Səhih Dua Və Zikirlər Kitabı
508
ةءارقلاب توصلا نيسحت
QURAN OXUYARKƏN SƏSİ GÖZƏLLƏŞDİMƏK
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah
Peyğəmbərinə Quranı aşkar gözəl səslə oxumağa izn verdiyi kimi başqa bir
şeyə izn verməmişdir“
1509
.
Bəra İbn Azib rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı səsinizlə
gözəlləşdirin (Gözəl səs Quranın gözəlliyini daha da artırır)”
1510
.
)
(
Səid İbn Əbi Vəqasi rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı
Təğanni
(avazla) ilə oxumayan bizdən deyildir”
1511
.
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanların ən gözəli
Qurani (gözəl səslə) oxuyan kimsədir. Oxumağını duyduğun zaman Allahdan
qorxduğunu hiss etdiyin kimsədir”
1512
.
فُر ْح أ ِة عْب س ى ل ع لِزْنُأ نآْرُقْلا
QURAN YEDDİ QİRAƏT ÜZƏRƏ NAZİL OLMUŞDUR
1509
Buxari 7105, 7544, Muslim 233/792, 1883, Əbu Davud 1473, 1475, Nəsəi 1017.
1510
Əbu Davud 1468, 1470, İbn Məcə 1342, Nəsəi 1015, İbn Hibban 749, 750, əl-Albani “Səhih”.
1511
Buxari 7089, 7527, Əbu Davud 1469, 1471, 1473, İbn Hibban 120,
1512
İbn Məcə 1339, əl-Albani “Səhih Tərğib” 1450.
Səhih Dua Və Zikirlər Kitabı
509
Ömər İbn Xəttab rəvayət edir ki, Peyğəmbərin sağlığında mən Hişam
İbn Həkim İbn Hizamın “
əl-Furqan
” surəsini oxuduğunu eşitdim və diqqətlə
onun oxuduğuna qulaq asmağa başladım. Baxdım ki, o, (bu surəni) başqa-
başqa hərflərlə, Peyğəmbərin bizə oxumadığı bir üslubla oxuyur. Mən onu
elə namazda ikən yaxalamaq istədim, lakin səbir etdim. Nəhayət, o, salam verib
(namazını bitirdikdə) mən onun yaxasından yapışıb soruşdum: “Eşitdiyim bu
surəni sənə bu cür oxumağı kim öyrədib?” Dedi: “Bu surəni mənə Peyğəmbər
öyrədib.” Dedim: “Yalan danışırsan, Peyğəmbər bu surəni mənə sənin
oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib”. Sonra mən onu Peyğəmbərin
yanına apardım və dedim: “Mən bunun “
əl-Furqan
” surəsini başqa hərflərlə
və sənin bizə öyrətmədiyin bir üslubla oxuduğunu eşitdim.” Peyğəmbər
buyurdu: “Burax onu! (Sən də) oxu, ey Hişam!” Hişam (bu surəni) ona mənim
eşitdiyim qiraətlə oxudu. Peyğəmbər: “Bu surə (mənə) bu cür nazil olmuşdur.”
Sonra o: “(İndi isə) sən oxu, ey Ömər!”– deyə buyurdu, mən də (bu surəni)
onun mənə öyrətdiyi qiraətlə oxudum. Peyğəmbər: “Bu surə (mənə) bu cür
nazil olmuşdur. Həqiqətən, bu Quran yeddi qiraət üzərində nazil olmuşdur.
Odur ki, Qurandan sizə asan olanı oxuyun!”
1513
.
.
Ubey İbn Kəb rəvayət edir ki, Peyğəmbər Cəbrail ilə görüşdü və:
“Ey Cəbrail! Mən (oxumaq və yazmaq) bilməyən bir topluma Peyğəmbər
göndərildim. Onlar arasında yaşlı, qadın, uşaq, cariyə, kişilər vardır ki,
oxumağı bilmirlər (Quranı onlara necə başa salacağam və ya necə
oxuyacaqlar)”. Cəbrail: “Ey Muhəmməd! Quran yeddi qiraət şəkilində nazil
olmuşdur” dedi
1514
.
1513
Buxari 4706, 4992, 7111, 7550, Tirmizi 2943.
1514
Tirmizi 2944, əl-Albani “Həsən Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
510
ءانثأ ركذلا نم بحتسي ام
ةءارقلا
QURAN OXUYARKƏN HANSI ZİKRLƏR DEYİLİR
İbn Abbas rəvayət edir ki, Peyğəmbər : “
Səbbihismə Rabbikəl Ələ -
(Ya
Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər
de! – dediyi zaman buyurdu: “
Subhənə Rabbiyəl Ələ -
Ən Uca Rəbbim pak və
müqəddəsdir!”
1515
.
Aişə rəvayət edir ki, bir kişi evinin (damında) üstündə namaz qılarkən:
“
Əleysə Zəlikə Biqadirin Alə Ən Yuhiyəl Moutə - Elə isə O Allah ölüləri
diriltməyə qadir deyildirmi?!” (Qiyamət 40). –
Dedi:
Subhənəkə Fə Bələ -
Sən
Pak və nöqsansızsan, Bəli (diriltməyə qadirsən)”. Bunu ondan soruşduqda
dedi ki, Peyğəmbərdən eşitdim”
1516
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən bir kimsə
ət-Tin
Surəsini axıra qədər: “
Əleysəllahu Biəhkəmil Həkimin –
oxuyarsa qoy
desin:
Bələ, Və Ənə Alə Zəlikə Minəş Şəhidin –
Bəli, qadirdi. Mən də buna
şahidlik edirəm”. Kim:
Lə Uqsimu Biyəumil Qiyəmə -
və Qiyamət Surəsini
sonuna qədər oxuyarsa: “
Əleysə Zəlikə Biqadirin Alə Ən Yuhiyəl Moutə - Elə
isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!” (Qiyamət 40).
– desin: Bəli
(diriltməyə qadirsən)”. Kim: Mursələt Surəsini 50 oxuyarsa və bu ayəyə
çatdıqda:
Fə Biəyyi Hədisin Bəadəhu Yuminunə - (Bu kafirlər) ona da (Qurana
da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
– desin:
Əmənnə
Billəhi –
Allaha İman etdim”
1517
.
1515
Əbu Davud 883, Əhməd 2066, əl-Albani “Səhih”.
1516
Əbu Davud 884, əl-Albani “Səhih”.
1517
Əbu Davud 887, Əhməd 7391, 7385, əl-Albani “Zəif”.