Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə35/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   31   32   33   34   35   36   37   38   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

100 



 

onlar  Sənin  Cənnətini  görməyiblər!».  Allah:  «Əgər  onlar  Mənim  Cənnətimi 

görsəydilər  necə?».  Mələklər:  «Əgər  onlar  Sənin  Cənnətini  görsəydilər  onu 

qazanmaq  üçün  daha  həris,  daha  istəkli  və  daha  rəğbətli  olardılar!  (ora 

düşmək  üçün)».  Allah:  «Onlar  nədən  sığınmağa  çalışırdılar?».  Mələklər: 

«Cəhənnəm  atəşindən!».  Allah:  «Məgər  onlar  Mənim  Cəhənnəmimi 

görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cəhənnəmini 

görməyiblər!».  Allah:  «Əgər  onlar  Mənim  Cəhənnəmimi  görsəydilər  necə?». 

Mələklər:  «Əgər onlar  Sənin Cəhənnəmini  görsəydilər ondan  daha çox  (sənə) 

sığınar (qaçar) və daha çox qorxardılar!». Allah: «O, halda sizlər şahid olun ki, 

mən  onları  bağışladım!»  deyə  buyurdu.  Bu  an  mələklərdən  biri:  «Onların 

arasında  bir  kimsə  var  ki,  onlardan  deyildir.  Yalnız  bir  ehtiyac  (bir  iş)  üçün 

onların yanına gəlmişdir!» dedi. Allah: «Onlar elə bir kslərdir ki, onlarla oturan 

kimsə  bədbəxt  olmaz!»  deyə  buyurdu.  (Başqa  rəvayətdə:  Əbu  Hureyrə   

rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Şübhəsiz  ki,  Allahın  yer  üzündə 

dolaşan  bir  qrup  mələkləri  vardır.  Bu  mələklər  zikr  məclislərini  axtararlar. 

Nəhayət onlar Allahı zikr edən bir məclisi tapdıqda onlarla birlikdə oturar və 

bir-birlərini  qanadları  ilə  əhatəyə  alarlar.  O,  vaxta  qədər  ki,  dünya  ilə  səma 

arasını doldurarlar. Zikr əhli dağıldıqdan sonra (mələklər) səmaya yüksələrlər. 

Hər  şeydən  xəbərdar  olan  Allah  qullarının  halını  mələklərdən  daha  yaxşı 

bildiyi halda mələklərə: «Siz haradan gəlirsiniz?» deyə buyurar. Mələklər: «Biz 

yer  üzündə  Sənin  bir  qrup  qullarının  yanından  gəlirik  ki,  onlar  Səni 



Təsbih

 

edir, Səni 



Təkbir

 edir və Səndən başqa ibadətə layiq haqq ilah olmaığını 



Təhlil

 

edir,  Səni 



Təhmid

  edir  və  Səndən  istəyirlər!».  Allah:  «Onlar  Məndən  nə 

istəyirlər?».  Mələklər:  «Onlar  Səndən  Sənin  Cənnətini  istəyirlər!».  Allah: 

«Məgər onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, ey Rəbbimiz! 

Onlar  Sənin  Cənnətini  görməyiblər!».  Allah:  «Əgər  onlar  Mənim  Cənnətimi 

görsələrdi  necə  olardı?».  Mələklər:  «Onlar  Səndən  aman  istəyirlər?».  Allah: 

«Nəyə  qarşı  Məndən  aman  (sığınacaq)  istəyirlər?».  Mələklər:  «Cəhənnəm 

atəşinə  qarşı!».  Allah:  «Onlar  Mənim  atəşimi  görüblərmi?».  Mələklər:  «Xeyr, 

onlar Sənin atəşini görməyiblər». Allah: «Əgər onlar Mənim atəşimi görsələrdi 

necə olardı?». Mələklər: «Onlar Səndən məğfirət diləyirlər?». Allah: «(Siz şahid 

olun  ki)  Mən  onları  bağışladım,  istədiklərini  onlara  verdim  və  onları  aman 

(sığınacaq)  istədikləri  şeydən  qorudum!».  Mələklər:  «Ey  Rəbbimiz!  Onların 

arasında çox günahkar bir qulun da vardır. Sadəcə onların yanından keçərkən 

onlarla oturdu!». Allah: «Mən onu da bağışladım. Onlar elə bir topluluqdur ki, 

onlarla oturub-duran kimsə bədbəxt olmaz!» deyə buyurdu

267


.  

 

                                                



267

 Buxari 6408, Müslim 2689, Tirmizi 3600.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

101 



 

 

Əbu Hureyrə və Əbu Səid  rəvayət edirlər ki, Peyğəmbər  buyurdu: “Bir 



məclisdə  oturub  və  orada  Allahı  zikr  edən  hər  bir  (müsəlman)  cəmaatını 

mələklər əhatəyə alar, oları rəhmət bürüyər və üzərlərinə səkinət enər və Allah 

dərgahında olanlar yanında onları zikr edər”

268


.  

 

 



Əbu  Səid    rəvayət  edirlər  ki,  Muaviyə    bir  gün  məscidə  gəldi  və  toplu 

halında  oturan  bir  qrupa  yaxınlaşdı.  Onlara:  “Sizi  burada  oturdan  səbəb 

nədir?”  deyə  soruşdu.  Onlar:  “Allahın  verdiyi  nemətləri  xatırlayıb  onu  zikr 

etmək,  Onun  rızasını  qazanmaq  və  dinimizi  öyrənməkdir”  dedilər.  Muaviyə: 

“Allah haqqı üçün sizi burada oturdan səbəb budurmu?” dedi. Onlar: “Vallahi, 

sadəcə bu səbəbə görə burada oturmuşuq” dedilər. Muaviyə: “Diqqət edin, sizə 

qarşı  bir  töhmət  olsun  deyə  and  içməyinizi  istəmirəm.  Peyğəmbər   

səhabələrin  oturduğu  bir  toplumun  yanına  çıxaraq  buyurdu:  “Sizi  burada 

oturdan səbəb nədir?”. Onlar: “Allahı zikr edib Ona həmd etmək və bizi İslam 

üzərə  hidayət  etdiyi  üçün  və  bizə  lütfü  ilə  müamələ  etdiyi  və  bizə  hər  cür 

nemətləri  verdiyi  üçün  həmd  edib,  şükr  etmək  üçün  oturduq”  dedilər. 

Peyğəmbər:  “Allah  haqqı  üçün  sizi  burada  oturdan  səbəb  budurmu?”  deyə 

buyurdu.  Onlar:  “Bəli,  Allah  haqqı  üçün  bizi  oturdan  səbəb  yalnız  budur” 

dedilər.  Peyğəmbər:  “Diqqətli  olun,  sizə  qarşı  bir  töhmət  olsun  deyə  and 

içməyinizi  istəmirəm.  Cəbrail    mənim  yanıma  gələrək  mələklərə  qarşı 

Allahın sizinlə öyündüyünü bildirdi” deyə buyurdu

269

.  


 

 

 



                                                

268


 Müslim 2700, 7030, Əbu Davud 1455, İbn Hibban 855, Tirmizi 3378, İbn Məcə 3791, əl-Albani “Səhih”.  

269


 Müslim 2701, 7032, Nəsəi 5426, Tirmizi 3379, Əhməd 16881, 16835.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

102 



 

Ənəs    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Cənnət  baxçalarından 

ötdüyünüz  zaman  istifadə  edin”.  Səhabələr:  “Ey  Allahın  Rəsulu!  Cənnət 

baxçaları haradır?” deyə soruşdular. O: “Zikr halqaları” deyə buyurdu

270

.  



 

 

Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər hansı bir qövm yalnız 



Allahın  (rizasını)  qəsd  edərək  bir  yerə  toplanaraq  Allahı  zikr  edərlərsə,  bir 

carçı  səmadan  səsləyərək  deyər:  “Bağışlanmış  halda  qalxın,  artıq  sizin 

günahlarınız həsənətlərlə əvəz edildi”

271


.  

 

.



 

Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  Peyğəmbər    soruşdum:  “Yə 

Rəsulullah!  Zikr  məclislərinin  qəniməti  nədir?”.  Peyğəmbər:  “Zikr  məclisləri-

nin qəniməti Cənnətdir” dedi

272

.  


 

.

 



Amr  İbn  Abəsə    rəvayət  edir  ki,  Peyğəmbərin    Rəhmanın  sağ  (əli) 

haqqında  (buyurduğunu)  eşitdim:  Onun  iki  əlidə  sağdır.  (O)  kişilər  nə 

Peyğəmbərdilər, nə də şəhidlər, onların ağ üzləri (onlara) baxanları örtəcəkdir 

(heyran  edəcəkdir).  Onlar  Allaha  yaxın  olduqları  üçün  Peyğəmbərlər  və 

Şəhidlər  onlara  qibtə  (Burda  qibtə  tərifə  layiq,  yəni  bəyənilən  qibtədir) 

edəcəkdir”. Onlar: “Ey Allahın Elçisi! Onlar kimlərdir?” dedilər. (Peyğəmbər): 

Onlar müxtəlif qəbilələrdən olan cəmaatdır, Allahı zikr etmək üçün toplaşırlar 

və  sözlərin,  kəlamların  ən  əfzəlini,  gözəlini  danışırlar,  necə  ki  xurma  yeyən 

                                                

270


 Tirmizi 3510, əl-Albani “Həsən”.  

271


 əl-Albani “Səhih Tərğib” 1504, 1506.  

272


 əl-Albani “Səhih Tərğib” 1507.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə