Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə158/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   154   155   156   157   158   159   160   161   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

463 



 



 

 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ölüm  anında 



olanlara 

Lə  İləhə  İlləllahı  –

  təlqin  edin.  Kimin  ölüm  anında  son  kəlməsi 



Lə 

İləhə İlləllah –

 olarsa bir gün də olsa belə Cənnətə daxil olar, bundan öncə nə 

etməsinə baxmayaraq”

1372


.  

 

تيملا  دنع ءاعدلا



 

MEYİTİN YANINDA (VƏ YA GÖZLƏRİNİ 

BAĞLAYARKƏN) EDİLƏN DUA 

 

 



Ummu Sələmə  rəvayət edir ki, Peyğəmbər   Əbu Sələmənin   yanına 

daxil  oldu.  Gözləri  açıq  qalmışdı  onları  bağladı  sonra  buyurdu:  “Həqiqətən 

ruh  çıxdığı  zaman  gözlər  onu  təqib  edər”.  Bu  sözlərdən  sonra  ev  əhlindən 

bəziləri  fəryad  etməyə  başladılar.  Peyğəmbər:  “Xeyirdən  başqa  dua  etməyin. 

Çünki  mələklər  söylədiyiniz  (hər  bir)  sözə  amin  deyirlər.  Sonra: 



Allahumməğfir (Əbu Sələmə Və Ya Ölənin Adi Çəkilir) Vərfa’ Dəracətəhu Fil 



Məhdiyyinə  Vəxlufhu  Fi  Aqibihi  Fil  Ğabirinə  Vəğfirlənə  Və  Ləhu  Yə  Rabbəl 

Aləmin  Vəfsəh  Ləhu  Fi  Qabrihi  Və  Nəvvir  Ləhu  Fiyhi  –

  Allahım!  Filankəsi 

(ölənin  adını  çəkməli)  bağışla,  doğru  yolda  olanlar  arasında  onun  dərəcəsini 

yüksəlt, geridə qalanlara (onun yaxınlarına) vəkil ol. Ey aləmlərin Rəbbi! Bizi 

də, onu da bağışla! Onun qəbrini geniş et və oranı onun üçün nurlandır!”

1373


.  

 

 



 



.

 

 



Ummu  Sələmə    rəvayət  edir  ki:  «Allah  Elçisi    dedi:  «Xəstənin  ya  da 

ölənin  yanında  olduğunuz  vaxt  xeyir  (xoş,  gözəl  sozlər)  söyləyin,  çünki 

                                                

1372


 əl-Albani “Səhih Məvərid” 719, “Səhihul Cami» 5/342.  

1373


 Muxtəsər Müslim 456, 920, 2169, İbn Məcə 1447.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

464 



 

mələklər  sizin  söylədiklərinizə  «Amin»  deyərlər.  Əbu  Sələmə  öləndə  mən 

Peyğəmbərin    yanına  gəlib  dedim:  «Ey Allahın  Elçisi!  Əbu  Sələmə öldü».  O 

buyurdu: «De: «



Allahumməğfirli Və Ləhu Və Əaqibniy Minhu Uqbə Həsənətən 

– 

Allahım!  Məni  və  onu  bağışla.  Mənə  ondan  sonra  gözəl  sonluq  nəsib  et!» 

(Belə  dua  etdikdən  sonra)  Allah  mənə  ondan  da  xeyirli  olan  Muhəmmədi   

nəsib etdi»

1374

.  


 

يصأ نم ءاعد

ةبيصمب ب

 

MÜSİBƏTƏ DÜÇAR OLANIN DUASI 

 



 

 



Ummu Sələmə  rəvayət edir ki, Peyğəmbərdən  eşitdim ki: “Hər hansı 

bir  qul  müsibətə  düçar  olduğu  zaman  deyərsə:  “



İnnə  Lilləhi  Və  İnnə  İleyhi 

Raciun,  Allahummə’curni  Fi  Musiybətiy  Və  Əxlif  Liy  Xayran  Minhə  –

  Biz, 


Allaha  məxsusuq  və  Ona  da  qayıdacağıq!  Allahım!  Başıma  gələn  müsibət 

sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver! – Allah ona 

müsibətinə  görə  əcr  verər  və  ona  bundan  daha  xeyirlisi  ilə  əvəz  edər.  (Öz-

özümə:  Əbu  Sələmədən    daha  xeyirli  kim  ola  bilər.  Ailəsi  ilə  birlikdə  ilk 

hicrət  edənlərdəndir)  Ummu  Sələmə    deyir  ki:  “Əbu  Sələmə    vəfat 

etdikdə Peyğəmbərin  mənə əmr etdiyi kimi söylədim və Allah mənə ondan 

da xeyirli olanı Rəsulullahı verdi”

1375


.  

 



 

 



Əbu  Musa  əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bir  qulun 

uşağı  vəfat  etdiyi  zaman  Allah  mələklərinə:  “Siz  Mənim  qulumun  uşağını 

aldınız”.  Onlar:  “Bəli”  dedilər.  Allah:  “Qulumun  könlünün  meyvəsinimi 

aldınız”.  Onlar:  “Bəli”  dedilər.  Allah:  “Qulum  nə  dedi?”.  Onlar:  “Sənə  həmd 

etdi  və: 

İnnə  Lilləhi  Və  İnnə  İleyhi  Raciun  –

  Biz  Allahınıq  və  Ona  tərəf  da 

                                                

1374


 Muslim 919, 1527, 2168, Muxtəsər  Müslim 452, Əbu Davud 3117, 3115, İbn Hibban 3005, Əhməd 26497, 

26540.  


1375

 Muxtəsər Müslim 461, 918, 2165, 2166, Tirmizi 3511.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

465 



 

dönəcəyik”  deyə  cavab  verdi.  Uca  və  Böyük  olan  Allah:  “Qulum  üçün 

Cənnətdə bir ev tikin və adını da”Həmd Evi” qoyun” deyə buyurar

1376


.  

 

ةزانجلا ةلاص ةفص



 

CƏNAZƏ NAMAZI 









 



 



 

Şeyx  əl-Albani    “Cənazə  Əhkamı”  səh:  54-57  kitabından  ixtisarla: 

Peyğəmbərdən  4, 5 və 9 təkbir gətirməklə cənazə namazının qılınması sabit 

olmuşdur.  Bunlardan  hansı  olunarsa  caizdir.  Hər  bir  təkbirdə  də  əllərini 

qaldırar,  sonra  sağ  əlini  sol  əlinin  üzərinə  qoyaraq  sinəsinə  qoyardı.  Birinci 

təkbirdən  sonra  Fatihəni  oxuyar  və  Talhənin    hədisinə  görə  bir  surə 

oxuyardı. İbn Abbasın   arxasında cənazə namazına durdum. Fatihə surəsini 

və  bir  surə  də  bizə  eşitdirəcək  şəkildə  səsli  oxudu.  Namazdan  sonra  onun 

əlindən tutub soruşdum. Nə üçün belə etdin. O: Səsli oxudum ki, bunu sünnə 

və  haqq  biləsiniz”. İkinci  təkbir  edilir.  Əbu Uməmə    deyir  ki, Peyğəmbər   

salavat  deyilir.  Əbu  Uməmə    səhabələrdən  bir  kişinin  ona  xəbər  verdiyinə 

görə  cənazə  namazında  sünnət  imamın  təkbir  etməsi,  sonra  Fatihəni  gizlicə 

(səssiz)  oxuması  və  Peyğəmbərə    salavat  gətirmək,  sonra  digər  təkbirdə 

                                                

1376

 Tirmizi 1021, əl-Albani «Səhihdə» 1408.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə