Səhih Dua Və Zikirlər Kitabı
364
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kiçik böyüyə
salam versin, atlı piyadaya salam versin, piyada oturanı, az olanlar çox
olanlara salam versinlər”
1039
.
Cabir deyir ki: “Atlı piyadaya, piyada isə oturana salam verməlidir. İki
piyadadan hansı biri daha öncə salam verirsə, ən fəzilətlisi də o hesab
olunur”
1040
.
Zeyd İbn Əsləm rəvayət edir ki, Peyğəmbər buyurdu: “Minikli
piyadanı salamlayır, cəmaatın içindən birinin salamı qaytarması kifayət
edər“
1041
.
Əli İbn Əbu Talib (Həsən İbn Əli qaldıraraq) dedi: “(Bir topluluq)
cəmaatın içindən birinin onların yerinə salam verməsi kifayət edər, və
oturanlardan birinin də (onlara verilən) salamı (onların adından) alması
kifayətdir”
1042
.
ملس اذإ عمسي
SALAM VERDİKDƏ ONU EŞİTDİRMƏLİDİR
1039
Muxtəsər Buxari 2397, Buxari “Ədəbul Mufrad” 998, Əbu Davud 5198, 5200, əl-Albani “Səhih”.
1040
Buxari “Ədəbul Mufrad” 983, 993, 994, 999, əl-Albani “Səhihdə” 1146.
1041
Əbu Davud 5199, 5201, Buxari “Ədəbul Mufrad” 1000, 1001, əl-Albani “Səhihdə” 1148.
1042
Əbu Davud 5210, 5212, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
365
Abdullah İbn Ömər dedi: “Salam verdiyin zaman onu eşitdir. Çünki o,
Allah tərəfindən mübarək, xoş bir salamdır”
1043
.
ءاقل لك يف ملاسلا ءاقلإ
HƏR DƏFƏ GÖRÜŞDÜKDƏ SALAM VERMƏK
Əbu Hureyrə rəvayət edir ki: “Bir kimsə (ondan ayrılan) qardaşı ilə
qarşılaşarsa ona salam verir. Əgər onların arasına bir ağac, divar girsə, yaxud
bir daş girərək (onu qardaşından ayırarsa) sonra (yenə) onunla üz-üzə gəlsə
ona salam versin”
1044
.
Ənəs İbn Malik rəvayət edir ki, biz (səhabələr) Peyğəmbər ilə bərabər
olduğumuz zaman bir ağac bizi ayırdıqda onlardan bir qismi ağacın sağ
tərəfindən, bir qismi də sol tərəfindən keçər, sonra da qarşı-qarşıya gəldikdə
bir-birinə salam verərdilər”
1045
.
AbdurRahman İbn Şibl rəvayət edir ki, Peyğəmbər buyurdu: “Atlı
piyadaya salam versin, piyada oturana salam versin və az olanlar çox olanlara
salam versinlər. Salam (onun savabı) onu alana aiddir. Salam almayana isə heç
bir şey yoxdur”
1046
.
مايقلا دنع ملاسلا
سلجملا نم
MƏCLİSDƏN DURARKƏN SALAM VERMƏK
1043
Buxari “Ədəbul Mufrad” 1005, əl-Albani “Səhih”.
1044
Əbu Davud 5200, 5202, Buxari “Ədəbul Mufrad” 1010, əl-Albani “Səhihdə” 186.
1045
Buxari “Ədəbul Mufrad” 1011, əl-Albani “Səhih”.
1046
Buxari “Ədəbul Mufrad” 992, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
366
Peyğəmbər buyurdu: “Sizdən biriniz məclisə gəldiyi zaman salam versin,
oturmaq istədiyi zaman otursun, məclisdən durub getmək istədikdə salam
versin. Çünki birinci salam sonuncu salamdan ustun deyildir”
1047
.
Müaviyə İbn Qurra rəvayət edir ki, atam mənə belə dedi: “Oğlum! Xeyir
umduğun bir məclisdə olduğun zaman ehtiyacın üzündən məclisi tərk etmək
istəsən (məclisdəkilərə): “
Sizə salam olsun!
- de. Belə olduqda məclisdəkilərin
qazandığı savaba şərik olarsan. Hər hansı bir məclisdə oturan cəmaat, Allahı
yad etmədən o məclisdən dağılışsalar, sanki eşşək leşinin yanından dağılışmış
hesab olunarlar”
1048
.
نايبصلا ىلع ملاسلا
BALACALARA SALAM VERMƏK
Ənəs İbn Malik uşaqların yanından keçib onlara salam verdi və dedi:
“Peyğəmbər uşaqlara salam verərdi (belə edərdi)”
1049
.
Sabit İbn Bunəniy ilə bərabər gedirdim. Bir dəstə uşaqların yanından
keçdiyi zaman onları salamladı və mən də Ənəs ilə bərabər gedirdim. Bir
dəstə uşaqların yanından keçdiyimiz zaman onları salamladı və: O, da
Peyğəmbər ilə bərabər gedərkən bir dəstə uşaqların yanından keçdikdə
onları salamladı” deyə buyurdu
1050
.
1047
Əbu Davud 5208, 5210, Buxari “Ədəbul Mufrad” 1008, əl-Albani “Səhih”.
1048
Buxari “Ədəbul Mufrad” 1009, əl-Albani “Səhih”.
1049
Muxtəsər Muxari 2401, Əbu Davud 5202, 5204, Buxari “Ədəbul Mufrad” 1043, əl-Albani “Səhih”.
1050
Müslim 2168, 5793.
Dostları ilə paylaş: |