Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə43/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   39   40   41   42   43   44   45   46   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

125 



 

 

"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. 



Bizim  qəlbimizdə  iman  gətirənlərə  qarşı  nifrət  və  həsədə  yer  vermə.  Ey 

Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).  

 

 



"Ey  Rəbbimiz!  Nurumuzu bizim  üçün  tamamla və  bizi  bağışla.  Həqiqətən, 

Sən hər şeyə qadirsən!". (ət-Təhrim 8).  

 

 



"Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və 

bizi Od əzabından qoru!". (Ali İmran 16).  

 

 



"Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!”. (əl-Maidə 

83). 

 

 



"Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə 

tapınmaqdan uzaqlaşdır”. (İbrahim 35).  

 

 



"Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!". (əl-Qəsəs 24).  

 

 



"Ey  Rəbbim!  Fitnə-fəsad  törədən  qövmün  əleyhinə  mənə  kömək  et!".  (əl-

Ənkəbut 30).  

 

 



"Ey Rəbbimiz, bizi zalımlara tay tutma!". (əl-Əraf 47).  

 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

126 



 

 

"Mənə  Allah  yetər.  Ondan  başqa  ibadətə  layiq  olan  məbud  yoxdur.  Mən 



Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!". (ət-Tövbə 129).  

 

 



"Ey  Rəbbim!  Məni  zalım  adamların  əlindən  qurtar!".  O,  Mədyən  tərəfə 

yollanıb: "Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”. (əl-Qəsəs 21-22).  

 

 



“Allah  istədiyi  kəsə  hikmət  bəxş  edir.  Kimə  hikmət  verilmişsə,  ona  çoxlu 

xeyir nəsib edilmişdir”. (əl-Bəqərə 269).  

 

ةيعدلأا



 

راكذلأا و

 

ةيمويلا

 

GÜNDƏLİK (VAXT TƏYİN EDİLMƏDƏN) EDİLƏN DUA 

VƏ ZİKRLƏR 

 

  



 

 



Sad  rəvayət edir ki: «Allah Elçisi   belə buyurdu: «Zin-Nun (Yunus  ) 

balığın  qarnında  olarkən  belə  dua  etmişdir:  “



Lə  İləhə  İllə  Əntə,  Subhənəkə, 

İnni Kuntu Minəz Zalimin - 

Səndən başqa ibadətə layiq haqq məbud  yoxdur, 

Sən  pak,  müqəddəssən!  Mən  isə,  həqiqətən,  zalımlardan  olmuşam!”. 

Peyğəmbər  davam edib dedi: «Bu duanı edən elə bir müsəlman kimsə olmaz 

ki, Allah onun duasını qəbul edib, cavab verməsin»

335


.  

 

.



 

 

Muaz  İbn  Rifəi  atasından  rəvayət  edir  ki,  Əbu  Bəkr  əs-Sıddıq    minbər 



üzərində  ayağa  qalxaraq  ağladı  və:  “Peyğəmbər    bir  il  bundan  öncə  bu 

minbər  üzərində  ayağa  qalxaraq  ağlamış  və  buyurmuşdu:  “Allahdan  əff  və 

                                                

335


 Tirmizi 3505, 3845, əl-Albani “Səhih”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

127 



 

afiyət  diləyin.  Çünki  heç  kimsəyə  (imanda)  yəqinlikdən  sonra  afiyətdən 

(salamatlıq) daha xeyirli bir şey verilməmişdir”

336


.  

 

 



 

 



Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «

Yə Zəl Cələli Vəl İkram!

» - 


Ey əzəmət və ehtiram sahibi! - duasını tez-tez təkrar edin»

337


.  

 

 





 

 

Şəhr  İbn  Həuşəb  deyir  ki:  «Ummu  Sələmədən    soruşdum:  «Ey 



möminlərin  anası!  Allah  Elçisi    sənin  yanında  olduqda  ən  çox  hansı  duanı 

edərdi?».  O  dedi:  «Onun  ən  çox  etdiyi  dua:  «



Yə  Muqallibəl  Qulub,  Səbbit 

Qalbi Alə Diynik -

 Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et!  - Mən 

ondan:  «Ey  Allahın  Elçisi!  Nəyə  görə  ən  çox  bu  duanı  edirsən?»  -  deyə 

soruşdum. O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun 

qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz 

saxlayır, istədiyini də döndərir». Sonra o, bu ayəni  oxudu: 



«Ey Rəbbimiz! Bizi 

hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!» (Ali-İmran 8)

338

.

  

 

 



 

 



Abbas  İbn  AbdulMuttalib    rəvayət  edərək  deyir:  «(Bir  gün)  mən:  «Ey 

Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu Allahdan  istəyim!?» - dedim. Allah 

Elçisi    belə  buyurdu:  «Allahdan  salamatlıq  dilə».  Bir  neçə  gün  keçdikdən 

sonra  yenə  gəlib  soruşdum:  «Ey  Allahın  Elçisi!  Mənə  bir  şey  öyrət  ki,  onu 

Allahdan istəyim!?» Bundan sonra Allah Elçisi   mənə belə dedi: «Ey Abbas! 

Ey  Allah  Elçisinin  əmisi! 



Allahummə  İnni  Əs'əlukəl  Afiyətə  Fid  Dunyə  Vəl 

                                                

336

 Tirmizi 3558, əl-Albani “Həsən Səhih”.  



337

 Tirmizi 3525, 3868, əl-Albani “Səhih”.  

338

 Tirmizi  2140,  3522,  3864,  3587,  İbn  Hibban  943,  Buxari  “Ədəbul  Mufrad”  683,  İbn  Məcə  3834,  Əhməd 



26562, 26721, əl-Albani “Səhih”.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə