Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə41/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   37   38   39   40   41   42   43   44   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

118 



 

 

 



.

 



 

İbn  Abbas    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Allah    buyurdu: 

“Kim  Mənim  günahları  bağışlamağa  qadir  olduğumu  bilsə,  Mən  onu 

bağışlayaram.  Bu  Mənim  üçün  heç  nədir.  Nə  qədər  ki,  o  Mənə  heç  bir  şeyi 

şərik qoşmur”

328


.  

 



  

.

 



 

Əbu Səid  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İsrail oğullarından biri 

doxsan  doqquz  adam  öldürmüşdü.  Bundan  sonra  o,  bir  rahibin  yanına  gəlib 

(günahını etiraf etdi) və ondan: “Tövbə (etsəm, qəbul) olarmı?”- deyə soruşdu. 

Rahib:  “Xeyr!”-  dedikdə  bu  adam  onu  da  öldürdü.  Sonra  o,  (sualına  cavab 

tapmaq  üçün)  soruşmağına  davam  etdi.  (Axırda  elmli)  bir  adam  ona:  “Get 

filan  kəndə!”-  dedi.  Yolda  ölüm  onu  haqladı  və  o,  ölərkən  sinəsini  həmin 

kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz 

aralarında  çəkişməyə  başladılar.  Allah  yerin  bu  tərəfinə:  “Yaxınlaş!”,  o 

tərəfinə


329

 isə:  “Uzaqlaş”-  deyə  vəyh  etdi.  Sonra  da  (mələklərə):  “Bunların

330

 

arasındakı  məsafəni  ölçün!”-  deyə  buyurdu.  (Məsafə  ölçüldükdən  sonra)  bu 



adamın  o  kəndə  bir  qarış  daha  yaxın  olduğu  bəlli  oldu  və  Allah  onu 

bağışladı”

331

.  


 

)

 (



 

 

Əbu  Hureyrə



 

  rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mömin  günah 

(Qul xəta) etdiyi zaman qəlbinə qara nöqtə düşər. Tövbə edib istiğfar diləyərsə 

                                                

328

 Tabərani “Mucəmul Kəbir” 11615, Həkim 7676, əl-Albani “Sahihul Cəmius Sağir” 4330.  



329

 Hədisdə  “Bu  tərəf”  deyildikdə  onun  getdiyi  kənd,  əməlisaleh  insanların  yaşadığı  yer.  “O  tərəf” 

deyildikdə isə yaşadığı və günah işlətdiyi yer nəzərdə tutulur. 

330


 Burada  onun  əməlisaleh  insanların  yaşadığı  kənddən  və  günah  işlətdiyi  diyarından  hansı  birinə  daha 

yaxın olduğunu ölçmək qəsd edilir. 

331

 Buxari 60, 3211, 3283, 3470.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

119 



 

qəlbi (günahdan) təmizlənər. Əgər (günahına qayıdarsa) artırarsa (qara nöqtə) 

artar  hətta qəlbi onunla  kilitlənər.  Bu  da  Allahın kitabında  zikr  etdiyi: 

“Xeyr! 

Onların qəlbini qazandıqları günahlar bürümüşdür”. (əl-Mutaffifin 14)

332

.

 

 

 



.

 

Muaz İbn Cəbəl  rəvayət edir ki, mən: “Yə Rəsulullah! Mənə Vəsiyyət et!” 



dedim.  O:  “Sənə  Allahdan  bacardığın  qədər  qorxmağı  nəsiət  edirəm.  Hər  bir 

ağacın və daşın yanında Allahı zikr et! Bir pis iş etdikdə dərhal tövbə et ki, onu 

silsin. Gizlini gizlin, aşkarı da aşkarda et”

333


.  

 

.



 

AbdurRahman  İbn  Cubeyr,  o  da  Əbu  Tufeyldən  rəvayət  edir  ki, 

Peyğəmbərin    yanına  ixtiyar  yaşına  çatmış  bir  kişi  gəlir  (Başqa  rəvayətdə: 

Qaşları  gözünün  üstünü örtmüş, əsasına söykənərək  Peyğəmbərin    yanında 

dayanaraq)  deyir:  «Sən  yer  üzündə  belə  bir  insan  görmüsənmi  ki,  böyüklü, 

kiçikli  heç  bir  günahdan  yan  keçməyərək  onları  edib  (Başqa  rəvayətdə:  Əgər 

onun günahlarını yer əhli arasında paylasaydılar hamını həlak edərdi). Mənim 

üçün  tövbə  varmı?».  Peyğəmbər:  «Sən  İslamı  qəbul  etmisənmi?»  deyə 

buyurdu.  O:  «O  ki  qaldı  mənə  –  Şəhadət  edirəm  ki,  Allahdan  başqa  ibadətə 

layiq  heç  bir ilah  yoxdur  və sən Allahın Rəsulusan»  dedi. Peyğəmbər:  «Yaxşı 

işlər gör və pis işləri də tərk et, Allah da sənin bütün əməllərini xeyirli edər» 

deyə  buyurdu.  O:  «Oldu! 



Allahu  Əkbər

!  –  deyərək  gözdən  itənə  qədər 

getdi»

334


.  

 

الله باتكلا نم ءاعدلا



 

ALLAHIN KİTABINDAN (QURANİ KƏRİMDƏN) 

ALINMIŞ MÜSTƏCƏB DUALAR 

 

                                                



332

 İbn Məcə 4244, Tirmizi 3334, İbn Hibban 930, 2787, əl-Albani “Səhih Tərğib” 1620, 3141.  

333

 əl-Albani “Səhih Tərğib” 3144.  



334

 Təbərani, əl-Bəzzar «Məcmə Zəvaid» 1/36, İbn Həcər «əl-İsabə» 4/149, əl-Albani “Səhih Tərğib” 3164.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

120 



 

 

 

Hər ikisi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan 



və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq"– dedilər. (əl-Əraf 

23). 

 

 

 

O  dedi:  "Ey  Rəbbim!  Bilmədiyim  bir  şeyi  Səndən  istəməkdən  Sənə 

sığınıram.  Əgər  məni  bağışlamasan,  mənə  rəhm  etməsən,  ziyana 

uğrayanlardan olaram". (Hud 47).  

 

 



“Ey  Rəbbim!  Məni,  valideynlərimi,  evimə  mömin  kimi  daxil  olanları  və 

bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır". 

(Nuh 28).  

 

 



“O  zaman  İbrahim  və  İsmail  evin  (Kəbənin)  bünövrəsini  qaldırarkən  belə 

dua  etdilər:  "Ey  Rəbbimiz!  Bunu  bizdən  qəbul  et!  Həqiqətən,  Sən  Eşidənsən, 

Bilənsən!  Ey  Rəbbimiz!  İkimizi  də  Sənə  təslim  olacaq,  nəslimizdən  də  Sənə 

təslim  olan  bir  ümmət  et.  Bizə  ibadət  qaydalarını  göstər  və  bizim 

tövbələrimizi  qəbul  et!  Həqiqətən,  Sən  tövbələri  qəbul  edənsən,  Rəhmlisən!”. 

(əl-Bəqərə 127-128).  

 

 



Ey  Rəbbim!  Məni də,  nəslimdən  olanları  da  namaz qılan  et!  Ey  Rəbbimiz! 

Duamı  qəbul  elə!  Ey  Rəbbimiz!  Haqq-hesab  günü  məni,  valideynlərimi  və 

möminləri bağışla!". (İbrahim 40-41).  

 

 



 

 

Ey  Rəbbim!  Mənə  hikmət  ver  və  məni  əməlisalehlərə  qovuşdur!  Sonra 



gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim 

bağının varislərindən et!”. (əş-Şuəra 83-85).  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə