Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə36/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   32   33   34   35   36   37   38   39   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

103 



 

xurmanın ən gözəlini yeyir  (və ya  xurma  seçən xurmanın ən gözəlini seçdiyi 

kimi onlarda kəlamların ən gözəlini seçirlər)“

273


.  

 

ف



ركذلا لض  

ZİKR ETMƏYİN FƏZİLƏTİ 

 

.



 

əl-Həris  əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  Yəhyə 

İbn  Zəkəriyyəyə    beş  kəlməni,  bunlarla  əməl  etməsini  və  onlara  əməl 

etmələrini  Bəni  İsrailə  söyləməsini  əmr  etdi.  Lakin  Yəhyə  bu  sözü  söyləməyi 

unutdu (gecikdi). İsa  ona dedi: “Allah sənə beş kəlimə öyrədib onlarla əməl 

etməyini  və  Bəni  İsrailə  də  onlarla  əməl  etmələrini  əmr  etməyini  söylədi.  Ya 

sən  bunları  onlara  əmr  edəcəksən,  ya  da  mən  bunu  onlara  söyləyəcəyəm”. 

Yəhyə:  “(Ey  mənim  qardaşım!)  Onlara  (məndən  öncə)  sən  əmr  etsən  yerə 

batırılmağımdan  və  ya  əzab  edilməyimdən  qorxuram  –  deyib  xalqı  Beytul-

Məqdisə  topladı.  Məscid  ağzına  kimi  doldu.  (Allaha  həmd  etdikdən  sonra) 

Allah  mənə  beş  kəlimə  öyrətdi  və  onlarla  əməl  etməyimi  və  sizə  də  əməl 

etməyinizi  mənə  əmr  etdi. 



Birincisi  –

  Allaha ibadət  edin  və  Ona  heç  bir şeyi 

şərik  qoşmayın.  Allaha  şərik  qoşanın  misalı:  Bir  nəfər  öz  malından  (ən  yaxşı 

malından)  qızıl  və  ya  gümüş  müqabilində  bir  kölə  alır  və  ona:  “Bu  mənim 

evim,  bu  da işim. Çalış  (qazandığını)  mənə ödə! Kölə çalışar, lakin  qazancını 

ağasından  başqasına  ödəyir.  Kölənin  belə  etməsinə  kim  razı  olar? 



İkincisi  –

 

Eyni  şəkildə  Allah  sizə  namazı  da  əmr  etdi.  Namaz  qılarkən  sağa-sola 



baxmayın.  Çünki  Allah  Üzünü  namaz  qılanın  üzünə  yönəldər.  O,  sağa-sola 

                                                

273

 əl-Albani “Səhih Tərğib” 1508.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

104 



 

baxmadıqca, Allah da ona baxmağa (davam edər). 



Üçüncüsü –

 Allah sizə oruc 

tutmağı  əmr  etdi.  Bunun  misalı  bu  insanın  misalına  bənzəyər:  O,  bir  qrup 

cəmaatın  içərisindədir.  Onunla  bərabər  (çantasında)  misk  vardır.  Hər  kəs 

(camaatda  olan)  onun  miskinin  iyindən  xoşlanar.  Oruclunun  (ağzından  hasil 

olan)  qoxu  Allah  qatında  miskin  iyindən  də xoşdur. 



Dördüncüsü  –

  Allah  sizə 

sədəqə  verməyi  əmr  etdi.  Bunun  misalı  da  bu  adamın  misalına  bənzəyir: 

Düşmənləri  onu  əsir  edib  əllərini  də  boynuna  bağlamış,  boynunu  vurmaq 

üçün cəllada təslim etmişlər. Adam deyir: “Mən bütün malımı verərək özümü 

azad etmək istəyirəm” və özünü fidyə olaraq azad edir. 



Beşincisi  –

 Allah sizi 

Onu zikr etmənizi də əmr etdi. Bunun da misalı arxasınca düşməni düşən bir 

kimsənin misalıdır. Bu adam möhkəm bir qalanın içərisinə girərək düşməndən 

özünü qoruyur. Qul da belədir. Şeytana qarşı özünü yalnız Allahı zikr etmək 

vasitəsilə  qoruya  bilər”.  Peyğəmbər    buyurdu:  “Mən  də  sizə  beş  şeyi  əmr 

edirəm. Allah onları mənə də əmr etdi. Camaat (olmaq), dinləmək, itaət etmək, 

cihad  və  hicrət.  Çünki,  kim  camaatdan  bir  qarış  ayrılarsa,  İslamın 

boyunbağısını  çıxararaq  atmışdır.  Camaata  yenidən  qayıdarsa  o  başqa.  Kim 

cahiliyyə  döyüşü  apararsa  (cahiliyyə  sistemlərini  müdafiə  edərsə) 

Cəhənnəmlikdir. Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu! O, kimsə namaz qılıb, 

oruc tutsa da?” Peyğəmbər   buyurdu: “Bəli, namaz qılıb, oruc tutsa da belə. 

Siz müsəlman olaraq Allahın çağırışını (öndə) tutun. Çünki, O, sizə müsəlman, 

mömin və Allahın qulları adını vermişdir”

274

.  


 

 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər   buyurdu:  “Sübh  namazından  sonra 



günəş doğub (bir mizraq boyu çıxıncaya qədər) Allahı zikr edən bir topluluqla 

oturmağım mənə İsmail övladlarından dörd nəfəri köləlikdən azad etməkdən 

daha  sevimlidir.  Əsr  namazından  sonra  günəş  batana  qədər  Allahı  zikr  edən 

bir cəmaatla bərabər oturmağım mənə dörd insanı köləlikdən azad etməkdən 

daha sevimlidir”

275


.  

 

.



 

                                                

274

 Tirmizi 2863, 3102, Əhməd 16042, əl-Albani “Səhih Tərğib” 1498.  



275

 Əbu Davud 3667, 3669, əl-Albani “Həsən”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

105 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Dunya 

lənətlənmişdir  və  içində  olan  hər  bir  şeydə  lənətlənmişdir.  Allahı  zikr  etmək 

və ona aparan şeylər, Alim (elm öyrədən) və öyrənəndən başqa”

276

.  


 

.

 



 

Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbərdən  :  “Qiyamət  günü 

Allah  dərgahında  insanların  dərəcə  baxımından  hansı  üstündür?”  deyə 

soruşdular.  Peyğəmbər:  “Allahı  hər  an  zikr  edən  kişi  və  qadınlar”  deyə 

buyurdu.  Ondan:  “Ey  Allahın  Rəsulu!  Allah  yolunda  döyüşəndən  də?”. 

Peyğəmbər: “Qılıncı qırılana qədər və hər tərəfi qana bulaşana qədər kafir və 

müşrikləri  vursa  belə  Allahı  hər  an  zikr  edən  kişi  və  qadınlar  dərəcə 

baxımından üstündür”

277

.  


 

.

 



 

Abdullah İbn Amr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər bir şeyin 

təmizliyi  (saf  edəni)  vardır,  qəlbin  də  təmizliyi  Allahı  zikr  etməkdir.  Allahı 

zikr  etmək  kimi,  Allahın  əzabından  qorunmaq  (nicat  tapmaq)  üçün  daha 

(güclü  bir  şey)  yoxdur”.  Dedilər:  “Allah  yolunda  cihad  etməkdəndə?”.  O: 

“Hətta qılıncı ilə vurulub kəsilsə belə“

278

.  


 

.

Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allahı  zikr  etməkdən 



başqa Adəm övladını Allahın əzabından qurtaracaq bir əməli yoxdur”. Ondan: 

“Hətta  Allah  yolunda  döyüşəndən  də?”  deyə  soruşdular.  Peyğəmbər:  “Allah 

yolunda döyüşməkdəndə, istisnadır qılınc ilə vurulub öldürüləndən başqa”

279


.  

 

                                                



276

 Tirmizi 2322, əl-Albani “Səhih Cəmi” 3414.  

277

 Tirmizi 3376, əl-Albani “Zəif”.  



278

 əl-Albani “Səhih Tərğib” 1495.  

279

 əl-Albani “Səhih Tərğib” 1497.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə