədərini. Amma artırsan sənin üçün daha xeyirlidir!” Onda mən:
“Bütün dualarımı sənin üçün edəcəm” – dedim. Allah Elçisi buyurdu:
“Sıxıntıların gedəcək və günahların bağışlanacaq!”
1271
نزحلاو مهلا دنع لاقي ام
ÜZÜNTÜ VƏ KƏDƏRDƏ NƏ DEYİLİR?
Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: «Üzüntü və
kədər içində olan kimsə dua edib: “
Allahummə İnniy Abdukə, İbnu Abdikə,
Ibnu Əmətikə, Nasiyətiy Biyədikə, Madin Fiyyə Hukmukə, Adlun Fiyyə
Qadaukə, Əs’əlukə Bikulli İsmin Huvə Ləkə, Səmməytə Bihi Nəfsəkə, Əu
Ənzəltəhu Fi Kitəbikə, Əu Alləmtəhu Əhədən Min Xalqikə, Əu İstə’sərtə Bihi
Fi İlmil Ğaybi İndəkə, Ən Təc’aləl Qur’anə Rəbiya Qalbiy, Və Nura Sadriy, Və
Cələə Huzniy, Və Zəhabə Həmmiy –
Allahım! Mən Sənin qulunam, qulunun
oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir.
Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə,
Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə
öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan
hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et,
üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et!” – desə,
1271
Tirmizi 2457, 2645, əl-Albani “Həsən”.