Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə176/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   172   173   174   175   176   177   178   179   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

517 



 

 

 



İbn Abbas  rəvayət edir ki, Peyğəmbərin  yanında ikən Əli İbn Əbu Talib 

  gəldi.  “Anam  atam  sənə  fəda  olsun  ey  Allahın  Rəsulu!  Bu  Quran  mənim 

köksümdən  yox olub  gedir  və  bunun  qarşısını  da  ala  bilmirəm”.  Peyğəmbər: 

“Ey Əbul Həsən! Sənə elə bir kəlimələr öyrədimmi ki, Allah bu kəlimələrlə səni 

faydalandırsın,  səndə  olan  bu  şeylərlə  də  digərlərini  faydalandırsın  və 

öyrəndiklərini  də  qəlbinə  yerləşdirsin”.  Mən:  “Bəli,  ey  Allahın  Rəsulu!  Mənə 

öyrət” dedim. Peyğəmbər: “Gümə gecəsi gecənin 3/1-də qalxmağa gücün çatarsa 

bu  saat  mələklərin  izlədiyi  bir  saatdır  və  bu  saatda  edilən  dualar  qəbul  olur. 

Qardaşım  Yaqub    öz  övladlarına: 

“(Yəqub)  dedi:  “Mən  Rəbbimdən  sizin 

bağışlanmağınızı  diləyəcəyəm.  O,  həqiqətən,  bağışlayandır,  rəhm  edəndir!” 

(Yusuf 98).

 Cümə günü deməkdir. Əgər buna gücün çatmazsa gecənin yarısında 

qalx, əgər buna da gücün çatmazsa gücənin əvvəlində qalxıb dörd rükət namaz 

qıl. Birinci rükətdə Fatihə ilə birlikdə Yəsin surəsini oxu, ikinci rükətdə Hə Mim 

– Duhan surəsini oxu. Üçüncü rükətdə Fatihə və Əlif Ləm Mim Səcdə, dördüncü 

rükətdə  isə  Fatihə  ilə  birlikdə  Təbərakə  surəsini  oxu.  Təşəhhüdü  bitirdiyin 

zaman Allaha həmd-səna et və mənə salavat gətir. Sonra bütün Peyğəmbərlərə 

də  salavat  gətir.  Sonra  bütün  mömin  kişi  və  qadınlar  üçün  bağışlanma  dilə  və 

səndən  öncə  gəlib  getmiş  imanlı  qardaşların  üçün  bağışlanma  dilə.  Sonda: 



Allahummərhəmni  Bi  Tərki  Məasi  Əbədən  Mə  Əbqaytəni  Vərhəmni  Ən 

Ətəkəlləfə  Mə  Lə  Yəanini  Vərzuqni  Husnən  Nəzari  Fimə  Yurdikə  Anni 

Allahummə Bədias Səməvəti Vəl Ardi Zəl Cələli Vəl İkram Vəl İzzətil Ləti Lə 

Turamu  Əsəlukə  Yə  Allahu  Yə  Rahmənu  Bi  Cələlikə  Və  Nuri  Vəchikə  Ən 

Tulzimə  Qalbi  Hifza  Kitəbikə  Kəmə  Alləmtəni  Vərzuqni  Ən  Ətluvəhu  Alən 

Nəhvil Ləzi Yurdıkə Anni Allahummə Bədias Səməvəti Vəl Ardi Zəl Cələli Vəl 

İkram Vəl İzzətil Ləti Lə Turamu Əsəlukə Yə Allahu Yə Rahmənu Bi Cələlikə 

Və Nuri Vəchikə Ən Tunəvvira Bi Kitəbikə Bəsari Və Ən Tutliqa Bihi Lisəni Və 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

518 



 

Ən  Tufərricə  Bihi  An  Qalbi  Və  Ən  Təşrahə  Bihi  Sadri  Və  Ən  Təğsilə  Bihi 

Bədəni Ənnəhu Lə Yuinuni Aləl Həqqi Ğayrukə Və Lə Yutiyəhu İllə Əntə Və Lə 

Həulə Və Lə Quvvətə İllə Billəhil Aliyyil Azimi  –

 Allahım! Həyatda olduğum 

müddətdə məni günahlara batırmadan mənə rəhm et! Mənə fayda verməyəcək 

şeylərdən məni uzaq et! Razı qaldığı şeylərə əyilməyi mənə nəsib et!  Göyləri və 

yerləri yaradan, Ey Cəlal və İkram sahibi olan Allahım! Ey Allahım! Ey Rahmən! 

Sənin cəlalın üçün istərim, Üzünün nuru üçün öyrətdiyin şəkildə Quranı mənə 

əzbərlətməyini  diləyirəm.  Səni  məndən  razı  edəcək  şəkildə  O  kitabı  oxumağı 

mənə  nəsib  et!  Göyləri  və  yerləri  yaradan,  Ey  Cəlal  və  İkram  sahibi  olan 

Allahım! Ey Allahım!  Ey  Rahmən!  Sənin cəlalın üçün istərim  ve Üzünün nuru 

üçün  Sənin  kitabınla  gözümü  nurlandırmağını,  dilimi  onunla  danışmağını, 

qəlbimdəki  sıxıntını  onunla  aparmağını,  könlümü  onunla  açmağını,  bədənimi 

onunla  islah  olmağını  diləyirəm.  Haqq  uğrunda  mənə  Səndən  başqası  kömək 

etməz  və  haqqı  yalnız  Sən  verirsən.  Səndən  başqa  güc  qüvvət  sahibi  yoxdur. 

Uca və Böyük olan Sənsən! Ey Əbul Həsən! Bunu üç, beş və ya yeddi cümə etsən 

Allahın  izni  ilə  duan  mütləq  qəbul  olur.  Məni  haqq  ilə  göndərən  Allaha  and 

olsun  ki,  bu  dua  mömindən  heç  bir  zaman  yan  keçməmişdir  (qəbul 

olunmuşdur)”.  İbn  Abbas    deyir  ki:  “Vallahi!  Əli    beş  və  ya  yeddi  Cümə 

keçdikdən  sonra  belə  bir  toplantıda  Peyğəmbərin    yanına  gələrək  dedi:  “Ey 

Allahın  Rəsulu!  Bundan  öncə  yalnız  dörd  ayə  əzbərliyərdim  digərləri  isə 

unudulub gedərdi. Bu gün qırx ayə qədər əzbərliyir və bunları oxuyarkən sanki 

kitab gözlərimin qarşısında kimidir. (əvvəllər) bir hədis öyrəndiyim zaman onu 

başqasına  çatdırmaq  isətikdə  unudurdum.  İndi  isə  hədis  dinləyir  və  onu 

başqalarına çatdırdığım  zaman  bir hərf  də olsun belə əskiltmədən çatdırıram”. 

Peyğəmbər:  “Ey  Əbul  Həsən!  Kəbənin  Rəbbinə  and  olsun  ki,  sən  həqiqi 

möminsən” deyə buyurdu

1538


.  

 

قبلا ةروس يف درو ام



يسرُكلا  ةيآ و ةر

 

BƏQƏRƏ SURƏSİ VƏ AYƏTUL KURSİ BARƏSİNDƏ 

NƏ GƏLİB 

 

.



                                                

1538


 Tirmizi 3570, əl-Albani “Zəif”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

519 



 

 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  (döyüşə) göndərmək üçün bir 



ordu  düzəltmişdi.  (səhabələrin)  əzbərlərində  olan  (Qurandan)  oxumalarını 

istəmişdi. Hər kəs Qurandan əzbərində olan yerlərdən oxuyacaqdı deyə yaşda 

ən kiçik olanı gəldi və ona: “Ey filankəs? Əzbərində (Qurandan) nə var?” deyə 

buyurdu.  O:  “Mənim  əzbərimdə  Qurandan 



Bəqərə

  surəsi  vardır,  dedi”. 

Peyğəmbər:  “Sənin  əzbərində 

Bəqərə

  surəsi  vardır?”.  O:  “Bəli”  dedi. 

Peyğəmbər:  “O,  halda  get  bu  dəstənin  başçısı  ol!”  dedi.  O,  dəstəyə  qatılan 

yaşlılardan  biri:  “Yə  Rəsulullah! 



Bəqərə

  surəsini  öyrənməməyimə  mane  olan  şey 

onun haqqını verməmək qorxusudur” dedi. Peyğəmbər: “Quranı öyrənin, oxuyun 

və  oxudun  (başqalarına  öyrədin).  Quranı  öyrənən,  oxuyan  və  öyrədən  kimsənin 

misalı  misk ilə dolu olan qaba  bənzər  ki, qoxusu ətrafa  yayılar.  Quran  biliyi olub 

onu (ətrafına) öyrətməyən kimsə ağzı bağlanmış misk qutusuna bənzər ki, ətrafda 

olanlar ondan istifadə etməz”

1539


.  

 

)



(

 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Evlərinizi 



qəbristanlığa  çevirməyin,  (evlərinizdə 

Bəqərə

  surəsini  oxuyun)  içində 



Bəqərə

 

surəsi oxunan evə şeytan girməz”



1540

.  


 

.

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir  şeyin 

zirvəsi vardır, Quranın zirvəsi isə 



Bəqərə

 surəsidir. Bu surədə bir ayə vardır ki, 

Quran ayələrinin seyyididir. Bu ayə 

Ayətul Kursidir

1541



.  

 





                                                



1539

 Tirmizi 2876, əl-Albani “Zəif”.  

1540

 Müslim 1860, Tirmizi 2877, əl-Albani «Səhihdə» 1521.  



1541

 Tirmizi 2878, əl-Albani “Daif Cəmi” 4725, “Səhih Və Daif Cəmius Səğir” 10196.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə