Səhih Dua Və Zikirlər Kitabı
442
gecə Şeytanlar dağlardan, vadilərdən axışaraq Peyğəmbərin üzərinə hücum
etdilər. Onların arasında olan Şeytanın əlində oddan bir şölə vardı. Onunla
Peyğəmbərin üzünü yandırmaq istəyirdi. Peyğəmbər Qorxuya düşdü.
Cəfər deyir ki: “Zənnimcə geri çəkildi” dedi. Cəbrail gəldi və: “Ey
Muhəmməd! Oxu!” dedi. Peyğəmbər: “Nə Oxuyum!” dedi. O: “Oxu!
Əuzu
Bikəlimətilləhit Təmmətilləti Lə Yucəvizuhunnə Bərrun Və Lə Facirun Min
Şərri Mə Xaləqa, Və Bəraə Və Zəraə, Və Min Şərri Mə Yənzilu Minəs-Səməi, Və
Min Şərri Mə Yə’rucu Fiyhə, Və Min Şərri Mə Zəraə Fil Ardi, Və Min Şərri Mə
Yəxrucu Minhə, Və Min Şərri Fitənil Leyli Vən Nəhari, Və Min Şərri Kulli
Tariqin İllə Tariqan Yətruqu Bixayrin Yə Rahmən -
«Yaratdıqlarının,
düzəltdiklərinin və icad etdiklərinin şərindən, səmadan nazil olanların və ora
yüksələnlərin şərindən, yerə əkdiklərinin və oradan çıxanların şərindən,
gecənin və gündüzün fitnələrinin şərindən, – gecə xoş xəbərlə gələn müstəsna
olmaqla – gecə gələnlərin hər birinin şərindən həm itaətkarın, həm də
günahkarın möhtac olduğu Allahın tam kəlamlarına sığınıram! Ey Rəhman!»
onların odu söndü Allah onları məğlub etdi
1300
.
Əbu Dərdə rəvayət edir ki, Peyğəmbər ayağa qalxaraq: “
Əuzu Biləhi
Minkə -
Səndən Allaha sığınıram” dediyini eşitdik. Sonra 3 dəfə: “Səni Allahın
lənəti ilə lənətləyirəm” dedi. Sanki bir şey götürür (alır) kimi əlini uzatdı.
Namzdan sonra biz: “Yə Rəsulullah! Namazda elə bir şeylər eşitdik ki, bundan
öncə eşitməmişdik, həm də əlini uzatdığını gördük” dedik. Peyğəmbər:
“Həqiqətən də Allahın düşməni İblis üzümə vurmaq üçün bir od parçası ilə
gəldi. Mən də 3 dəfə: Səndən Allaha sığınıram” dedim. Sonra 3 dəfə: “Səni
Allahın lənəti ilə lənətləyirəm” dedim. Lakin o, geri dönmədi. Sonra onu
tutmaq istədim. Vallahi əgər qardaşım Süleymanın duası olmasaydı onu
bağlayardım ki, Mədinənin uşaqları onunla oynayardılar”
1301
.
1300
Əhməd 15460, 15461, 15498, 15499, əl-Albani “Səhih Hədilər Silsiləsi” 840, 2738, 2995, “Səhih Cəmi” 74,
518, “Səhih Tərğib” 1602.
1301
Müslim 40/542, 1239, Nəsəi 1215.
Səhih Dua Və Zikirlər Kitabı
443
يف كش هباصأ نم لعفي ام
هناميإ
İMANINDA ŞƏKK EDƏN KİMSƏ NƏ ETMƏLİDİR
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Şeytan sizdən
birinizin yanına gələrək: Filan şeyi kim yaratdı, bəs filan, filan şeyi kim
yaratdı? Hətta deyər: Bəs sənin Rəbbini kim yaratdı? Bu düşüncəyə çatan
kimsə həmən Allaha sığınsın. Şəkk etdiyi şeyi tərk etməlidir”
1302
.
Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Şeytan sizdən birinizin
yanına gələrək: “Səni kim yaratdı?” deyər. Sən: “Allah” de. Sonra: “Bəs onda
Allahı kim yaradıb?” desə dərhal: “
Əməntu Billəhi Və Rasuluhu –
Mən Allaha
və Onun Rəsuluna iman etdim” desə dərhal ondan gedər (vəsvəsə)”
1303
.
Peyğəmbər buyurdu: “Qorxulur ki, insanlar öz aralarında soruşacaqlar.
Onlardan biri deyəcəkdir: “Bu Alladır, məxluqatı xəlq etdib. Bəs Allahı kim
xəlq edib?“. (Bu zaman) Siz deyin:
De:
“O Allah Təkdir! Allah Möhtac
deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (əl-İxlas 1-4).
Sonra sol tərəfinə 3 dəfə tüpürsün və Allaha sığınsın Şeytanın şərindən”
1304
.
1302
Buxari 7296, 6866, əl-Albani “Səhihdə” 117.
1303
Müslim 119, 120, 360, 364, 366, Əbu Davud 4723, Əhməd 26203, 26246, əl-Albani “Səhihdə” 116, “Təraciul
Uləma” 206.
1304
Nəsəi 10497, Əhməd 9015, 9027, əl-Albani “Səhihdə” 118.
Səhih Dua Və Zikirlər Kitabı
444
Əbu Zumeyl deyir ki, İbn Abbasdan soruşdum: “Qəlbimdə bir şeylər hiss
edirəm”. O: “Nədir o (hisslər)” dedi. Mən: “Vallahi onları söyləməkdən (həya
edirəm)” dedim. O gülərək: “Şübhədir, bundan heç kəs qurtulmamışdır”.
Hətta Allah: “
Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab
oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən
olma”. (Yunus 94)
nazil etdi.
Əgər içində şübhə etdiyin bir şey tapsan de:
Huvəl Əvvəlu Vəl Əxiru Vəz Zahiru Vəl Bətinu Və Huvə Bikulli Şeyin Alim –
Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir - əl-Hədid 3”
1305
.
Əbu Hureyrə rəvayət edir ki, səhabələrindən bir dəstə Peyğəmbərin
yanına gələrək: “Ey Allahın Rəsulu! İçimizdə (nəfsimizdə) elə bir şeylər hiss
edirik ki, onları dilə gətirməyə belə (həya edir) böyük (qəbahət) sayırıq”.
Peyğəmbər: “Bu şeylər hiss edirsinizmi (nəfsinizdə bunları tapırsınızmı)” deyə
buyurdu. Biz: “Bəli” dedik. O: “Bu açıq-aydın imandır” deyə biuyurdu
1306
.
İbn Abbas rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanına gələrək: “Ey
Allahın Rəsulu! Bizlərdən biri içində ona (sıxıntı) verən bir hisslər hiss edir.
Onun (yanıb) kömür olması onu başqalarına danışmasından daha sevimlidir”.
Peyğəmbər: “
Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər Əlhəmdulilləhilləzi
Raddə Kəydəhu İlə Vəsvəsəti –
(Şeytanın) vəsəvəsəsini məhv edən (pozan)
Allaha həmd olsun”
1307
.
ىكزت وأ قدصت نمل اعدلا
SƏDƏQƏ ZƏKAT VERƏNƏ EDİLƏN DUA
1305
Əbu Davud 5112, 5110, əl-Albani “Səhih Kəlimə” 111.
1306
Müslim 357, Əbu Davud 5111,5113, İbn Hibban 145, 148, əl-Albani “Səhih”.
1307
Əbu Davud 5112, 5114, əl-Albani “Səhih”.