Səhih Dua Və Zikirlər Kitabı
466
cənazə üçün dua etmək və bu üçündə qurandan heç nə oxumamaqdır. Sonra
salam verib sağına və həmçinin arxadakılarında imamın etdiyi kimi etmələri
sünnətdir. Cənazə namazında Peyğəmbərin salavat formasına heç bir səhih
hədisdə rast gəlməmişəm. Zahirdən görsəninr ki, cənazə namazı üçün xüsusi
bir salavat forması yoxdur. Əksinə cənazə namazı üçün sabit olan təşəhhüdəki
salavat formasını oxuyardı. Sonra digər təkbirləri gətirər və meyyid üçün dua
edərdi. Peyğəmbər buyurdu: “Meyyid üçün dua edin”. Sonuncu salam ilə
təkbir arasında dua etmək. Əbi Yəufur, Abdullah İbn Əbi Aufədən rəvayət
edir ki, Peyğəmbəri cənazə namazını qılarkən müşahidə etdim: Cənazəyə
dörd təkbir etdi. Sonra bir müddət dayandı (dua etdi) sonra belə dedi: Mənim
5 təkbir etməyimi düşünürsüz. O: “Xeyr”. Həqiqətən Peyğəmbər 4 təkbir
edərdi. Fərz namazında olduğu kimi sağa və sola salam verərdi. Abdullah İbn
Məsud deyir ki, 3 şey var Peyğəmbər onları edərdi, lakin insanlar tərk
ediblər: Biri fərz namazında salam verildiyi, kimi cənazə namazında salam
vermək”. Müslim və s. Hədis kitablarında sabit olan İbn Məsudun
Peyğəmbərdən rəvayət etdiyinə görə Peyğəmbər namazda iki salam
verərdi”. Bu bəyan edir ki, namada iki dəfə salam verərdi sözünün mənası
yəni: İki tərəfə də verilən salamdır. Həmçinin bir salamla da kifayətlənmək
olar. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dörd təkbirdən
ibarət Cənzə namazı qıldı və bir salam verdi”.
ةزانجلا ةلاص يف تيملل ءاعدلا
CƏNAZƏ NAMAZINDA MEYİT ÜÇÜN EDİLƏN DUA
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Meyyid üçün
cənazə namazı qıldığınız zaman İxlas ilə onun üçün dua edin”
1377
.
Auf İbn Məlik rəvayət edir ki, Peyğəmbər cənazə üzərinə namazı
1377
Əbu Davud 3102, 3100, İbn Məcə 4197, əl-Albani “Həsən”.
Səhih Dua Və Zikirlər Kitabı
467
qıldığı zaman əzbərlədiyim dua: “
Allahumməğfir Ləhu Vərhəmhu Və Afihi
Va’fu Anhu Və Əkrim Nuzuləhu Və Vəssi’ Mudxaləhu Vəğsilhu Bil Məi Vəs
Səlci Vəl Bəradi Və Nəqqihi Minəl Xətayə Kəmə Nəqqaytəs Səubəl Əbyəda
Minəd Dənəsi, Və Əbdilhu Dəran Xayran Min Dərihi, Və Əhlən Xayran Min
Əhlihi, Və Zəucən Xayran Min Zəucihi Və Ədxilhul Cənnətə Və Əizhu Min
Əzabil Qabri Və Əzabin Nəri –
Allahım! Onu bağışla, ona rəhm et, ona
salamatlıq ver, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu
su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu da günahlardan
təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə,
zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir
əzabından və Cəhənnəm əzabından qoru!”
1378
.
Mərvan, Əbu Hureyrədan soruşdu: “Sən Peyğəmbərin cənazə üzərinə
namazı qıldığı zaman hansı duanı oxuduğunu eşitdin?”. O: “Bundan öncə
aralarında olan söhbətə görə) bir az öncə dediyini deyirsən? O: Bəli”. Əbu
Hureyrə: “
Allahummə Əntə Rabbuhə Və Əntə Xaləqtuhə Və Əntə Hədəytəhə
Lil İsləm, Və Əntə Qabədtə Ruhəhə Və Əntə Əaləmu Bisirrihə Aləniyətihə
Cinəkə Şufəə-ə Fəğfir Ləhu –
Allahım! Sən onun Rəbbimsən, Onu Sən yaratdın,
onu İslama Sən hidayət etdin, Sən onun ruhunu aldın, onun sirrini və aşkarını
bilən Sənsən, Şəfaətçi olaraq gəldik, onu bağışla”
1379
.
))
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər cənazə üzərinə namaz qıldığı
zaman bu duanı oxuyardı: “
Allahumməğfir Lihəyyinə Və Məyyitinə Və
Şahidinə Və Ğaibinə Və Sağiyrinə Və Kəbiyrinə Və Zəkərinə Və Unsənə,
Allahummə Mən Əhyəytəhu Minnə Fə Əhyihi Aləl İsləm Və Mən Təvaffəytəhu
Minnə Fətəvaffəhu Aləl İymən, Allahummə Lə Təhrimnə Əcrahu Və Lə
Tudillənə Bəadəhu –
Allahım! Dirimizi və ölümüzü, burada olanımızı və
1378
Müslim 963, 2231, 2276, 2278, Nəsəi 62, 1983, 2110, Əbu Davud 3213, Əhməd 23975, 24021, əl-Albani
“Əhkəmul Cənaiz” 157.
1379
Əbu Davud 3200, 3202, əl-Albani “Zəif”.
Səhih Dua Və Zikirlər Kitabı
468
olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla!
Allahım! Bizdən kimi yaşatsan müsəlman kimi yaşat! Bizdən kimi öldürsən
mömin kimi öldür! Allahım! Onun əcrindən bizi məhrum etmə və ondan sonra
bizi azdırma!”
1380
.
((
))
Vasilə İbn əl-Əsqa rəvayət edir ki, Peyğəmbər müsəlmanlardan bir
kimsəyə cənazə namazı qıldığı zaman eşitdiyim dua: “
Allahummə İnnə Fulənə
İbnə Fulənin (Vəfat Etmiş Kəsin Adi Deyilir) Fi Zimmətikə, Və Həbli Civarikə,
Fəqihi Min Fitnətil Qabri Və Əzabin Nəri, Və Əntə Əhlul Vəfai Vəl Həqqi,
Fəğfir Ləhu Vərhəmhu Innəkə Əntəl Ğafurur Rahim –
Allahım filankəs oğlu
filankəs (vəfat etmiş kəsin adı deyilir) Sənin himayəndədir, (aqibəti) Səndən
asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq
sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan,
Rəhmlisən!”
1381
.
Yəzid İbn Rukənə İbnul Mətləb rəvayət edir ki, Peyğəmbər cənazə
namazına durduğu zaman belə dua edərdi: “
Allahummə Abdukə Vəbnu
Əmətikə-İhtəcə İlə Rahmətikə Və Əntə Ğaniyyun An Əzabihi, İn Kənə
Muhsinən Fəzid Fi Həsənatihi Və İn Kənə Musiən Fətəcəvəz Anhu –
Allahım!
Sənin qulun, Sənin kənizinin oğlu Sənin mərhəmətinə möhtacdır. Sənin ona
əzab verməyə ehtiyacın yoxdur. Əgər o, yaxşı əməl sahibidirsə, savabını artır!
Yox əgər pis əməl sahibidirsə, günahından keç! – sonra Dua edərək Allahdan
dilədiyini istə”
1382
.
لفطلل ءاعدلا
(KÖRPƏ) UŞAĞIN CƏNAZƏSİNDƏ EDİLƏN DUA
1380
İbn Məcə 1498, 1520, Əbu Davud 3201, Tirmizi 1024, Nəsəi 1986, 2113, Əhməd 8809, 8795, 17545, əl-
Albani “Səhih”.
1381
İbn Məcə 1499, 1521, Əbu Davud 3202, 3204, əl-Albani “Səhih”.
1382
Həkim 1/359, əl-Albani “Əhkəmul Cənəiz” 159.
Dostları ilə paylaş: |