Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə58/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   54   55   56   57   58   59   60   61   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

169 



 

 



.

 



 

Əbu  Hureyra    rəvayət  edir  ki:  «Allah  Elçisi    buyurdu:  «



Subhənəllah  - 

Vəlhəmdulilləh  -  Və  Lə  İləhə  İlləllahu  -  Vallahu  Əkbər  -

  deməyim,  mənə 

günəşin üzərinə doğduğu (düşdüyü) hər şeydən daha sevimlidir»

462



 



  

 



 

Musab İbn Sad atasından   rəvayət edərək belə demişdir: «Atam (Sad İbn 

Əbu Vəqqas) mənə bunu dedi: «Allah Elçisinin   yanında idik. Bizə:  «Sizdən 

hər  biriniz  1000  savab  qazanmağa  acizsiniz?  (gücünüz  çatmazmı)»  -  deyə 

buyurdu.  Yanında  oturanlardan  biri  soruşdu:  «Biz  1000  savabı  necə  qazana 

bilərik?»  Allah  Elçisi    buyurdu:  «Biriniz  100  dəfə  Təsbih  – 



Subhənəllah  -

 

dedikdə, ona 1000 savab yazılar və 1000 günahı silinər»



463

.  


 

 



 

 

Cabir    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  «Kim:  “



Subhanəllahil-

Aziymi Və Bihəmdihi – 

Böyük Allah pak və müqəddəsdir! Allaha həmd olsun! 

- deyərsə, (hər dəfə dedikdə) onun üçün Cənnətdə bir xurma ağacı əkilər»

464


.  

 

 



(



 

 

Abdullah İbn Amr  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Yer üzərində 



elə  bir  kimsə  yoxdur  ki: 

Lə  İləhə İlləllah  -  Vallahu  Əkbər  -  Və  Subhənallah  - 

Vəlhəmdulilləh - Və Lə Həulə Və Lə Quvvətə Illə Billəh -

 desə onun günahları 

(xətaları)  dənizin  köpükləri  qədər çox  (dəniz  köpüyündən çox  olsa) olsa  belə 

silinər”


465

.  


 

                                                

462

 Muslim 4/2072, 2695, 7022, Tirmizi 3597, 3946, İbn Hibban 834, əl-Albani “Səhih”.  



463

 Müslim 2698, 7027, Tirmizi 3463, 3799, əl-Albani “Səhih Tərğib” 1544.  

464

 Tirmizi  3464,  3465,  3800,  İbn  Hibban  827,  Həkim  1/501,  «Səhihul  Cami»  5/531,  əl-Albani  “Səhih  Tərğib” 



1540.  

465


 Tirmizi 3460, 3794, Əhməd 6479, 6635, əl-Albani “Səhih Tərğib” 1569.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

170 



 



 

)

(



Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  bir  dəfə  Allah  Elçisi    yarpaqları 

qurumuş bir ağacın yanından keçərkən dəyənəyilə ağaca vurdu və yarpaqları 

töküldü.  O  dedi:  “Şübhəsiz 

Əlhəmdulilləh  -  Və  Subhənəllah  -  Və  Lə  İləhə 

İlləllah  -  Vallahu  Əkbər  - 

sözləri,  qulun  günahlarını  (xətalarını)  bu  ağacın 

yarpaqları töküldüyü kimi tökər”

466


.  

 



 

 



 

 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  bir  dəfə  o  ağac  əkməklə  məşğul  olarkən 

Allah  Elçisi    oradan  keçərək  buyurdu:  “Ey  Əbu  Hureyra!  Əkdiyin  nədir?” 

Əbu  Hureyra:  “Özüm  üçün  ağac  əkirəm”.  Peyğəmbər:  “Sənin  üçün  bundan 

daha xeyirli bir əkiləcək ağac göstərimmi?” Əbu Hureyra: “Göstər, ey Allahın 

Elçisi!”. Peyğəmbər: “De: 

Subhənəllah - Vəlhəmdulilləh - Və Lə Iləhə Illəllah - 

Vallahu Əkbər -

 (Belə desən) hər bir kəliməyə qarşılıq Cənnətdə sənin üçün bir 

ağac əkilər”

467


.  

 



 

 



 

 

Numan  İbn  Bəşir    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Həqiqətən, 



söylədiyiniz 

Təsbih,  Təhlil

  və 


Təhmid

  kəlimələri  Allahın  ucalığını  ifadə  edən 

zikrlərdir. Onlar Ərşin ətrafında fırlanırlar, bal arısı sürüsünün uğultusu kimi 

bir uğultuları da olur, onlar öz sahiblərini (bu zikri edəni) yad edirlər. Sizdən 

biri  onu  (Ərşin  ətrafında)  yad  olunan  bir  kimsə  olmasını  sevməzmi 

(istəməzmi)?”

468

.  


 



                                                

466


 Tirmizi 3533, 3876, əl-Albani “Səhih Və Daif Cəmius Səğir” 3852, “Səhih Cəmi” 2089.  

467


 İbn Macə 3807, 3939, əl-Albani “Səhih”.  

468


 İbn Macə 3809, 3941, əl-Albani “Səhih Tərğib” 1568.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

171 



 

 

Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Rahmənə sevimli, 



dilə  (tələffüzü)  asan  və  tərəzidə  ağır  gələn  iki  kəlmə  (vardır  ki,  bunlar): 



Subhanəllahi Və Bihəmdihi, Subhanəllahil Azim -

 Allah pak və müqəddəsdir! 

Allaha həmd olsun! Böyük Allah pak və müqəddəsdir! - (kəlmələridir)”

469

.  


 

)

.(



.

 

Ənəs  İbn  Məlik    rəvayət  edir  ki:  «Peyğəmbər    bir  budaq  götürüb  onu 



silkələdi, lakin yarpaqları tökülmədi. Bir də silkələdi, yarpaqları tökülmədi. Bir 

də  silkələdikdən  sonra  yarpaqları  töküldü.  O  belə  buyurdu:  «Şübhəsiz  ki, 



Subhənəllah  -  Əlhəmdulilləh  - Və Lə  İləhə  İlləllah  –  Vallahu  Əkbər  -

  ağac öz 

yarpaqlarını tökdüyü kimi günahları aparır (tökür)»

470

.  


 

 



 

.

 



 

Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: «



Lə Iləhə Illallah - 

Allahu Əkbər - 

deyən elə bir kəs yoxdur ki, Cənnətlə müjdələnməsin»

471

.  


 

 



 

Ummu  Həni  bint  Əbu  Talibdən   rəvayət  edir  ki,  bir gün Allah  Elçisi   

yanıma  gəldi.  Ona  dedim  ki:  «Ey  Allahın  Elçisi!  Artıq  yaşa  doldum,  güc  və 

taqətdən  düşdüm  (və  ya  buna  oxşar  bir  şey  söylədi).  Oturduğum  halda  edə 

biləcəyim  bir  əməli  etməyimi  mənə  əmr  et!»  -  dedim.  Buyurdu  ki:  «100  dəfə 

«

Subhənəllah

»  de!  Çünki  belə  deməyin,  sənin  üçün  (savab  olaraq)  İsmail 

övladından 100 köləni azad etməyinə bərabərdir. 100 dəfə «



Əlhəmdulilləh

» de! 


Çünki belə deməyin, sənin üçün belinə yəhər, ağzına da noxta vurulmuş yüz 

dənə atı, (savab olaraq) Allah yolunda (cihadda) istifadə etməyinə bərabərdir. 

                                                

469


 Buxari 7563, Muslim 4/2072, Tirmizi 3467.  

470


 Buxari «Ədəbul Mufrad» 634, Əhməd 12534, 12556, İbn Məcə 3813, əl-Albani “Həsən”.  

471


 Tabərani “Mucəmul Kəbir” 974, əl-Albani «Sahihul Cəmius Sağir» 5569.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə