Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə42/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   38   39   40   41   42   43   44   45   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

121 



 

 

 



Onların dirildiləcəyi gün məni rüsvay etmə!”. (əş-Şuəra 87).  

 

 



"Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!". (əs-Saffət 100).  

 

 



“Ey  Rəbbimiz!  Biz  yalnız  Sənə  təvəkkül  edir  və  yalnız  Sənə  üz  tuturuq. 

Dönüş də yalnız Sənədir”. (əl-Mumtəhinə 4).  

 

 



“Ey  Rəbbimiz!  Bizi  kafirlər  üçün  sınaq  etmə.  Ey  Rəbbimiz,  bizi  bağışla. 

Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!". (əl-Mumtəhinə 5).  

 

 



“Ey  Rəbbim!  Mənə  həm  mənim  özümə,  həm  də  valideynlərimə  əta  etdiyin 

nemətə  şükür  etmək  üçün, Sənin razı qalacağın yaxşı  əməl  etmək  üçün  ilham 

ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!". (ən-Nəml 19).  

 

 



"Ey  Rəbbim!  Öz  tərəfindən  mənə  pak  bir  nəsil  bəxş  et!  Şübhəsiz  ki,  Sən 

duaları Eşidənsən". (Ali İmran 38).  

 

 



"Səndən  başqa  ibadətə  layiq  olan  heç  bir  məbud  yoxdur!  Sən  paksan, 

müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!". (əl-Ənbiya 87).  

 

 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

122 



 

"Ey  Rəbbim!  Məni  tənha  buraxma.  Sən  varislərin  ən  yaxşısısan!".  (əl-

Ənbiya 89).  

 

 



Musa  dedi:  "Ey  Rəbbim!  Köksümü  açıb  genişlət!  İşimi  yüngülləşdir! 

Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!”. (Ta ha 25-28).  

 

 



"Ey  Rəbbim!  Mən  özüm-özümə  zülm  etdim.  Məni  bağışla!"  O  da  onu 

bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. (əl-Qəsəs 16).  

 

 



Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin 

ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!". (Ali İmran 53).  

 

 



"Ey  Rəbbimiz!  Günahlarımızı  və  əməllərimizdə  həddi  aşmağımızı  bizə 

bağışla;  qədəmlərimizi  sabit  et  və  kafir  qövmə  qələbə  çalmaqda  bizə  yardım 

et!". (Ali İmran 147).  

 

.

 

Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində 

sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar". (Yunus 

85-86).  

 

 



"Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol 

göstər!". (əl-Kəhf 10).  

 

 



"Ey Rəbbim! Elmimi artır!". (Ta ha 114).  

 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

123 



 

 

De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə 



axınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!". (əl-Muminun 97-98).  

 

 



De: "Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!". (əl-

Muminun 118).  

 

 



"Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və 

bizi Od əzabından qoru!". (əl-Bəqərə 201).  

 

 



Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman 

gətirdilər.  Hamısı  Allaha,  Onun  mələklərinə,  kitablarına  və  elçilərinə  iman 

gətirdilər.  Onlar  dedilər:  "Biz  Onun  elçiləri  arasında  fərq  qoymuruq!"  Onlar 

dedilər:  "Eşitdik  və  itaət  etdik!  Ey  Rəbbimiz!  Səndən  bağışlanma  diləyirik, 

dönüş  də  yalnız  Sənədir!".  Allah  hər  kəsi  yalnız  onun  qüvvəsi  çatdığı  qədər 

mükəlləf  edər. Hər kəsin  qazandığı  xeyir  yalnız onun  özünə, qazandığı  şər də 

yalnız  öz  əleyhinədir.  "Ey  Rəbbimiz,  unutsaq  və  ya  xəta  etsək  bizi 

cəzalandırma!  Ey  Rəbbimiz,  bizdən  əvvəlkilərə  yüklədiyin  kimi,  bizə  də  ağır 

yük  yükləmə!  Ey  Rəbbimiz,  gücümüz  çatmayan  şeyi  daşımağa  bizi  vadar 

etmə!  Bizi  əfv  et,  bizi  bağışla və  bizə  rəhm  et!  Sən  bizim  Himayədarımızsan! 

Kafirləri məğlub etməkdə bizə yardım et!". (əl-Bəqərə 285-286).  

 

 



Ey  Rəbbimiz!  Bizi  hidayət yoluna  yönəltdikdən sonra  qəlbimizi  sapdırma 

və  bizə  Öz  tərəfindən  mərhəmət  bəxş  et.  Həqiqətən,  Sən  Bəxşedənsən”.  (Ali 

İmran 8).  

 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

124 



 

 

"Ey  Rəbbimiz!  Sən  bunları  əbəs  yerə  xəlq  etməmisən.  Sən  pak  və 



müqəddəssən. Bizi Odun əzabından qoru!. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi 

rüsvay  edərsən.  Zalımların  köməkçiləri  olmaz.  Ey  Rəbbimiz!  Həqiqətən,  biz: 

"Rəbbinizə  iman  gətirin!"– deyə  imana  çağıran  bir  kimsənin  çağırışını  eşidib 

iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç 

və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə 

bizə  vəd  etdiklərini  ver  və  Qiyamət  günü  bizi  rüsvay  etmə!  Şübhəsiz  ki,  Sən 

vədindən dönməzsən!". (Ali İmran 191-194).  

 

 



"Ey  Rəbbimiz!  Biz  iman  gətirdik.  Bizi  bağışla,  bizə  rəhm  et!  Sən  rəhm 

edənlərin ən yaxşısısan!". (əl-Muminun 109).  

 

 



Ey  Rəbbimiz!  Cəhənnəm  əzabını  bizdən  uzaq  elə.  Doğrusu,  onun  əzabı 

həmişəlikdir.  Həqiqətən,  o,  nə  pis  məskən,  necə  də  pis  iqamətgahdır!".  (əl-

Furqan 65-66).  

 

 



"Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et 

və bizi müttəqilərə imam et!". (əl-Furqan 74).  

 

 



“Ey  Rəbbim!  Mənə,  mənim  özümə  və  valideynlərimə  bəxş  etdiyin  nemətə 

şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi 

də  mənim  üçün  əməlisaleh  et.  Mən  Sənə  tövbə  etdim.  Həqiqətən,  mən 

müsəlmanlardanam!". (əl-Əhqaf 15).  

 



Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə