Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə177/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   173   174   175   176   177   178   179   180   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

520 



 



 

 

Uzun bir hədisin bir hissəsi: Əbu Hureyrə   rəvayət edir ki, O, yenə gəlib 



ərzaqdan  ovuclayaraq  (qabına)  yığmağa  başladı.  Mən  onu  yaxalayıb  dedim: 

“Mən səni hökmən Peyğəmbərin   yanına aparacağam. Artıq üçüncü dəfədir 

ki,  sən  qayıtmayacağına  söz  verir,  sonra  da  qayıdırsan.”  O  yalvarıb  dedi: 

“Məni  buraxsan,  sənə  elə  sözlər  öyrədərəm  ki,  Allah  onların  vasitəsilə  sənə 

fayda  verər.”  Mən:  “O  nə  sözdür?”–  deyə  soruşdum.  O  dedi:  “Yatağına 

uzananda 



Ayətul  Kursi

:  “Allah,  Ondan  başqa  ilah  yoxdur,  əbədi  Yaşayandır, 

bütün  yaratdıqlarının  Qəyyumudur...”  –  ayəsini  axıra  qədər  oxu.  Əgər  bunu 

etsən,  səhər  yuxudan  oyananadək  sənin  yanında  Allahın  təyin  etdiyi  gözətçi 

(bir  mələk)  durar  və  şeytan  sənə  yaxınlaşmaz.”  Mən  yenə  onu  buraxdım. 

Səhəri  gün  Peyğəmbər    məndən  soruşdu:  “Dünən  tutduğun  əsir  nə  etdi?” 

Mən  dedim:  “Ya  Rəsulallah!  O,  Allahın  izni  ilə  mənə  faydası  olacaq  sözlər 

öyrədəcəyini söylədi və mən də onu buraxdım.” Peyğəmbər: “Nədir o?”– deyə 

soruşdu. Mən  dedim:  “O  mənə  söylədi  ki, yatağına uzananda 



Ayətul  Kursi

 – 

“Allah,  Ondan  başqa  ilah  yoxdur,  əbədi  Yaşayandır,  bütün  yaratdıqlarının 

Qəyyumudur...”  –  ayəsini  əvvəldən  axıra  qədər  oxu.  Əgər  bunu  etsən,  səhər 

yuxudan  oyananadək  sənin  yanında  Allahın  təyin  etdiyi  gözətçi  (bir  mələk) 

durar  və  şeytan  sənə  yaxınlaşmaz”.  Səhabələr  xeyirli  işlərə  ən  çox  can  atan 

insanlar  idi.  Peyğəmbər:  “O  sənə  doğru  söylədi,  halbuki  özü  qatı  yalançıdır. 

Sən  üç  gecədir  kiminlə  söhbət  etdiyini  bilirsənmi,  ey  Əbu  Hureyra?”  Mən: 

“Xeyr!”– deyə cavab verdikdə, Peyğəmbər: “Bu, şeytan idi!”

1542

.  


 

….

.



 

Əbu  Əyyub  əl-Ənsari    rəvayət  edir  ki,  (şeytan  yenə  gəlib  ərzaqdan 

ovuclayaraq (qabına) yığmağa başladı). Mən onu yaxalayıb dedim: “Mən səni 

hökmən  Peyğəmbərin    yanına  aparacağam.  Artıq  üçüncü  dəfədir  ki,  sən 

qayıtmayacağına  söz  verir,  sonra  da  qayıdırsan”.  O:  ”Sənə  bir  şey 

öyrədəcəyəm: 



Ayətul Kursi

, evində oxuduğun zaman nə şeytan, nə də başqası 

sənə  yaxınlaşmaz”  dedi.  Mən  Peyğəmbərin    yanına  gəldim.  O:  “Əsirin  nə 

                                                

1542

 Buxari 75, 2311, 3275, 5010, əl-Albani “Səhih Kəlimə” 26.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

521 



 

etdi?” dedi. Mən ona olanı dedim. O: “O, doğru söyləmişdir, özü yalançı olsa 

da belə” deyə buyurdu

1543


.  

 



 



 

İbn Məsud  Movquf və Mərfu olaraq rəvayət edir ki: Hər bir şeyin zirvəsi 

vardır,  Quranın  zirvəsi  isə 

Bəqərə

  surəsidir.  Şeytan 



Bəqərə

  surəsini  eşitdiyi 

evdən çıxar, buna görə də (evlərinizdə) 

Bəqərə

 surəsini oxuyun”

1544

.  


 

.

 



Noman İbn Bəşir   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah göyləri 

və yerləri yaratmamışdan əlli min öncə kitab yazdı və o kitabdan iki ayə nazil 

edərək 

Bəqərə

 surəsini möhürlədi. Bu ayə üç gecə bir evdə oxunarsa şeytan o, 

evə yaxınlaşmaz”

1545


.  

 

)



(

 

Nəvvas  İbn  Səman    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quran  və 



Quranla  dünyada  ikən  əməl  edənlər  Qiyamət  günü  gətiriləcəkdir.  İrəlidə 

Bəqərə

  və 


Ali  İmran

  surələri  olacaqdır”.  Nəvvas:  “Peyğəmbər    bu  iki  surə 

barəsində  elə  bir  şey  söylədi  ki,  mən  heç  vaxt  onları  unutmaram”  dedi. 

Həqiqətən bu iki surə Qiyamət günü iki qara bulud kimi gəlib və ya iki kölgə 

və  ya  göydə  qanadlarını  açmış  iki  quş  dəstəsi  kimi  gəlib  oxucularını 

qoruyacaqdır (Çünki Peyğəmbər  buyurmuşdu: Quranla dunyada ikən əməl 

edənlər – bu da dəlildir ki, əməlin savabı gələcəkdir)“

1546


.

 

 



 

                                                

1543

 Tirmizi 2880, əl-Albani “Səhih”.  



1544

 AbdurRazzaq “Musənnəf” 6019, əl-Albani “Səhihdə” 588.  

1545

 Tirmizi 2882, Əhməd 18438, əl-Albani “Səhih Cəmi” 1799, “Səhih Və Daif Cəmius Səğir” 2680.  



1546

 Müslim 805, 1912, Tirmizi 2883, əl-Albani “Səhih Cəmi” 7999, “Səhih Və Daif Cəmius Səğir” 13954.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

522 



 

 

Əbu  Uməmə  əl-Bəhili    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quran 



oxuyun!  Həqiqətən  Quran  Qiyamət  günü  onu  oxuyanlara  şəfaətçi  olaraq 

gələcək. “



Zəhraveyni

” iki çiçək yəni: 



əl-Bəqərə

  

Ali İmran

 surələrini oxuyun! 

Həqiqətən bu iki surə Qiyamət günü iki bulud kimi gəlib və ya iki kölgə və ya 

göydə  qanadlarını  açmış  iki  quş  dəstəsi  kimi  gəlib  oxucularını  qoruyacaqdır. 



əl-Bəqərə

  surəsini  oxuyun!  Həqiqətən  onu  bərəkət,  onu  tərk  etmək  isə 

peşmançılıqdır. Sehirbazların ona gücü çatmaz”

1547


.  

 

 



Abdullah İbn Abbas   rəvayət edir ki, Cəbrail  Peyğəmbərin  yanında 

oturan zaman Peyğəmbər  yuxarıdan şiddətli bir səs eşitdi və başını qaldırdı. 

(Cəbrail) dedi: “Bu,  göydə olan bir qapıdır. Bundan əvvəl heç vaxt açılmayıb, 

yalnız  bu  gün  açıldı.  Oradan  bir  mələk  endi.  (Cəbrail)  dedi:  “Bu  Yer  üzünə 

enən bir mələkdir. Bu günə qədər Yer üzərinə heç enməmişdir”. Mələk salam 

verdi və dedi: “Sənə verilən iki nur ilə müjdələn! Bu iki nur səndən əvvəl heç 

bir  peyğəmbərə  verilmədi.  Bu  iki  nur,  Kitabı  açan  “

əl-Fatihə

”  surəsi  və  “



əl-

Bəqərə

” surəsinin son ayələridir. Onlardan oxuyacağın hər bir hərfə görə sənə 

(savab, istədiyin) veriləcəkdir!”

1548


.  

 

 



Ubeyyə  İbn  Kəab    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ey  Əbu 

Munzir!  Bilirsənmi  Allahın  Kitabından  əzbərlədiyin  hansı  ayə  daha 

(əzəmətlidir) böyükdür?” Mən: “Doğrusunu Allah və Elçisi bilər!” deyə cavab 

verdim.  Peyğəmbər:  “Ey  Əbu  Munzir!  Bilirsənmi  Allahın  Kitabından  əzbər-

lədiyin  hansı  ayə  daha  (əzəmətlidir)  böyükdür?”.  Mən:  “

Allahu  Lə  İləhə  İllə 

                                                

1547

 Müslim 804, 1910, Əhməd 22146, əl-Albani “Səhih Cəmi” 1165, “Səhih Və Daif Cəmius Səğir” 2045.  



1548

 Müslim 806, 1913.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə