Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə173/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   169   170   171   172   173   174   175   176   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

508 



 

ةءارقلاب توصلا نيسحت

 

QURAN OXUYARKƏN SƏSİ GÖZƏLLƏŞDİMƏK 

 

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah 

Peyğəmbərinə  Quranı  aşkar  gözəl  səslə  oxumağa  izn  verdiyi  kimi  başqa  bir 

şeyə izn verməmişdir“

1509


.  

 

 



Bəra  İbn  Azib    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quranı səsinizlə 

gözəlləşdirin (Gözəl səs Quranın gözəlliyini daha da artırır)”

1510

.  


 

)



(

 

 



Səid  İbn  Əbi  Vəqasi    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quranı 

Təğanni

 (avazla) ilə oxumayan bizdən deyildir”

1511

.  


 



 

 

Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İnsanların  ən  gözəli 



Qurani (gözəl səslə) oxuyan kimsədir. Oxumağını duyduğun zaman Allahdan 

qorxduğunu hiss etdiyin kimsədir”

1512

.  


 

  فُر ْح أ ِة عْب س ى ل ع  لِزْنُأ   نآْرُقْلا  

QURAN YEDDİ QİRAƏT ÜZƏRƏ NAZİL OLMUŞDUR 

 





                                                

1509

 Buxari 7105, 7544, Muslim 233/792, 1883, Əbu Davud 1473, 1475, Nəsəi 1017.  



1510

 Əbu Davud 1468, 1470, İbn Məcə 1342, Nəsəi 1015, İbn Hibban 749, 750, əl-Albani “Səhih”.  

1511

 Buxari 7089, 7527, Əbu Davud 1469, 1471, 1473, İbn Hibban 120, 



1512

 İbn Məcə 1339, əl-Albani “Səhih Tərğib” 1450.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

509 



 



 



Ömər İbn Xəttab  rəvayət edir ki, Peyğəmbərin   sağlığında mən Hişam 

İbn  Həkim  İbn  Hizamın  “



əl-Furqan

” surəsini oxuduğunu  eşitdim  və  diqqətlə 

onun  oxuduğuna  qulaq  asmağa  başladım.  Baxdım  ki,  o,  (bu  surəni)  başqa-

başqa  hərflərlə,  Peyğəmbərin    bizə oxumadığı bir  üslubla  oxuyur.  Mən  onu 

elə namazda ikən yaxalamaq istədim, lakin səbir etdim. Nəhayət, o, salam verib 

(namazını bitirdikdə) mən onun yaxasından yapışıb soruşdum: “Eşitdiyim bu 

surəni sənə bu cür oxumağı kim öyrədib?” Dedi: “Bu surəni mənə Peyğəmbər 

  öyrədib.”  Dedim:  “Yalan  danışırsan,  Peyğəmbər    bu  surəni  mənə  sənin 

oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib”. Sonra mən  onu Peyğəmbərin 

 yanına apardım və dedim: “Mən bunun “



əl-Furqan

” surəsini başqa hərflərlə 

və  sənin  bizə  öyrətmədiyin  bir  üslubla  oxuduğunu  eşitdim.”  Peyğəmbər   

buyurdu: “Burax onu! (Sən də) oxu, ey Hişam!” Hişam (bu surəni) ona mənim 

eşitdiyim qiraətlə oxudu. Peyğəmbər: “Bu surə (mənə) bu cür nazil olmuşdur.” 

Sonra  o:  “(İndi  isə)  sən  oxu,  ey  Ömər!”–  deyə  buyurdu,  mən  də  (bu  surəni) 

onun  mənə  öyrətdiyi  qiraətlə  oxudum.  Peyğəmbər:  “Bu  surə  (mənə)  bu  cür 

nazil  olmuşdur.  Həqiqətən,  bu  Quran  yeddi  qiraət  üzərində  nazil  olmuşdur. 

Odur ki, Qurandan sizə asan olanı oxuyun!”

1513


.  

 

.



 

Ubey  İbn  Kəb    rəvayət  edir  ki,  Peyğəmbər    Cəbrail    ilə  görüşdü  və: 

“Ey  Cəbrail!  Mən  (oxumaq  və  yazmaq)  bilməyən  bir  topluma  Peyğəmbər 

göndərildim.  Onlar  arasında  yaşlı,  qadın,  uşaq,  cariyə,  kişilər  vardır  ki, 

oxumağı  bilmirlər  (Quranı  onlara  necə  başa  salacağam  və  ya  necə 

oxuyacaqlar)”.  Cəbrail:  “Ey  Muhəmməd!  Quran  yeddi  qiraət  şəkilində  nazil 

olmuşdur” dedi

1514


.  

                                                

1513

 Buxari 4706, 4992, 7111, 7550, Tirmizi 2943.  



1514

 Tirmizi 2944, əl-Albani “Həsən Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

510 



 

ءانثأ ركذلا نم بحتسي ام

 

ةءارقلا

 

QURAN OXUYARKƏN HANSI ZİKRLƏR DEYİLİR 

 

 



 

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər : “



Səbbihismə Rabbikəl Ələ -

 (Ya 


Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər 

de! – dediyi zaman buyurdu: “



Subhənə Rabbiyəl Ələ -

 Ən Uca Rəbbim pak və 

müqəddəsdir!”

1515


.  

 

 



 

Aişə  rəvayət edir ki, bir kişi evinin (damında) üstündə namaz qılarkən: 





Əleysə  Zəlikə  Biqadirin  Alə  Ən  Yuhiyəl  Moutə  -  Elə  isə  O  Allah  ölüləri 

diriltməyə  qadir deyildirmi?!”  (Qiyamət  40).  –

 Dedi: 


Subhənəkə Fə Bələ  -

 Sən 


Pak  və  nöqsansızsan,  Bəli  (diriltməyə  qadirsən)”.  Bunu  ondan  soruşduqda 

dedi ki, Peyğəmbərdən  eşitdim”

1516

.  


 

 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən bir kimsə 



ət-Tin

  Surəsini  axıra  qədər:  “



Əleysəllahu Biəhkəmil  Həkimin  –

  oxuyarsa  qoy 

desin: 

Bələ,  Və  Ənə  Alə  Zəlikə  Minəş  Şəhidin  –

  Bəli,  qadirdi.  Mən  də  buna 

şahidlik  edirəm”.  Kim: 

Lə  Uqsimu  Biyəumil  Qiyəmə  -

  və  Qiyamət  Surəsini 

sonuna qədər oxuyarsa: 

Əleysə Zəlikə Biqadirin Alə Ən Yuhiyəl Moutə - Elə 

isə  O  Allah  ölüləri  diriltməyə  qadir  deyildirmi?!”  (Qiyamət  40).

  –  desin:  Bəli 

(diriltməyə  qadirsən)”.  Kim:  Mursələt  Surəsini  50  oxuyarsa  və  bu  ayəyə 

çatdıqda: 

Fə Biəyyi Hədisin Bəadəhu Yuminunə - (Bu kafirlər) ona da (Qurana

 

da)  inanmayandan  sonra  daha  hansı  kəlama  inanacaqlar?!

  –  desin: 

Əmənnə 

Billəhi –

 Allaha İman etdim”

1517


.  

 

                                                



1515

 Əbu Davud 883, Əhməd 2066, əl-Albani “Səhih”.  

1516

 Əbu Davud 884, əl-Albani “Səhih”. 



1517

 Əbu Davud 887, Əhməd 7391, 7385, əl-Albani “Zəif”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə