Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə181/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   177   178   179   180   181   182   183   184   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

532 



 

 يف درو ام

ةروس

 

ةعقاولا

 

VAQİƏ SURƏSİ BARƏSİNDƏ NƏ GƏLİB 

 

:



:

,

 



İbn Məsud   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Kim hər gecə 

Vaqiə

 

surəsini  oxuyarsa  əbədiyyən  kasıb  olmaz,  kim  hər  gecə  Qiyamət  surəsini 



oxuyarsa üzü 14 ay kimi (işıqlı) olaraq Rəbbi ilə Qiyamət günü görüşər“

1586


.  

 

:



:

 

Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qadılarınıza 



Vaqiə

 surəsini 

öyrədin. Həqiqətən bu surə varlandırıcıdır”

1587


.  

 

:



 

 

Peyğəmbər    buyurdu:  “Kim  Vaqiə  surəsini  oxuyar  və  onu  öyrədərsə 



Qafillərdən yazılmaz, o və ev əhli kiməsə ehtiyaclı olmaz“

1588


.  

 

و ام



 يف در

ةروس

 

 ُكْلُمْلا

 

MULK SURƏSİ BARƏSİNDƏ NƏ GƏLİB 

 

 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qurani  Kərimdə 

otuz ayədən ibarət bir surə vardır. Sahibinə (onu oxuyana) bağışlanana qədər 

şəfaətçi olacaqdır – 



Mulk

 – surəsidir”

1589

.  


 

                                                

1586

 əl-Albani “Daif Cəmi” 5773, “Səhih Və Daif Cəmius Səğir” 12546, “Zəif Və Movdu Hədislər Silsiləsi” 289, 



290.  

1587


 Deyləmi  2/278,  əl-Albani  “Daif  Cəmi”  3730,  “Səhih  Və  Daif  Cəmius  Səğir”  8169,  “Zəif  Və  Movdu 

Hədislər Silsiləsi” 3880, 5668.  

1588

 əl-Albani “Zəif Və Movdu Hədislər Silsiləsi” 291.  



1589

 İbn Məcə 3786, Tirmizi 2891, İbn Hibban 788, Əhməd 7982, 8259, 8276, Əbu Davud 1402, 1400, əl-Albani 

“Səhih”.  



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

533 



 



 

.

 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Həqiqətən, 

Allahın Kitabında otuz ayəlik (əl-Mulk) surəsi bir kişini Cəhənnəmdən çıxarıb 

Cənnətə daxil edərək şəfaət etdi”

1590

.  


 

.

.

 

 

İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbərin    səhabələrindən  biri  qəbir 



olduğunu  bilmədiyi  bir  qəbrin  üzərində  çadrını  qurmuşdu.  Bir  nə  (eşitsə) 

qəbrin  sahibi 



Mulk

  surəsini  sonuna  qədər  oxuyur”.  Peyğəmbərin    yanına 

gələrək:  “Ey  Allahın  Rəsulu!  Qəbir  olduğunu  bilmədiyim  bir  yerdə  çadrımı 

qurmuşdum.  Bir  də  (eşitdim)  ki,  bir  insan  (qəbrində) 



Mulk

  surəsini  sonuna 

qədər  oxuyur”.  Peyğəmbər:  “Bu  surə  mane  olan,  qoruyandır,  sahibini  (onu 

oxuyanı) qəbr əzabından qurtarar”

1591

.  


 

.

 



İbn Məsud   rəvayət edir ki: “Kim hər gecə 

Mulk

 surəsini oxuyarsa Allah 

bu surə ilə onu qəbr əzabından mane edər.  Peyğəmbərin  zamanında biz bu 

surəni Maneə (qoruyan) surəsi adlandırardıq. O Allahın kitabından bir surədir. 

Kim gecə ikən onu oxuyarsa artırar və gözəlləşər“

1592


.  

 



 

İbn  Məsud    rəvayət edir  ki,  Allah  Elçisi    buyurdu:  “



Təbərakə

  (


əl-Mulk

surəsi qəbr əzabından maneədir”



1593

.  


 

                                                

1590

 Həkim 3838, əl-Albani “Sahih Cəmi” 2092.  



1591

 Tirmizi 2890, əl-Albani “Bu Surə Mane Olandır Sözündən Başqa “Zəif”.  

1592

 əl-Albani “Səhih Tərğib” 1589.  



1593

 İbn Mərdəveyh, əl-Albani “Sahih Cəmi” 3643, “Silsilətul Əhədisis Sahiha” 1140.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

534 



 

 



İbn  Məsud    demişdir:  “Kişi  qəbirə  qoyulduqda  (əzab)  ona  ayaqları  tərə-

findən  yaxınlaşdırılacaq.  Ayaqları  belə  deyəcək:  “Mən  tərəfdən  sizə  yol 

yoxdur,  (çünki)  o,  mənimlə  qalxıb 

əl-Mulk

  surəsini  oxuyurdu”.  Sonra  (əzab) 

ona  sinəsi  və  ya  qarnı  tərəfdən  yaxınlaşdırılacaq.  Sinəsi  və  ya  qarnı  deyəcək: 

“Mən  tərəfdən  sizə  yol  yoxdur,  (çünki)  o,  mənimlə 



əl-Mulk

  surəsini 

oxuyurdu”.  Sonra  başı  tərəfindən  yaxınlaşdırılacaq.  Başı  deyəcək:  “Mən 

tərəfdən sizə yol yoxdur, (çünki) o, mənimlə 



əl-Mulk

 surəsini oxuyurdu”. Bu 

surə qəbir əzabından maneədir və o, Tövratda da 

əl-Mulk

 surəsidir. Kim onu 

gecə oxuyarsa, daha çox və daha xoş əməl olar”

1594


.  

 

 يف درو ام



لزلزلا روس

ة

 ,

نورفاكلا

 ,

رصنلا

 

ZƏLZƏLƏ, KƏFİRUN VƏ NƏSR SURƏSİ BARƏSİNDƏ 

NƏ GƏLİB 

 

.



 

 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim 



Zəlzələ

  surəsini 

oxuyarsa onun üçün bu surə Quranın yarısına bərabər tutular, hər kim 

Kəfirun 

surəsini oxuyarsa bu surə onun üçün Quranın 4/1 bərabər tutular, kim də 



İxlas 

surəsini oxuyarsa bu surə Quranın 3/1 bərabər tutular”

1595

.  


 

 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    səhabələrindən  bir  nəfərə  buyurdu: 



“Ey  filankəs!  Evləndinmi?”.  O:  “Vallahi  xeyr,  Yə  Rəsulullah!  Evlənmədim 

(evlənməyə  imkanım  da)  yox”  dedi.  Peyğəmbər:  “Əzbərində 



İxlas

  surəsi 

                                                

1594


 Həkim 3839, əl-Albani “Sahih Tərğib” 1475.  

1595


 Tirmizi 2893, 2894, əl-Albani “Zəlzələ surəsindən başqa Səhih”.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə