Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə171/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   167   168   169   170   171   172   173   174   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

502 



 

 



 

Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran oxuyan və ona 



əməl  edən  mömin  turunca

1485


 bənzəyir,  onun  dadı  da  xoşdur,  iyi  də.  Quran 

oxumayan,  amma  ona  əməl  edən  mömin  xurmaya  bənzəyir,  onun  dadı 

gözəldir, amma iyisi yoxdur. Quran oxuyan münafiqin məsəli reyhan bitkisinə 

bənzəyir,  onun  iyi  gözəl  olsa  da,  dadı  acıdır.  Quran  oxumayan  münafiqin 

məsəli acı qovuna bənzəyir, onun iyi xoşagəlməzdir, dadı da acıdır”

1486


.  

 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yalnız  iki  şəxsə 



həsəd  aparmaq  olar:  O  şəxsə  ki,  Allah  ona  Quranı  öyrətmiş,  o  da  onu  gecə-

gündüz oxuyur. Qonşusu bunu eşidib deyər: “Kaş ona verilənin bənzəri mənə 

də veriləydi, onun etdiyi əməli mən də edərdim.” Bir də o şəxsə ki, Allah ona 

var-dövlət  bəxş  etmiş,  o  da  onu  Allah  yolunda  lazımi  yerlərə  xərcləyir.  Onu 

görən adam deyər: “Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi 

əməli mən də edərdim”

1487

.  


 

 

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  kim  bir 

mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah onu Qiyamət gününün 

sıxıntılarının  bir  sıxıntısından  qurtarar.  Hər  kim  çətinliyə  düşənin  çətinliyini 

yüngülləşdirərsə,  Allah  da  o,  kimsəyə  dünya  və  axirətdə  asanlıq,  yüngüllük 

verər.  Hər  kim  bir  müsəlmanın  qüsurunu  (yəni  xətasını)  örtərsə,  Allah  da 

                                                

1485

 Xoşiyli sitrus meyvəsi. 



1486

 Buxari 5059.  

1487

 Buxari 5026.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

503 



 

dünya  və  axirətdə  onun  qüsurunu  (xətasını)  örtər.  Qul  öz  qardaşına  kömək 

etməyə davam etdikcə, Allah da ona kömək etməyə davam edər. Hər kim elm 

öyrənmək  üçün  müəyyən  bir  yola çıxarsa  Allah onun Cənnətə  gedən yolunu 

asanlaşdırar. Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını 

oxuyar  və  öz  aralarında  onu  müzakirə  edərlərsə  onlara  Allah  tərəfindən 

sakitlik  enər,  Allahın  rəhməti  onları  örtər,  mələklər  onları  əhatəyə  alarlar, 

Allah onları öz dərgahında olanların yanında yad edər. Hər kim (bu) əməlləri 

gecikdirəcək olursa, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»

1488


.  

 

.



 

Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  mənə buyurdu: “Yə Əbu Musa! 

Həqiqətən də sənə Davudun  ailəsinin məlahətli səsi kimi məlahətli bir səs 

bəxş edilmişdir! “

1489

.  


 

 

Abdullah  İbn  Amr  İbn  əl-Ass    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 



“(Gecə)  ikən  10  ayə  oxuyan  qafillərdən  yazılmaz,  100  ayə  oxuyan  bir  kimsə 

itaət  (ibadət)  edənlərdən  yazılar,  1000  ayə  oxuyan  bir  kimsə  isə  böyük  əcr 

sahiblərindən yazılar”

1490


.  

 



 

 



Əbu  Şureyh  əl-Xuzai    demişdir:  “Allah  Elçisi    yanımıza  gələrək 

buyurdu: “Sizə müjdə olsun! Məgər siz Allahdan başqa ibadətə layiq haqq ilah 

olmadığına  və  mənim  Allahın  Elçisi  olduğuna  şahidlik  etmirsiniz?”  Onlar: 

“Bəli”-  deyə  cavab  verdilər.  O  buyurdu:  “Həqiqətən,  bu  Quranın  bir  tərəfi 

Allahın  Əlində,  o  biri  tərəfi  isə  sizin  əlinizdədir,  elə  isə  ona  möhkəm  sarılın! 

(Belə etsəniz) heç vaxt yolunuzu azmaz və həlak olmazsınız”

1491

.  


 

                                                

1488

 Buxari 6408, 6045, Müslim 2699, 7028, İbn Məcə 225, Tirmizi 2945.  



1489

 Buxari 4761, 5048.  

1490

 Əbu Davud 1398, 1400, əl-Albani “Səhih”.  



1491

 Tabərani “Mucəmul Kəbir” 491, 17941, əl-Albani “Sahih Tərğib” 38.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

504 



 



 

Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Quran 

şəfaət  edən,  mübarizə  edən  və  təsdiq  olunandır.  Kim  (Quranı)  özünə  rəhbər 

tutarsa,  onu  Cənnətə  aparar.  Kim  də  ona  arxa  çevirərsə,  onu  Cəhənnəmə 

aparar”

1492


.  

 



 

 



Bureydə əl-Əsləmi   rəvayət edir ki, Allah Elçisi   buyurdu: “Kim Quran 

oxuyar, öyrənər və əməl edərsə, Qiyamət günü onun valideynlərinin başlarına 

nurdan  tac  qoyulacaq.  Onun  işığı  günəşin  işığı  kimi  olacaq.  Həmçinin,  onun 

valideynlərinə  dünyada  oxşarı  olmayan  iki  paltar  geyindiriləcək.  Onlar 

deyəcəklər:  “Nəyə  görə  bu  bizə  geyindirildi?”  Onlara  deyiləcək:  “Oğlunuzun 

Qurandan möhkəm yapışdığına görə”

1493

.  


 



 

İbn Məsud  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Kimi Allahı və Onun 

Elçisini sevmək sevindirirsə, qoy Quran oxusun”

1494


.  

 



 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Oruc  və  Quran 

Qiyamət  günü  qula  şəfaət  edəcəkdir.  Oruc  deyəcək:  “Ya  Rəbb!  Mən  gündüz 

onu yemək  və  şəhvətdən çəkindirdim,  məni ona  şəfaətçi  təyin  et!”  Quran isə 

deyəcək: “Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!” 

Beləliklə, onlar şəfaət edəcəklər”

1495


.  

 



 

 



                                                

1492


 Tabərani “Mucəmul Kəbir” 8655, 10450, İbn Hibban 124, əl-Albani “Sahih Cəmi” 4443.  

1493


 Həkim 2086, əl-Albani “Sahih Tərğib” 1434.  

1494


 Əbu Nueym “Hilyətul Əuliyə” 7/ 209, əl-Albani “Sahih Cəmi” 6289, “Silsilətul Əhədisis Sahiha” 2342.  

1495


 Əhməd 6626, əl-Albani “Sahih Cəmi” 3882, “Sahih Tərğib” 984, 1829.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə