Səhih Dua Və Zikirlər Kitabı
445
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər səhər insanlar
yuxudan oyandıqda, yer üzünə iki mələk enir. Onlardan biri: “
Allahummə
Əatı Munfiqan –
Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi
yaxşılığın) əvəzini ver!”– deyir. Digəri isə: “Allahım, (malını xərcləməkdə)
xəsislik edən hər kəsin (malını) tələf et!”– deyir
1308
.
Abdullah İbn Əbu Əufə demişdir: “Birisi Peyğəmbərə sədəqə
gətirəndə, (Peyğəmbər onun üçün dua edib) deyərdi: “Allahım, filankəsin
ailəsinə xeyir-dua ver!” Atam Peyğəmbərə sədəqə gətirdikdə, o buyurdu:
“Allahım, Əbu Əufənin ailəsinə xeyir-dua ver!”
1309
.
ةآرملا رظن اذإ لوقي ام
GÜZGÜYƏ BAXANDA NƏ DEYİLİR?
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim güzgüyə baxdığı
zaman:
Əlhəmdulilləhilləzi Sivə Xalqi Fə Adələhu Və Kərəmu Suratu Vəchiy Fə
Həsənuhə Və Cəalni Minəl Muslimin –
Mənim xilqətimi düz və bərabər edən,
üzümü gözəl, yaraşıqlı edən və məni müsəlmanlardan edən Allaha həmd
olsun!“
1310
.
ثئابخلا عم لماعتي فيك
PİS ŞEYLƏRƏ QARŞI NECƏ HƏRƏKƏT ETMƏK
)
) (
(
1308
Buxari 1374, 1442, Müslim 1010, 2383, İbn Hibban 3329.
1309
Buxari 1497, Müslim 1078.
1310
əl-Albani “Səhih Və Daif Cəmius Sağir” 9936, “İrvalul Ğəlil” 74, “Zəif Cəmi” 4459.
Səhih Dua Və Zikirlər Kitabı
446
Abdullah İbn Məsud demişdir: “Məkkənin fəthi günü Peyğəmbər
Məkkəyə daxil olduqda Kəbənin ətrafında üç yüz altmış büt var idi.
Peyğəmbər əlindəki ağacla onları vurub yıxmağa başladı və bu ayələri oxudu:
“Haqq gəldi, batil puç olub getdi”. (əl-İsra 81). “Haqq gəldi. Batil ona qarşı nə
ortaya bir şey çıxarar, nə də onu qaytara bilər”. (əs-Səba 49)
1311
.
دلاولأا هب ذوعي ام
ÖVLADI (UŞAQLARI) QORUMAQ ÜÇÜN EDİLƏN DUA
Peyğəmbər Həsən və Hüseyn qorumaq üçün belə dua edərdi:
“
Uiyzukumə Bikəlimətilləhit Təmməti Min Kulli Şəytanin Və Hammətin Və
Min Kulli Aynin Ləmmətin –
Hər bir şeytandan, zərərli həşəratdan və hər pis
gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm”. Sonra:
“Atanız (İbrahim ) bu dua ilə İsmail və İshaqı qorumuşdur”
1312
.
دولوملا نذأ يف ناذلآلا ةأرق
UŞAQ DOĞULDUQDA QULAĞINA AZAN OXUNUR
Ubeydullah İbn Əbi Rafii atasından rəvayət edir ki, Peyğəmbər Fatimə
Həsən İbn Əlini dünyaya gətirdiyi zaman qulağına azan oxuduğunu
gördüm”
1313
.
:
Peyğəmbər Həsən İbn Əli doğulduğu zaman qulağına Azan
oxumuşdu. Azan sağ qulağına, İqamə isə sol qulağına”
1314
.
1311
Buxari 4287, Müslim 1781.
1312
Buxari 3371, 3191, İbn Məcə 3590, İbn Məcə 3525, Tirmizi 2060, əl-Albani “Kəlimə Tayyib” 118.
1313
Tirmizi 1514, Əbu Davud 5105, 5107, əl-Albani “Həsən”.
1314
Beyhəqi “Şuabul İman” 6/390/8620, əl-Albani “Zəif Və Movdu Hədislər Silsiləsi”. 6121.
Səhih Dua Və Zikirlər Kitabı
447
لوملل ءاعدلا
هكينحت دنع دو
DOĞULAN UŞAĞIN AĞZINA XURMNA QOYDUQDA
DUA ETMƏK
Aişə rəvayət edir ki, (yeni doğulan) körpələr Peyğəmbərin yanına
gətrilirdi. O, da onlar üçün bərəkətlə dua edərdi. Yusuf deyir ki: Onlara
Təhnik
(əzilmiş xurmanı ağızlarına) sürtərdi. Lakin bərəkət sözünün zikr etmədi”
1315
.
.
Əbu Musa rəvayət edir ki, oğlum dunyaya gəldi. Götürüb Peyğəmbərin
yanına gətirdim. Adını İbrahim qoydu, xurma ilə
Təhnik
etdi (xurmanı
ağzında əzib körpənin ağzına qoydu) və onun üçün xeyir-bərəkət dilədi və
körpəni mənə qaytardı. Bu Əbu Musanın ən böyük övladı idi”
1316
.
Əsma (bint Əbu Bəkr) Abdullah İbn Zubeyrə hamilə olduğu vaxtı
(xatırlayıb) demişdir: “Mən hamiləliyin son ayında (Məkkədən) çıxıb
Mədinəyə gəldim və Qubada qonaq qaldım. Elə orada da övladımı dünyaya
gətirdim. Sonra uşağı Peyğəmbərin yanına gətirdim və onu Peyğəmbərin
qucağına qoydum. Peyğəmbər bir xurma gətizdirdi, sonra onu ağzında əzdi
və (bu əzməni) uşağın ağzına qoydu. Beləliklə də, bu körpənin mədəsinə
gedən ilk şey Peyğəmbərin ağız suyu oldu. Sonra Peyğəmbər xurma
əziyini körpənin damağına sürtdü və onun üçün dua edib Allahdan xeyir-
bərəkət dilədi. Beləcə, o İslamda doğulmuş ilk körpə
1317
oldu”
1318
.
1315
Əbu Davud 5106, 5108, əl-Albani “Səhih Kəlimə” 169.
1316
Buxari 5467, 6198, Müslim 2145, 2146.
1317
Yəni Mədinədə doğulmuş ilk müsəlman uşağ idi.
1318
Buxari 3909.