Səhih Dua Və Zikirlər Kitabı
502
Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quran oxuyan və ona
əməl edən mömin turunca
1485
bənzəyir, onun dadı da xoşdur, iyi də. Quran
oxumayan, amma ona əməl edən mömin xurmaya bənzəyir, onun dadı
gözəldir, amma iyisi yoxdur. Quran oxuyan münafiqin məsəli reyhan bitkisinə
bənzəyir, onun iyi gözəl olsa da, dadı acıdır. Quran oxumayan münafiqin
məsəli acı qovuna bənzəyir, onun iyi xoşagəlməzdir, dadı da acıdır”
1486
.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yalnız iki şəxsə
həsəd aparmaq olar: O şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da onu gecə-
gündüz oxuyur. Qonşusu bunu eşidib deyər: “Kaş ona verilənin bənzəri mənə
də veriləydi, onun etdiyi əməli mən də edərdim.” Bir də o şəxsə ki, Allah ona
var-dövlət bəxş etmiş, o da onu Allah yolunda lazımi yerlərə xərcləyir. Onu
görən adam deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi
əməli mən də edərdim”
1487
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim bir
mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah onu Qiyamət gününün
sıxıntılarının bir sıxıntısından qurtarar. Hər kim çətinliyə düşənin çətinliyini
yüngülləşdirərsə, Allah da o, kimsəyə dünya və axirətdə asanlıq, yüngüllük
verər. Hər kim bir müsəlmanın qüsurunu (yəni xətasını) örtərsə, Allah da
1485
Xoşiyli sitrus meyvəsi.
1486
Buxari 5059.
1487
Buxari 5026.
Səhih Dua Və Zikirlər Kitabı
503
dünya və axirətdə onun qüsurunu (xətasını) örtər. Qul öz qardaşına kömək
etməyə davam etdikcə, Allah da ona kömək etməyə davam edər. Hər kim elm
öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu
asanlaşdırar. Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını
oxuyar və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən
sakitlik enər, Allahın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar,
Allah onları öz dərgahında olanların yanında yad edər. Hər kim (bu) əməlləri
gecikdirəcək olursa, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»
1488
.
.
Əbu Musa rəvayət edir ki, Peyğəmbər mənə buyurdu: “Yə Əbu Musa!
Həqiqətən də sənə Davudun ailəsinin məlahətli səsi kimi məlahətli bir səs
bəxş edilmişdir! “
1489
.
Abdullah İbn Amr İbn əl-Ass rəvayət edir ki, Peyğəmbər buyurdu:
“(Gecə) ikən 10 ayə oxuyan qafillərdən yazılmaz, 100 ayə oxuyan bir kimsə
itaət (ibadət) edənlərdən yazılar, 1000 ayə oxuyan bir kimsə isə böyük əcr
sahiblərindən yazılar”
1490
.
Əbu Şureyh əl-Xuzai demişdir: “Allah Elçisi yanımıza gələrək
buyurdu: “Sizə müjdə olsun! Məgər siz Allahdan başqa ibadətə layiq haqq ilah
olmadığına və mənim Allahın Elçisi olduğuna şahidlik etmirsiniz?” Onlar:
“Bəli”- deyə cavab verdilər. O buyurdu: “Həqiqətən, bu Quranın bir tərəfi
Allahın Əlində, o biri tərəfi isə sizin əlinizdədir, elə isə ona möhkəm sarılın!
(Belə etsəniz) heç vaxt yolunuzu azmaz və həlak olmazsınız”
1491
.
1488
Buxari 6408, 6045, Müslim 2699, 7028, İbn Məcə 225, Tirmizi 2945.
1489
Buxari 4761, 5048.
1490
Əbu Davud 1398, 1400, əl-Albani “Səhih”.
1491
Tabərani “Mucəmul Kəbir” 491, 17941, əl-Albani “Sahih Tərğib” 38.
Səhih Dua Və Zikirlər Kitabı
504
Abdullah İbn Məsud rəvayət edir ki, Allah Elçisi buyurdu: “Quran
şəfaət edən, mübarizə edən və təsdiq olunandır. Kim (Quranı) özünə rəhbər
tutarsa, onu Cənnətə aparar. Kim də ona arxa çevirərsə, onu Cəhənnəmə
aparar”
1492
.
Bureydə əl-Əsləmi rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kim Quran
oxuyar, öyrənər və əməl edərsə, Qiyamət günü onun valideynlərinin başlarına
nurdan tac qoyulacaq. Onun işığı günəşin işığı kimi olacaq. Həmçinin, onun
valideynlərinə dünyada oxşarı olmayan iki paltar geyindiriləcək. Onlar
deyəcəklər: “Nəyə görə bu bizə geyindirildi?” Onlara deyiləcək: “Oğlunuzun
Qurandan möhkəm yapışdığına görə”
1493
.
İbn Məsud rəvayət edir ki, Allah Elçisi buyurdu: “Kimi Allahı və Onun
Elçisini sevmək sevindirirsə, qoy Quran oxusun”
1494
.
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Oruc və Quran
Qiyamət günü qula şəfaət edəcəkdir. Oruc deyəcək: “Ya Rəbb! Mən gündüz
onu yemək və şəhvətdən çəkindirdim, məni ona şəfaətçi təyin et!” Quran isə
deyəcək: “Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!”
Beləliklə, onlar şəfaət edəcəklər”
1495
.
1492
Tabərani “Mucəmul Kəbir” 8655, 10450, İbn Hibban 124, əl-Albani “Sahih Cəmi” 4443.
1493
Həkim 2086, əl-Albani “Sahih Tərğib” 1434.
1494
Əbu Nueym “Hilyətul Əuliyə” 7/ 209, əl-Albani “Sahih Cəmi” 6289, “Silsilətul Əhədisis Sahiha” 2342.
1495
Əhməd 6626, əl-Albani “Sahih Cəmi” 3882, “Sahih Tərğib” 984, 1829.
Dostları ilə paylaş: |