Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə33/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   29   30   31   32   33   34   35   36   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

94 



 



 

 

 



Aişə  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Qədərdən həzər etməyin 

(çəkinməyin) heç bir faydası yoxdur. Dua enmiş və enməmiş (bəlanın qarşısını 

almaqda)  faydalı  olur.  Həqiqətən  də,  bəla  gəlir  və  dua  ilə  qarşılaşaraq  (dua) 

Qiyamət gününə qədər (onun qarşısını almaq üçün) mübarizə aparar”

245

.  


 

  


.

 



 

Əbu Hureyrə  rəvayət edir ki, Allah Elçisi  buyurdu: «Qulun Rəbbinə ən 

yaxın  olduğu  an  səcdədə  olduğu  andır.  O  halda  (səcdədə  ikən)  çoxlu  dua 

edin!»


246

.  


 

 



 

 

Əbu  Umamədən    rəvayət  edilir  ki:  «Allah  Elçisindən    soruşuldu  ki: 



«Hansı  dua  qəbul  olmağa  daha  yaxındır?»  Allah  Elçisi    buyurdu:  «Gecənin 

son  yarısında  və  fərz  namazlarından  sonra  edilən  dualar”.  Əbu  Zərr  və  İbn 

Ömər  rəvayət edirlər ki, Peyğəmbər  buyurdu: “Gecənin son yarısı edilən 

dua daha dəyərli və daha ümüd vericidir və ya buna bənzə bir ifadə işlətdi”

247

.  


 

 

 



.

 



 

Cabir    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «Gecə  elə  bir  vaxt  var  ki, 

müsəlman bir kimsə o vaxta yetişib Allahdan dünya və axirətə aid xeyirli bir 

şey istəyərsə, Allah ona istədiyini verər. Bu hər gecə belədir”

248

.  


 



 

 

 



                                                

245


 Tabərani  “əl-Əvsat”  2519,  Həkim  2813,  əl-Albani  “Sahihul  Cəmi”  7739,  “Səhih  Və  Daif  Cəmius  Səğir” 

13697, “Həsən”.  

246

 Müslim 482, 744, 1111.  



247

 Tirmizi 3499, əl-Albani “Həsən”.  

248

 Müslim 757, 1259, 1806.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

95 



 

Aişə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Biriniz  Allahdan 

istədikdə, çox istəsin, çünki o öz Rəbbindən istəyir”

249


 

 



.

 



 

Cabir  İbn  Abdullah    rəvayət  edir  ki:  «Allah  Elçisi    bazar  ertəsi, 

çərşənbə  axşamı  və  çərşənbə  günü  bu  Fəth  məscidində  dua  etdi.  Çərşənbə 

günü iki namaz arasında etdiyi dua qəbul oldu. Sonralar başıma gələn hər bir 

ağır müsibətə görə çərşənbə günü həmin vaxt iki namazın arasında Allaha dua 

edərdim və duamın qəbul olduğunu görərdim»

250

.  


 

 



 

 

Rifəa əl-Cuhəni  rəvayət edir ki, Allah Elçisi  belə buyurdu: “Həqiqətən, 



Allah gecənin yarısı və ya üçdə ikisi keçənədək gözləyir. Sonra belə buyurur: 

“Qullarım  Məndən  qeyrisinə  dua  etməsinlər;  sübh  çağınadək  kim  Mənə  dua 

edərək  Məndən  bir  şey  istəyərsə,  onun  duasını  qəbul  edib  istədiyini  ona 

verərəm. Kim də Məndən bağışlanma diləyərsə, onu bağışlayaram!”

251

.  


 

  



.

 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  və  Ulu 

Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir va buyurur: “Kim 

Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki, 

Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu 

bağışlayım?!“

252


.  

 

 



 



                                                

249


 İbn Hibban 886, əl-Albani “Səhih”.  

250


 Buxari «Ədəbul Mufrad» 704, əl-Albani “Həsən”.  

251


 İbn Macə 1367, 1429, əl-Albani “Səhih”.  

252


 Buxari 1077, 1094, 1145, 5846, 5962, 6940, 7056, 7494, Tirmizi 3498.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

96 



 

 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Əgər  ümmətim 



üçün  çətin  olmasaydı,  mən  onlara  dəstamaz  əsnasında  misvakdan  (istifadə 

etməyi) əmr edərdim və işa namazını gecənin üçdə birinə və ya yarısına qədər 

gecikdirərdim.  Gecənin  üçdə  biri  və  ya  yarısı  keçdikdə  Allah    dünya 

səmasına  enir  və  belə  deyir:  “İstəyən  varmı  ona  verim,  bağışlanma  diləyən 

varmı onu bağışlayım, tövbə edən varmı onun tövbəsini qəbul edim, dua edən 

varmı onun duasını qəbul edim“

253

.  


 

.

 



 

AbdurRahman  İbn  Yəzid  rəvayət  edir  ki,  Rabi  cümə  günləri  Alqamənin 

yanına  gələrdi.  Mən  orada  olmadıqda  arxamca  adam  göndərərdilər.  Bir  dəfə 

Rabi gəldi, mən isə orada yox idim. Alqamə mənimlə rastlaşdı və mənə dedi: 

“Rabinin  gətirdiyi  xəbəri  bilirsənmi?  Məgər  insanların  nə  qədər  çox  dua 

etdiklərini,  amma  dualarının  nə  qədər  az  qəbul  olduğunu  görmürsənmi? 

Çünki  Allah  dualardan  ancaq  xalis  olanını  qəbul  edir”.  Mən  dedim:  “Məgər 

Abdullah  bunu  deməmişdi?”.  (Alqamə)  dedi:  “(Abdullah)  nə  demişdi?”  Mən 

dedim:  “Abdullah:  “Allah  nə  (səsini  camaata)  eşitdirən  adamdan,  nə  özünü 

göstərən riyakar adamdan, nə də rişxənd edən adamdan (duanı) qəbul etməz. 

O,  yalnız  qəlbindən  gələn  ixlasla  dua  edənin  duasını  qəbul  edər”.  Alqamə 

bunu xatırlayıb: “Bəli!”- dedi

254

.  


 

.

 



 

Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Dua  ibadətin 

beynidir (özüdür)”

255


 

 



  

.

 



 

                                                

253

 Əhməd 9589, 9591, 9220, 9841, əl-Albani “İrvalul Ğəlil” 1/197.  



254

 Buxari “Ədəbul Mufrad” 606, əl-Albani “Səhih”.  

255

 Tirmizi 3371, əl-Albani “Zəif”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə