Səhih Dua Və Zikirlər Kitabı
94
Aişə rəvayət edir ki, Allah Elçisi buyurdu: “Qədərdən həzər etməyin
(çəkinməyin) heç bir faydası yoxdur. Dua enmiş və enməmiş (bəlanın qarşısını
almaqda) faydalı olur. Həqiqətən də, bəla gəlir və dua ilə qarşılaşaraq (dua)
Qiyamət gününə qədər (onun qarşısını almaq üçün) mübarizə aparar”
245
.
.
Əbu Hureyrə rəvayət edir ki, Allah Elçisi buyurdu: «Qulun Rəbbinə ən
yaxın olduğu an səcdədə olduğu andır. O halda (səcdədə ikən) çoxlu dua
edin!»
246
.
Əbu Umamədən rəvayət edilir ki: «Allah Elçisindən soruşuldu ki:
«Hansı dua qəbul olmağa daha yaxındır?» Allah Elçisi buyurdu: «Gecənin
son yarısında və fərz namazlarından sonra edilən dualar”. Əbu Zərr və İbn
Ömər rəvayət edirlər ki, Peyğəmbər buyurdu: “Gecənin son yarısı edilən
dua daha dəyərli və daha ümüd vericidir və ya buna bənzə bir ifadə işlətdi”
247
.
.
Cabir rəvayət edir ki, Allah Elçisi buyurdu: «Gecə elə bir vaxt var ki,
müsəlman bir kimsə o vaxta yetişib Allahdan dünya və axirətə aid xeyirli bir
şey istəyərsə, Allah ona istədiyini verər. Bu hər gecə belədir”
248
.
245
Tabərani “əl-Əvsat” 2519, Həkim 2813, əl-Albani “Sahihul Cəmi” 7739, “Səhih Və Daif Cəmius Səğir”
13697, “Həsən”.
246
Müslim 482, 744, 1111.
247
Tirmizi 3499, əl-Albani “Həsən”.
248
Müslim 757, 1259, 1806.
Səhih Dua Və Zikirlər Kitabı
95
Aişə rəvayət edir ki, Allah Elçisi buyurdu: “Biriniz Allahdan
istədikdə, çox istəsin, çünki o öz Rəbbindən istəyir”
249
.
.
Cabir İbn Abdullah rəvayət edir ki: «Allah Elçisi bazar ertəsi,
çərşənbə axşamı və çərşənbə günü bu Fəth məscidində dua etdi. Çərşənbə
günü iki namaz arasında etdiyi dua qəbul oldu. Sonralar başıma gələn hər bir
ağır müsibətə görə çərşənbə günü həmin vaxt iki namazın arasında Allaha dua
edərdim və duamın qəbul olduğunu görərdim»
250
.
Rifəa əl-Cuhəni rəvayət edir ki, Allah Elçisi belə buyurdu: “Həqiqətən,
Allah gecənin yarısı və ya üçdə ikisi keçənədək gözləyir. Sonra belə buyurur:
“Qullarım Məndən qeyrisinə dua etməsinlər; sübh çağınadək kim Mənə dua
edərək Məndən bir şey istəyərsə, onun duasını qəbul edib istədiyini ona
verərəm. Kim də Məndən bağışlanma diləyərsə, onu bağışlayaram!”
251
.
.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uca və Ulu
Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir va buyurur: “Kim
Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki,
Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu
bağışlayım?!“
252
.
249
İbn Hibban 886, əl-Albani “Səhih”.
250
Buxari «Ədəbul Mufrad» 704, əl-Albani “Həsən”.
251
İbn Macə 1367, 1429, əl-Albani “Səhih”.
252
Buxari 1077, 1094, 1145, 5846, 5962, 6940, 7056, 7494, Tirmizi 3498.
Səhih Dua Və Zikirlər Kitabı
96
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Əgər ümmətim
üçün çətin olmasaydı, mən onlara dəstamaz əsnasında misvakdan (istifadə
etməyi) əmr edərdim və işa namazını gecənin üçdə birinə və ya yarısına qədər
gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdə Allah dünya
səmasına enir və belə deyir: “İstəyən varmı ona verim, bağışlanma diləyən
varmı onu bağışlayım, tövbə edən varmı onun tövbəsini qəbul edim, dua edən
varmı onun duasını qəbul edim“
253
.
.
AbdurRahman İbn Yəzid rəvayət edir ki, Rabi cümə günləri Alqamənin
yanına gələrdi. Mən orada olmadıqda arxamca adam göndərərdilər. Bir dəfə
Rabi gəldi, mən isə orada yox idim. Alqamə mənimlə rastlaşdı və mənə dedi:
“Rabinin gətirdiyi xəbəri bilirsənmi? Məgər insanların nə qədər çox dua
etdiklərini, amma dualarının nə qədər az qəbul olduğunu görmürsənmi?
Çünki Allah dualardan ancaq xalis olanını qəbul edir”. Mən dedim: “Məgər
Abdullah bunu deməmişdi?”. (Alqamə) dedi: “(Abdullah) nə demişdi?” Mən
dedim: “Abdullah: “Allah nə (səsini camaata) eşitdirən adamdan, nə özünü
göstərən riyakar adamdan, nə də rişxənd edən adamdan (duanı) qəbul etməz.
O, yalnız qəlbindən gələn ixlasla dua edənin duasını qəbul edər”. Alqamə
bunu xatırlayıb: “Bəli!”- dedi
254
.
.
Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dua ibadətin
beynidir (özüdür)”
255
.
.
253
Əhməd 9589, 9591, 9220, 9841, əl-Albani “İrvalul Ğəlil” 1/197.
254
Buxari “Ədəbul Mufrad” 606, əl-Albani “Səhih”.
255
Tirmizi 3371, əl-Albani “Zəif”.
Dostları ilə paylaş: |