Səhih Dua Və Zikirlər Kitabı
451
Ənəs demişdir: “(Bir dəfə) Ummu Suleym yüklərə nəzarət edən
qadınların arasında ikən Peyğəmbərin köləsi Əncəşə onların mindiyi
dəvələri (bərk) sürüb aparırdı. Peyğəmbər buyurdu: “Ey Əncəş, asta ol,
şüşələri (qadınları) sındırarsan”
1331
.
,
Aişə rəvayət edir ki, Peyğəmbər (mənim adımı qısaldaraq): “Ey Aiş!”
deyərdi.
هنيعب هبيصي نأ ىشخيو هبجعيو هاري ءيشلا
BIR ŞEYI GÖRDÜKDƏ QORXARSA Kİ, ONA GÖZ
DƏYƏR BƏRƏKƏT DİLƏMƏK
)
(
.
Amir İbn Rabia rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz öz
nəfsində (özündə), malında və qardaşında onu təəccübləndirəcək bir şeylər
görərsə (onun) üçün xeyir-bərəkət diləsin. Çünki göz haqdır”
1332
.
هدسج يف ًاعجو سحأ نمل ءاعدلا
BƏDƏNİNDƏ (SANCI) AĞRI HİSS EDƏN NƏ
DEMƏLİDİR?
Osman İbn Əbi Ass rəvayət edir ki, müsəlman olduqdan sonra
bədənimdə hiss etdiyim bir ağrıdan Peyğəmbərə şikayət etdim. Peyğəmbər:
“Əlini bədəninin ağrıyan yerinə qoyub üç dəfə “
Bismilləh!
” – “Allahın adı
ilə!” de və yeddi dəfə də: “
Əuzu Billəhi Və Qudratihi Min Şərri Mə Əcidu Və
1331
Buxari 6201, 6202, 6209, 6210, 6211, Müslim 2447, Əbu Davud 5232.
1332
Əhməd 15700, 15738, İbn Məcə 3509, əl-Albani “Səhih Cəmi” 556.
Səhih Dua Və Zikirlər Kitabı
452
Uhaziru –
Duyduğum və həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə
sığınıram!”
1333
.
.
Muhəmməd İbn Səlim, Səbit İbn Bunənidən rəvayət edir ki, mənə: “Ey
Muhəmməd! Sancılandığın zaman əlini ağrıyan yerə qoy və:
Bismilləh, Əuzu Bi
İzzətilləhi Və Qudratihi Min Şərri Mə Əcidu Min Vəcəiy –
Duyduğum və
həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə sığınıram!”. Sonra əlini
qaldır, sonra yenə də eyni şeyi təkrar et”. Çünki Ənəs bunu Peyğəmbərdən
bizə belə nəql etmişdi”
1334
.
ضيرملا ةدايع لضف
XƏSTƏNİ ZİYARƏT EDƏNİN FƏZİLƏTİ
Əli İbn Əbu Talib rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir müsəlman
digər bir müsəlmanı (xəstələndiyi) zaman ziyarət edərsə 70 min mələk onun
üçün axşama qədər dua edər, axşam vaxtı ziyarət edərsə səhərə qədər 70 min
mələk onun üçün dua edər. O, kimsə üçün Cənnətdə hazırlanmış meyvələr
vardır”
1335
.
)
(
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allah (rızası)
üçün bir xəstəni və ya müsəlman qardaşını ziyarət edərsə bir Carçı (Başqa
rəvayətdə: Allah): “Gözəl iş gördün, atdığın addımlar mübarək olsun,
Cənnətdəki mənzilin gözəl olsun” deyər
1336
.
1333
Muxtəsər Müslim 1447, 2202, 5867, Nəsəi 10839, əl-Albani “Səhih”.
1334
Tirmizi 3588, Təbərani “Məcmuus Sağir” 504, əl-Albani “Səhihdə” 1258.
1335
Tirmizi 969, İbn Məcə 1442, əl-Albani “Səhih Tərğib” 3476.
1336
Tirmizi 2008, İbn Mâce 1443, Buxari “Ədəbul Mufrad” 345, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
453
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir kişi (başqa) bir
kənddə olan qardaşını ziyarət etdi. Allah onun keçəcəyi yolunun üstünə bir
mələyi gözətçi göndərdi. Mələk (ona) dedi: “Hara getmək istəyirsən?” O dedi:
“Bu kənddə olan qardaşımı ziyarət etmək istəyirəm”. (Mələk) dedi: “Onun
sənə verəcəyi bir mənfəət varmı?” O dedi: “Xeyr! Mən onu (mənfəətə görə
deyil) Allah xatirinə sevirəm”. (Mələk) dedi: “Mən Allahın sənə göndərdiyi
elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevdi”
1337
.
Əbu Əsma deyir ki: “Kim xəstə qardaşına baş çəksə, (qayıdanadək)
Cənnət xürfəsində olar”. Asim deyir ki, mən Əbu Qilabədən soruşdum:
“Cənnət xürfəsi nədir?” O dedi: “Cənnətin bir yerə yığılmış meyvələridir”
Mən Əbu Qilabəyə dedim: “Əbu Əsma bu hədisi kimdən rəvayət etmişdir?”
Dedi ki: “Sövbandan , o da Peyğəmbərdən rəvayət etmişdir”
1338
.
Bəra İbn Azib rəvayət edir ki, Peyğəmbər bizə yeddi şeyi əmr etdi və
yeddi şeyi qadağan etdi. Əmr etdiyi şeylər bunlardır: – xəstəni ziyarət etmək –
cənazənin ardınca getmək – asqırana rəhmət diləmək – and içənin andını
pozdurmamaq – məzluma yardım etmək – salamı yaymaq – dəvət edənin
dəvətini qəbul etmək. Qadağan etdiyi şeylər isə bunlardır: – qızıl üzüklər –
gümüş qablar – ipəkdən olan yəhərlər – ipək qatışığı olan libaslar – atlas parça;
– zərxara – ipək parça”
1339
.
.
1337
Buxari “Ədəbul Mufrad” 350, əl-Albani “Səhih”.
1338
Buxari “Ədəbul Mufrad” 521, əl-Albani “Səhih”.
1339
Buxari “Ədəbul Mufrad” 924, əl-Albani “Səhih”.