Səhih Dua Və Zikirlər Kitabı
505
İsmət İbn Məlik rəvayət edir ki, Allah Elçisi buyurdu: “Əgər Quran bir
dəridə cəm edilərsə, Allah onu odda yandırmaz”
1496
.
Ömər İbn əl-Xəttab rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kim
Qurandan bir hizb (hissə) və ya bir şey oxumadan yatar, (ertəsi gün) Sübh və
Zöhr namazları arasında oxuyarsa, bu onun üçün gecə yatmazdan əvvəl
oxumuş kimi savab yazılar”
1497
.
Aişə rəvayət edir ki, Allah Elçisi buyurdu: “Quranın ilk yeddi
surəsini əzbərləyən alimdir“
1498
.
Vasilə İbn Əsqai rəvayət edir ki, Allah Elçisi buyurdu: “Mənə Tövratın
yerinə yeddi böyük (əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf
və əl-Kəhf surələri), Zəburun yerinə yüz (və daha çox ayədən ibarət olan
surələr), İncilin yerinə əl-Məsəni (əl-Fatihə surəsi) verildi və mən müfəssəl (əl-
Hucurat surəsindən Quranın axırına qədər olan) surələrlə üstün tutuldum”
1499
.
Ənəs İbn Məlik rəvayət edir ki, Allah Elçisi buyurdu: “Həqiqətən,
insanlardan Allahın əhli vardır”. Dedilər: “Ey Allahın Elçisi! Onlar kimlərdir?”
Allah Elçisi: “Onlar - Quran əhli, Allaha xas olanlardır”
1500
.
1496
Tabərani “Mucəmul Kəbir” 13934, əl-Albani “Sahih Cəmi” 5266.
1497
Muslim 747, 1236, 1779.
1498
Əhməd 24575, əl-Albani “Silsilətul Əhədisis Sahiha” 2305.
1499
Əhməd 17023, Beyhəqi “Şuabul İman” 2318, əl-Albani “Sahih Cəmi” 1059, “Səhihdə” 1480.
1500
İbn Məcə 215, 220, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
506
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Sizdən biri
ailəsinin yanına qayıtdıqda, evində üç irisümüklü, kök, hamilə dəvə görmək
istəməzmi?”. Biz: “Bəli”- deyə cavab verdik. O belə buyurdu: “Sizdən birinizin
namazda oxuduğu üç ayə, sizin üçün üç irisümüklü, kök, hamilə dəvədən
daha xeyirlidir”
1501
.
ق نع يهنلا
لو
:
اذك ةيآ تيسن
FİLAN FİLAN AYƏNİ UNUTMUŞAM DEMƏYİN
QADAĞAN OLUNMASI
Ənəs İbn Məlik
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Məsciddən
çıxarılan bir toz dənəsinə kimi ümmətimin əcirləri (savabları) mənə ərz edildi.
Və yenə ümmətimin günahları da mənə ərz edildi. Quluma əta olunan Surə və
ya ayəni unutmasından daha əzəmətli günah görmədim”
1502
.
Sad İbn Ubadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qurani Kərimi
oxuyub (əzbərləyib) sonra da unudan kimsə Qiyamət günü Rəbbi ilə şikəst əli
ilə (əli kəsilmiş) olarak qarşılaşır”
1503
.
İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı əzbərdən bilən
adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu
vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-başına
buraxarsa, onlar qaçıb gedərlər”
1504
.
1501
Muslim 1908, İbn Məcə 3782, Əhməd 10450.
1502
Əbu Davud 461, 463, Tirmizi 2916, əl-Albani “Zəif”.
1503
Əbu Davud 1474, 1476, əl-Albani “Zəif”.
1504
Buxari 5031, Müslim 789.
Səhih Dua Və Zikirlər Kitabı
507
İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quran sahibi gecə və
gündüz duraraq Quran oxuyarsa (Quran) yadında qalar, yox əgər oxumazsa
unudar”
1505
.
Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Birinizin:
“Filan və filan ayəni unutmuşam”– deməsi necə də pisdir! Əksinə, bu ona
unutdurulmuşdur. Elə isə Quranı (təkrar-təkrar) öyrənməyə davam edin!
Çünki Quran, kəndirdən qırılıb qaçan heyvandan da tez, insanların qəlbini
tərk edir”
1506
.
Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı daim oxuyun!
Canım Əlində olan Allaha and olsun ki, o, kəndirdən açılıb qaçan dəvədən
daha tez (sahibini) tərk edir”
1507
.
يبنلا ةءارق ةفص
PEYĞƏMBƏRİN
QİRAƏTİ
Ummu Sələmə Peyğəmbərin qiraəti barəsində zikr etdi: (onun
qiraəti): “
Bismilləhir Rahmənir Rahim, Əlhəmdulilləhi Rabbil Aləmin,
Ərrahmənir Rahim, Məliki Yəvmiddin –
hər bir ayədə ara verə-verə oxuyudu
(Yəni: hər bir ayənin əvvəlində durar və sonra oxuyardı)“
1508
.
1505
Müslim 227, 789, 1876, əl-Albani “Səhih Tərğib” 1445.
1506
Buxari 5032, Müslim 790, Tirmizi 2942.
1507
Buxari 5033, Müslim 791.
1508
Əbu Davud 4001, 4003, əl-Albani “Səhih”.