Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə155/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   151   152   153   154   155   156   157   158   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

454 



 

 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Müsəlmanın 



müsəlman  üzərində  altı  haqqı  vardır”.  (Səhabələr)  soruşdu:  “Nədir  o,  ya 

Rəsullah?” Peyğəmbər: “Onunla rastlaşsan ona salam ver, dəvət etsə dəvətini 

qəbul  et,  nəsihət  istəsə  ona  nəsihət  ver,  asqırıb:  “

Əlhəmdulilləh

”-  desə 

(“

Yərhəmukəllah

”-  deyib)  ona  rəhmət  dilə,  xəstələnsə  onu  ziyarət  et  və  vəfat 

etsə cənazəsinin ardınca get”

1340


.  

 

.



 

Ömər  rəvayət edir ki, Peyğəmbər  mənə buyurdu: “Bir xəstənin yanına 

daxil olduğun zaman ondan sənin üçün dua etməsini dilə. Çünki onun duası 

mələklərin duası kimidir”

1341

.  


 

.

 



Ənəs  rəvayət edir ki, Peyğəmbər  xəstəlik üzərindən 3 gün keçmədikcə 

heç bir xəstəni ziyarət etməzdi”

1342

.  


 

يرملل ءاعدلا

ض

 

XƏSTƏNİ ZİYARƏT EDƏRKƏN EDİLƏCƏK DUA 

 



 

 



İbn Abbas   rəvayət edir ki, Peyğəmbər   xəstəyə baş çəkdikdə onun baş 

tərəfində  oturub  (yeddi  dəfə)  deyərdi:  “



Əs’əlullahəl  Aziymə  Rabbəl  Arşil 

Aziymi Ən Yəşfiyəkə  – 

Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan diləyirəm 

ki, sənə şəfa versin!” Və əgər xəstənin əcəli (qəzavü-qədərlə) təxirə salınacaqsa, 

ağrıları keçib gedəcək və (sağalacaqdır)”

1343

.  


 

                                                

1340

 Buxari  1240,  Müslim  2162,  Əbu  Davud  5030,  Buxari  “Ədəbul  Mufrad”  923,  925,  Tirmizi  2737,  923,  əl-



Albani “Səhih”.  

1341


 İbn Məcə 1441, əl-Albani “Zəif”.  

1342


 İbn Məcə 1437, əl-Albani “Movdu – Uydurma”.  

1343


 Buxari “Ədəbul Mufrad” 536, Nəsəi 10882, Əhməd 2137, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

455 



 

)

(



 

 

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Başqa rəvayətdə: Hər 



hansı  bir  müsəlman)  Kim  əcəli  gəlməmiş  bir  xəstəni  ziyarət  edər  və  onun 

yanında yeddi dəfə: “



Əs’əlullahəl Aziymə Rabbəl Arşil Aziymi Ən Yəşfiyəkə –

 

Böyük  Ərşin  Rəbbi  olan  Əzəmətli  Allahdan  diləyirəm  ki,  sənə  şəfa  versin!” 

deyərsə, Allah ona bu xəstəlikdən şəfa verməsin”

1344


.  

 





)

(

 

 



Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən 

biriniz  xəstəni  ziyarət  etdiyi  zaman  desin:  “



Allahummə  İşfi  Abdəkə  Yənkəu 

Ləkə  Aduvvən  Əv  Yəmşiy  Ləkə  İlə  Salətin  (Cənəzəti)  –

  Allahım!  Quluna  şəfa 

ver ki, düşmənini dəf etsin və sənin üçün namaza (cənazə) getsin“

1345


.  

 

 



 

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  xəstə bədəvi ərəbin yanına daxil 

olduqda  dua  edərək  buyurdu:  “

Lə  Bə’sə  Tahurun  İnşə  Allah  –

  Eybi  yoxdur, 

inşallah (günahların) təmizlənir!”

1346


.  

 



 



 

Sad  İbn  Əbi  Vaqqas    rəvayət  edir  ki,  Peyğəmbər    Məkkədə 

xəstələndiyim zaman, Vida həcci zamanı məni ziyarət etdi. Sonra əlini mənim 

üzümə və bədənimə məsh etdi və 3 dəfə: “



Allahummə İşfi Sad –

 Allahummə! 

Səidə şəfa ver!” deyə buyurdu

1347


.  

 

                                                



1344

 Tirmizi 2083, Əbu Davud 3106, 3108, Əhməd 2138, əl-Albani “Səhih”.  

1345

 Əbu Davud 3107, 3109, İbn Hibban 2974, əl-Albani “Səhihdə” 1365.  



1346

 Muxtəsər Buxari 2221, 3616, 5332, 5656, əl-Albani “Səhih”.  

1347

 Muxtəsər Buxari 626, Buxari “Ədəbul Mufrad” 520, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

456 



 

.

 



 

Əli  rəvayət edir ki, rahatsız (xəstələndiyim) olduğum zaman Peyğəmbər 

  mənim  yanıma  gəldi.  Mən  (dua  edərək):  “

Allahummə  İn  Kənə  Əcəli  Qad 

Hədəra  Fə-ərciniy  Və  İn  Kənə  Mutəəxiran  Fərfəaniy  Və  İn  Kənə  Bələ-ən  Fə 

Sabbirniy  – 

Allahım!  əcəlim  gəldisə  canımı  alaraq  mənə  rahalıq  ver,  əgər 

əcəlim  (gəlmədisə)  məni  bu  xəstəlikdən  qurtar,  əgər  bu  mənim  üçün  bir 

imtahandırsa  mənə  səbr  ver”.  Peyğəmbər:  “Necə  dedin?”.  Əli    dediklərini 

təkrar etdi. Peyğəmbər  ayağı ilə mənə toxunub: Allahummə buna sağlamlıq 

(Ravi şübhə edir və ya) şəfa ver” deyə buyurdu.  Əli  deyir ki: “(Bu duadan) 

sonra bir daha rahatsız olmadım”

1348


.  

 





 

Ənsar  qadınlardan  Peyğəmbərə    beyət  etmiş  Ummu  Əla    demişdir: 

“Mühacirlər  püşk  atma  yolu  ilə  (ənsarın  yanına)  yerləşdirildikdə  Osman  İbn 

Məzun bizə düşdü və biz onu öz evimizdə sakin etdik. (Bir müddətdən) sonra 

o  xəstələndi  və  elə  həmin  xəstəlikdən  də  vəfat  etdi.  O,  öləndən  sonra  onu 

yuyub öz libasına bürüdülər. (Bu vaxt) Peyğəmbər  (bizə) gəldi və mən dedim: 

“Allah  sənə  rəhmət  eləsin,  ey  Əbu  Saib!

 

Mən  şahidlik  edirəm  ki,  Allah  səni 



hörmətli  etmişdir.”  Peyğəmbər:  “Sən  nə  bilirsən  ki,  Allah  onu  hörmətli 

etmişdir?”  Dedim:  “Atam  sənə  qurban,  ya  Rəsulullah,  Allah  (ona  hörmət 

göstərməyib)  kimə  hörmət  göstərəcək?”  Peyğəmbər:  “Ona  artıq  ölüm 

gəlmişdir.  Vallahi,  mən  ona  xeyir  arzulayıram.  Mən  Allahın  elçisi  olduğum 

halda,  vallahi  ki,  başıma  nələr  gələcəyini  bilmirəm”.  Ummu  Əla:  “Vallahi,  o 

vaxtdan bəri mən heç kəsi (bu cür tərifləyib) təmizə çıxarmıram”

1349

.  


 

ءلابلا لهأ ةيؤر دنع ءاعدلا

 

MÜSİBƏTƏ DÜÇAR OLANI GÖRDÜYÜN ZAMAN 

EDİLƏCƏK DUA

 

                                                

1348

 Tirmizi 3564, əl-Albani “Zəif”.  



1349

 Buxari 1143.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə