Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə50/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   46   47   48   49   50   51   52   53   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

146 



 

İnni Əuzu Bikə Min Şərri Mə Amiltu Va Min Şərri Mə Ləm Əaməl –

 Allahım! 

Etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram”

398


.  

 

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “

Allahummə  İnni 

Əuzu Bikə Minəl Fəqri Vəl Qilləti Vəzzilləti Və Əuzu Bikə Min Ən Əzlimə Əu 

Uzləmə  - 

Allahım!  Fəqirlikdən,  (əməldə)  azlıqdan,  zillətdən  Sənə  sığınıram, 

Zülm etməkdən və zülmə məruz qalmaqdan Sənə sığınıram”

399


.  

 

 



Cabir   rəvayət edir ki,  Peyğəmbər   buyurdu: “

Allahummə  İnni Əsəlukə 

İlmən Nəfian Və Əuzu Bikə Min İlmin Lə Yənfəu - 

Allahım! Səndən faydalı elm 

diləyirəm, faydasız elimdən isə Sənə sığınıram”

400


.  

 

.



 

 

Əbu Uməmə  rəvayət edir ki, Peyğəmbər  uzun bir dua etdi ki, ondan bir 



şey əzbərləyəmədirk.  Biz:  “Ey  Allahın  Rəsulu! Çoxlu  dua  etdin,  lakin  bir  şey 

əzbərləyə  bilmədik”  dedik.  O:  “Onların  hamısını  özündə  cəm  edən  dua 

öyrədimmi? Belə dua edin: “

Allahummə İnni Nəsəlukə Min Xayri Mə Sə-ələkə 

Nəbiyyukə  Muhəmmədun  Və  Nəuzu  Bikə  Min  Şərri  Mə  İstiazə  Bikə  Minhu 

Nəbiyyukə Muhəmmədun Və Əntəl Mustəan Və Aleykəl Bələğ Və Lə Həulə Və 

Lə Quvvətə İllə Billəh - 

Allahım! Peyğəmbər Muhəmmədin  Səndən dilədiyi 

hər bir xeyiri diləyirik və Peyğəmbərin Muhəmmədin   Sənə sığındığı hər bir 

şərdən  Sənə  sığınırıq.  Sən  kömək  edənsən,  O,  (gün  hökm)  Sənindir,  Səndən 

başqa güc və qüvvət sahibi yoxdur”

401


.  

 

                                                



398

 Müslim  2716,7070,  7071,  İbn  Məcə  3839,  Əbu  Davud  1552,  1550,  İbn  Hibban  1031,  1032,  Əhməd  24684, 

24728. 

399


 İbn Məcə 3842, Əbu Davud 1544, 1546, Nəsəi 5461, 5464, Əhməd 8053, 8039, əl-Albani “Səhih”.  

400


 İbn Məcə 3843, İbn Hibban 82, əl-Albani “Həsən”.  

401


 Tirmizi 3521, əl-Albani “Zəif”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

147 



 

 

Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    mənə  bu  duanı  öyrətdi: 





Allahumməcəal  Sərirati  Xayran  Min  Aləniyəti  Vəcal  Aləniyəti  Salihətən,

 

Allahummə  İnni  Əsəlukə  Min  Salihi  Mə  Tutin  Nəsə  Minəl  Məli  Vəl  Əhli  Vəl 



Vələdi  Ğayrid  Dalli  Və  Lə  Mudıll  - 

Allahım!  Daxilimi  zahirimdən  xeyirli  et, 

zahirimi  isə  saleh  et.  Allahım!  Mal,  ailə  və  övlad  tərəfdən  insanlara  bəxş 

etdiyin  (ən  xeyirlisini)  saleh  olanı,  zəlalətə  düşən  və  düşdürən  olmayanı 

Səndən diləyirəm”

402


.  

 

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “

Allahummə Əslih 

Li Diniyə Əlləzi Huvə Ismətu Əmri Və  Əslih Li Dunyəyəl Ləti Fihə Məaşi Və 

Əslih  Li  Əxiratil  Ləti  Məadi  Vəcəalil  Həyətə  Ziyədətən  Li  Fi  Kulli  Xayrin 

Vəcəalil  Məutə  Rahətən  Li  Min  Kulli  Şərri  - 

Allahım!  İşlərimin  isməti  olan 

dinimi  mənim  üçün  islah  et,  Yaşayışım  olan  dünyamı  mənim  üçün  islah  et, 

Qayıdış yerim olan Axirətimi mənim üçün islah et! Həyatı mənim üçün hər bir 

xeyirə ziyadə et! Ölümü mənim üçün bütün şərlərdən rahat et!”

403


.  

 

 



Əli  rəvayət edir ki, Peyğəmbər  mənə buyurdu: “De: 

Allahummə İhdini 

Və  Səddidni  –

  Allahım!  Məni  doğru  yola  hidayət  et  və  məni  (hər  bir  şeydə) 

doğruya yönəlt”

404


.  

 

 



                                                

402


 Tirmizi 3586, əl-Albani “Zəif”.  

403


 Müslim 7078, 2720, Buxari “Ədəbul Mufrad” 668, əl-Albani “Səhih”.  

404


 Müslim 7086, 2725, Əbu Davud 4227, 4225.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

148 



 

Digər bir rəvayətdə: Peyğəmbər  buyurdu: “De: 



Allahummə İnni Əsəlukəl 

Hudə Vəs Sədədə -

 Allahım! Səndən hidayət və düzgünlük istəyirəm”

405


.  

 

)



(

 

Əbu  Musa  əl-Əşari    atasından  rəvayət  edir  ki,  Peyğəmbər    bu  duaları 



edərdi:  “

Allahumməğfirli  Xətiəti  Və  Cəhli  Və  İsrafi  Fi  Əmri  (Kullihi)  Və  Mə 

Əntə Əaləmu Bihi Minni, Allahumməğfirli Ciddi, Və Həzli Və Xətai Və Əmdi 

Və  Kullu  Zəlikə  İndi,  Allahumməğfirli  Mə  Qaddəmtu  Və  Mə  Əxxərtu  Və  Mə 

Əsrartu  Və  Mə  Ələntu,  Və  Mə  Əntə Əaləmu Bihi  Minni  Əntəl  Muqəddimu Və 

Əntəl Muəxxiru Və Əntə Alə Kulli Şeyin Qadir -

 Allahım! Mənim günahımı və 

bilməyərəkdən  etdiyim  xətamı,  bütün  işlərimdəki  israfımı  və  məndən  daha 

yaxşı  bildiyin  (pis)  əməllərimi  bağışla!  Allahım! Bütün  xətalarımı,  bilərəkdən, 

bilməyərəkdən və zarafatla etdiklərimi bağışla. Bunların hamısı məndə vardır. 

Allahım!  Əvvəl  etdiyim  və  sonra  edəcəyim,  gizlin  saxladığım  və  üzə 

çıxartdığım  (pis)  əməllərimi  bağışla!  Əvvələ çəkən  də  Sənsən,  təxirə salan  da 

Sənsən. Hər şeyə qadir olan da Sənsən”

406


.  

 

 



 

Zeyd  İbn  Ərqam



 

  deyir  ki,  mən  sizə  Peyğəmbər    dediyini  deyirəm,  O 

buyurdu:  “

Allahummə  İnni  Əuzu  Bikə  Minəl  Aczi  Vəl  Kəsəli  Vəl  Cubni  Vəl 

Buxli Vəl Hərami Və Azəbil Qabri, Allahummə Əti Nəfsi Təqvəhə Və Zəkkəhə 

Əntə Xayru Mən Zəkkəhə Əntə Vəliyyuhə Və Məvləhə, Allahummə Inni Əuzu 

Bikə Min Ilmin Lə Yənfə Və Min Qalbin Lə Yəxşə Və Min Nəfsin Lə Təşbəa Və 

Min  Dəavətin  Lə  Yusstəcəbu  Ləhə  -

  Allahım!  acizlikdən,  tənbəllikdən, 

qorxaqlıqdan,  paxıllıqdan,  qocalıqdan  və  qəbir  əzabından  Sənə  sığınıram, 

Allahım!  Nəfsimi  təqvalı  et  və  onu  təmizlə,  Sən  onu  təmizə  çıxaranların  ən 

yaxışısısan.  Sən  onun  hamisi  və  həvədarısan.  Allahım!  Faydasız  elimdən, 

təslim  olmayan  qəlbdən,  doymayan  nəfisdən  və  eşidilməyən  (qəbul 

olunmayan) duadan Sənə sığınıram”

407


.  

                                                

405

 Müslim 7087.  



406

 Buxari 6398, 6399, 6035, 6036, Müslim 2719, 7076, Buxari “Ədəbul Mufrad” 688, 689, İbn Hibban 957.  

407

 Müslim 7081, 2722, Nəsəi 5458, 5538.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə