Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə61/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   57   58   59   60   61   62   63   64   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

178 



 

 

Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Allahın 



qullarından bir qulu: “

Yə Rabbi Ləkəl Həmdu Kəmə Yənbəğiy Li Cələli Vəchikə 

Vəl Aziymi Sultanikə 

- Ey Rəbbim! Sənin Üzünün Cəlalına və Hakimiyyətinin 

Əzəmətinə  layiq  şəkildə  Həmd  Sənə  olsun”  dedi.  Bu  həmdi  yazmaq  üçün 

görəvli  olan  iki  mələk  aciz  qalaraq  necə  yazacaqlarını  bilmədilər.  Mələklər 

Səmaya  qalxaraq:  Ey  Rəbbimiz!  Sənin  qulun  elə  bir  (Həmd)  etdi  ki,  necə 

yazacağımızı  bilmirik”  dedilər.  Uca  və  Böyük  olan  Allah  qulunun  nə 

söylədiyini  (ən gözəl)  bildiyi  halda  buyurdu: “Qulum  nə söylədi?”. Mələklər: 



Yə  Rabbi  Ləkəl  Həmdu  Kəmə  Yənbəğiy  Li  Cələli  Vəchikə  Və  Aziymi 

Sultanikə

”  dedi.  Allah:  “Qulumun  söylədiyi  kimi  yazın,  hətta  Mənimlə 

görüşüb mükafatını verənə qədər

 

“ deyə buyurdu



491

.  


 

 

 

Əbu  Musa  əl-Əşari    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Bir  qulun 

uşağı  vəfat  etdiyi  zaman  Allah  mələklərinə:  “Siz  Mənim  qulumun  uşağını 

aldınız”.  Onlar:  “Bəli”  dedilər.  Allah:  “Qulumun  könlünün  meyvəsinimi 

aldınız”.  Onlar:  “Bəli”  dedilər.  Allah:  “Qulum  nə  dedi?”.  Onlar:  “Sənə  həmd 

etdi  və: 

İnnə  Lilləhi  Və  İnnə  İleyhi  Raciun  –

  Biz  Allahınıq  və  Ona  tərəf  da 

dönəcəyik”  deyə  cavab  verdi.  Uca  və  Böyük  olan  Allah:  “Qulum  üçün 

Cənnətdə bir ev tikin və adını da”



Həmd Evi

” qoyun” deyə buyurar

492

.  



 

 



 

 



                                                

491


 İbn Məcə 3801, əl-Albani “Daif Cəmi” 1877, “Daif Tərğib” 961, 967. 

492


 Tirmizi 1021, əl-Albani «Həsən».  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

179 



 

Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Allah  buyurur: 

“Mənim  dərgahımda  mömin  qulum  daima  xeyir  içindədir.  Mən  onun  canını 

alarkən də o Mənə 



həmd

 edər”


493

.  


 

 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Allaha 

həmd

  ilə 


başlanılmayan hər bir söz (bərəkətdən) qopuqdur”

494


.  

 

 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “



Əlhəmdulilləhi 

Alə  Kulli  Həli,  Rabbi  Əuzu Bikə  Min  Həli  Əhlin  Nəri  –

  Hər  bir halda  Həmd 

Allaha məxsusdur, Rəbbim! Cəhənnəm əhlinin halından Sənə sığınıram”

495


.  

 



 

 



 

Ənəs  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Allah hər hansı bir qula bir 

nemət verdikdə, qul: “

Əlhəmdulilləh

” deyərsə, qulun verdiyi aldığından daha 

əfzəl olar”

496


.  

 



.

 

 



Sufyan  İbn  Səidin  rəvayətinə  görə  Davud  buyurdu:  «

Əlhəmdulilləh 

Həmdən  Kəmə  Yənbəğiy  Likərimi  Vəchi  Rabbiy  Azzə  Cələləh  -

  Rəbbimin 

Cəmalının  kəramətinə  və  Cəlalının  izzətinə  layiq  Allaha 

həmd

  olsun!»  Allah 

ona belə vəhy etdi: «Ey Davud! Mələkləri (savab yazmaqdan) yordun!»

497


.  

 

                                                



493

 Əhməd 8136, 8473, 8492, 8716, Bəzzar “Kəşf əl-Əstar” 781, İbn Əbi Dunyə “Şukur” 84, əl-Albani “Sahihul 

Cəmius Sağir” 1910, 4318.  

494


 Əbu Davud 4840, 4842, İbn Məcə 1894, əl-Albani “Zəif”.  

495


 İbn Məcə 3804, əl-Albani “Zəif”.  

496


 İbn Macə 3805, 3937. əl-Albani “Həsən”.  

497


 İbn  Əbi  Dunyə  «Şukur»  37,  Beyhəqi  «Şuabul  İman»  4262,  4582,  Əbu  Usamə  Səlim  İbn  İyd  əl-Hilali 

“Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

180 



 

 

 



Zubeyr İbn Avvam   rəvayət edir ki, Allah Elçisi   buyurdu: “Hərə səhər 

Allahın  qulları  üçün  görəvli  olan  carçı  çıxaraq  deyər:  “



Subhənəl  Məlikil 

Quddus  -

  Hər  bir  şeyin  Məliki  və  Müqəddəs  olan  Allah  pak  və 

nöqsansızdır!”

498

.  


 



 

 

 



İmran  İbn  Husayn    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Qiyamət 

günü Allahın ən fəzilətli qulları 



həmd

 edənlər olacaq. Sonra ümmətimdən bir 

dəstə,  müşriklərdən  onlara  qarşı  çıxanlarla  döyüşməyə  davam  edə-edə, 

nəhayət Dəccalla döyüşəcəklər”

499

.  


 



 

 

Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hövsələ 



Allahdan, tələskənlik isə şeytandandır. Allaha 

həmd

 etməkdən də Allaha daha 

çox üzrxahlıq edilən və Allaha daha sevimli olan heç bir şey yoxdur”

500


.  

 

)



 (

 

Salman  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir kişi: 



Əlhəmdulilləhi 

Kəsiran -

 Allaha çoxlu həmd olsun” dedi. Mələk (bu kəlimənin savabını) qeyd 

etməkdən  aciz  qaldı.  Onunla  Rəbbinə  qayıtdı.  Allah:  “Qulumun  dediyi  kimi 

yazın (savabın çoxluğunu)” buyurdu

501

.  


 

 ِةَّن  جْلا ِزوُنُك  

CƏNNƏTİN XƏZİNƏLƏRİ 

                                                

498

 Tirmizi 3569, əl-Albani “Zəif”.  



499

 Tabərani  “Mucəmul  Kəbir”  14673,  Əhməd  19909,  əl-Albani  “Sahihul  Cəmius  Sağir”  1571,  “Silsilətul 

Əhədisis Sahiha” 1584.  

500


 Əbu Yəla 4256, əl-Albani “Sahih Tərğib” 1572, 2677.  

501


 əl-Albani “Səhih Tərğib” 1577, “Silsilədə” 3452.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə