Səhih Dua Və Zikirlər Kitabı
358
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Gecə) sakitliyi çökdükdə
(qapları bağlayın) və çölə çıxmayın. Allahın məxluqları vardır ki, (o vaxt)
buraxılarlar. Kim (gecə ikən) itlərin hürməsini və uzunqulaqların anqırmasını
eşitsəniz, onlardan Allaha sığının. Çünki onlar sizin görmədiklərinizi
görürlər!”
1018
.
)
(
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uzunqulağın
anqırmasını eşitsəniz, şeytandan Allaha sığının. Çünki o (uzunqulaq), şeytan
görmüşdür”
1019
.
ملاسلا ءاشفإ
SALAMI YAYMAQ
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah Adəmi (öz
surətində) boyu altmış dirsək uzunluğunda yaratdı. Sonra dedi: “Get orada
oturan mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki
bu həm sənin salamın, həm də sənin zürriyyətinin salamıdır”. Adəm onlara:
“
Əs-Səlamu Aleykum!
”- dedi. Onlar da: “
Əs-Səlamu Aleykə Və
Rahmətullah!
”- deyib buna: “
Və Rahmətullah
” kəlməsini əlavə etdilər.
Cənnətə girəcək hər kəs (oraya) Adəmin surətində girəcəkdir. İndiyə qədər də
insanların xilqəti cılızlaşmaqdadır”
1020
.
1018
Əbu Davud 5103, 5105, Buxari “Ədəbul Mufrad” 937, Nəsəi 10778, əl-Albani “Səhih”.
1019
Buxari 3127, 3303, Müslim 2729, 7096, əl-Albani “Səhihdə” 3183.
1020
Buxari 6227, Müslim 2841, Buxari “Ədəbul Mufrad” 978, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
359
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İman gətirməyincə
Cənnətə daxil olmazsınız. Bir-birinizi sevməyincə də iman gətirmiş olmazsınız.
Sizi elə bir şeyə yönəldimmi ki, onu etdikdə bir-birinizi sevəsiniz? Aranızda
salamı yayın!”
1021
.
Abdullah İbn Ömər rəvayət edir ki, bir nəfər Peyğəmbərdən soruşdu:
“İslamın hansı (əməli) daha xeyirlidir?” O dedi: “Yemək yedizdirmək,
tanıdığına və tanımadığına salam vermək!”
1022
.
Ammar İbn Yəsir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç şey vardır
ki, onları (özündə) cəm edən şəxs, imanı (özündə) cəm etmiş olar: özünə qarşı
insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola (malından
başqalarına) xərcləmək”
1023
.
Bəra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Salamı yayın ki, salamat
olasınız”
1024
.
Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yəhudilər, salam və amin
deməyə görə sizə həsəd apardıqları kimi heç bir şeyə görə sizə həsəd
çəkmirlər”
1025
.
1021
Muxtəsər Müslim 42, Əbu Davud 5193, 5195, əl-Albani “Səhih”.
1022
Muxtəsər Müslim 63, Muxtəsər Buxari 9, Əbu Davud 5194, 5196, Buxari “Ədəbul Mufrad” 1013, əl-
Albani “Həsən”.
1023
əl-Albani “Səhih Kəlimə Tayyib” 155.
1024
Buxari “Ədəbul Mufrad” 979, əl-Albani “Həsən”.
1025
Buxari “Ədəbul Mufrad” 988, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
360
Sufyan əl-Miqdam İbn Şureyh babasından rəvayət edir ki, o, Allah
Elçisindən soruşdu: “Ey Allahın Elçisi, mənə elə bir əməl bildir ki, məni
Cənnətə daxil etsin” O buyurdu: “Həqiqətən, salamı yaymaq və gözəl
danışmaq bağışlanmağı vacib edən səbəblərdəndir”
1026
.
لجو زع الله ءامسأ نم ٌمسا ملاسلا
SALAM ALLAHIN ADLARINDAN BİRİDİR
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Salam Uca Allahın
adlarından biridir. O, bunu (bir-birinizlə salamlaşasınız deyə) yer üzünə
qoymuşdur. Elə isə aranızda salamı yayın”
1027
.
Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən,
Salam Allahın adlarından biridir. O, bunu (bir-birinizlə salamlaşasınız deyə)
yer üzünə qoymuşdur. Elə isə aranızda salamı yayın! Müsəlman bir kimsə bir
qövmün yanından ötərək onlara salam versə, onlar da onun salamını alarsa,
həmin qövmdən bir dərəcə üstün olar. Çünki o adam salamı onların yadına
saldı. Yox əgər onun salamını almasalar, (qəm yeməsin) onlardan daha xeyirli
və daha pak olan (bir mələk) onun salamını alar”
1028
.
1026
Tabərani “Mucəmul Kəbir” 469, 17920, əl-Albani “Səhihdə” 1035.
1027
Buxari “Ədəbul Mufrad” 989, əl-Albani “Həsən”.
1028
Bəzzar 1771, Buxari “Ədəbul Mufrad” 1039, əl-Albani “Səhih”.
Dostları ilə paylaş: |