Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə59/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   55   56   57   58   59   60   61   62   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

172 



 

100  dəfə  «

Allahu  Əkbər

»  de!  Çünki  belə  deməyin,  sənin  üçün  Haramda 

qurban  edilməyə  təqdim  olunan  və  Allah  tərəfindən  qəbul  olunan  100  dənə 

dəvəni, (savab olaraq) qurban etməyinə bərabərdir. 100 dəfə «



Lə İləhə İlləllah

» 

de!». İbni Xələf  deyir  ki:  «Zənnimcə Allah  Elçisi    belə  buyurdu:  «O,  göy ilə 



yer  arasındakı  məsafəni  doldurur.  Sənin  etdiyin  əməlin  bənzərini  edəndən 

başqa, o gün heç kimsənin əməli Allaha ərz edilməyəcəkdir»

472

.  


 

.

 



 

Amr  İbn  Şueyb  atasından,  o  da  babasından  rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu: “Hər kim səhər 100 dəfə və axşam 100 dəfə: 

Subhənəllah 

deyərsə 100 

dəfə həcc etmiş sayılar (və ya savabı yazılar). Hər kim səhər 100 dəfə və axşam 

100 dəfə: 

Əlhəmdulilləh

 deyərsə Allah yolundan cihad üçün 100 at hazırlamış 

kimi və ya 100 dəfə döyüşə qatılmış kimsə kimi savab qazanar. Kim səhər 100 

dəfə və axşam 100 dəfə: 



Lə İləhə İlləallah

 deyərsə İsmail oğullarından 100 kölə 

azad edənin savabını qazanar. Kim də səhər 100 dəfə və axşam 100 dəfə: 



Allahu 

Əkbər

 deyərsə onu söylədiyi qədər söyləyən və ya onun söylədiyi qədəri keçən 

kimsədən başqa heç kimsə onun qazandığı savabı qazanmaz”

473


.  

 

.



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Cənnət 

baxçalarından  ötdüyünüz  zaman  istifadə  edin”.  Mən:  “Ey  Allahın  Rəsulu! 

Cənnət  baxçaları  haradır?”  deyə  soruşdum.  O:  “Məscidlər”  deyə  buyurdu. 

Mən:  “Oradan  istifadə  etmək  nə  deməkdir?”  dedim.  O:  “

Subhənəllah  – 

Vəlhəmdulilləh – Və Lə İləhə İlləllah – Vallahu Əkbər

” deməkdir

474

.  


 

.

 



                                                

472


 Əhməd 26956, 27670, İbn Məcə 3810, əl-Albani «Silsilətul Əhədisis Sahiha» 1316.  

473


 Tirmizî 3471, əl-Albani “Munkər”.  

474


 Tirmizi 3509, əl-Albani “Səhih Və Daif Cəmius Səğir” 1714, “Daif Cəmi” 701.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

173 



 

Əbu  Bişr Zuhri    rəvayət  edir  ki:  “Ramazan  ayında 



Subhənəllah  –

  demək 


digər günlərdə (aylarda) söylənəcək 

Subhənəllah-dan

 1000 dəfə əfsəldir”

475

.  


 

.

 



Təmim  əd-Dari    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Kim  10  dəfə: 

Əşhədu  Ənlə  İləhə  İlləllah  Vəhdəhu  Lə  Şərikə  Ləh,  İləhə  Vəhid,  Əhədun, 

Samədun, Ləm Yəttəxizu Sahibu Və Ləvələdu Və Ləm Yəkun Ləhu Kufvən Əhəd 

 

Şəhadət edirəm ki, Allahdan başqa ibadətə lyiq haqq İlah yoxdur, təkdir və 

şəriki  də  yoxdur,  Vahid  olan  və  heç  bir  şeyə  ehtiyacı  olmayan  Tək  olan  İlah 

odur. Nə özünə yoldaş, nə də övlad götürməmişdir. Onun oxşarı və bənzəri də 

yoxdur” deyərsə ona 40 miliyon savab yazılar

476


.  

 

 



  

 

.



 

 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Sipərinizi 

(qalxanınızı)  alın!»  (Səhabələr)  dedilər:  «Ey  Allahın  Elçisi!  Gələn  düşmənə 

qarşımı?» Dedi: «Xeyir, oda qarşı sipərinizi (qalxanınızı) alın. O «

Subhənəllah - 

Vəlhəmdulilləh - Və Lə İləhə İlləllah, Vallahu Əkbər – 

deyərsə bunlar Qiyamət 

günündə  Muqaddimət,  Muaqqibət  (təqib  edənlər)  və  Mücənnibət  (öndəkilər) 

olaraq gələcəklər. Əbədi qalacaq saleh əməllər də elə bunlardır”

477

.  


 

)

(



 

 

Səmura  İbn  Cundub    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Dörd 



fəzilətli (xeyirli)  kəlam, hansından başlasan eyb (zərər) etməz:  “

Subhənəllah – 

Vəlhəmdulilləh – Və Lə İləhə İlləllah – Vallahu Əkbər

478



.  

 



 

 



 

                                                

475

 Tirmizi 3472, əl-Albani “Zəif”.  



476

 Tirmizi 3473, əl-Albani “Zəif”.  

477

 Tabərani «Mucəmul Əvsat» 3179, əl-Albani “Səhih Və Daif Cəmius Səğir” 5525, “Səhih Cəmi” 3214.  



478

 İbn Məcə 3811, İbn Hibban 836, 839, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

174 



 

 

Əbu Zərr   demişdir: “Mən dedim: “Ey Allahın Rəsulu! Mənə nəsihət et!” 



O  buyurdu:  “Bir  günah  etdikdə,  ardınca  yaxşı  əməl  et  ki,  onu  silsin”.  Mən 

dedim:  “Ey  Allahın  Elçisi!  “



Lə  İləhə  İllallah

”  demək  yaxşı  əməllərdən  hesab 

olunurmu?” O buyurdu: “Bu, yaxşı əməllərin ən fəzilətlisidir”

479


.  

 

.



 

Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim:  “



Subhənəllahi  Və 

Bihəmdihi  - 

Allah  pak  və  müqəddəsdir,  Həmd  Ona  məxsusdur  –  deyərsə, 

Cənnətdə onun üçün bir ağac əkilər”

480


.  

 

 



)



(

)

(



 

 

Əbu  Zərr    rəvayət  edir  ki,  Allah  Elçisi    Əbu  Zəri  xəstələndiyinə  görə 



ziyarət etmişdi və ya Əbu Zərr Allah Elçisini  ziyarət etmişdi. Əbu Zərr: «Ey 

Allahın  Elçisi!  Hansı  kəlam  Allaha  daha  sevimlidir?»  -  dedi.  Peyğəmbər: 

«Allahın  öz  mələkləri  (Başqa  rəvayətdə:  Qulları)  üçün  bəyəndiyi  (seçdiyi): 



Subhənə Rabbi Və Bihəmdihi - Subhənə Rabbi Və Bihəmdihi - 

Rəbbim pak və 

müqəddəsdir,  həmd  Onadır!  Rəbbim  pak  və  müqəddəsdir,  həmd  Onadır!  – 

sözüdür (Başqa rəvayətdə: 

Subhənəllahi Və Bihəmdihi

481



.  

 

 



.

 

 



Abdullah  demişdir: «Uca Allah ruzini sizin aranızda bölüşdürdüyü kimi 

əxlaqı da sizin aranızda bölüşdürmüşdür. Uca Allah mal-dövləti istədiyinə də, 

istəmədiyinə  də  verir.  İmanı  isə  yalnız  sevdiyi  adama  verir.  Kim  malını 

xərcləməyə  xəsislik  etsə,  düşmənlə  cihad  etməkdən  qorxsa,  gecə  olanda 

həyəcan keçirsə, qoy: “

Lə İləhə İlləllah - Subhənəllah - Əlhəmdulilləh - Allahu 

Əkbər - 

desin».


482

 

 



                                                

479


 Əhməd 21525, əl-Albani «Səhih Tərğib» 3162.  

480


 İbn Hibban 826, əl-Albani “Səhih Tərğib” 1539.  

481


 Müslim 2731, 7101, Tirmizi 3593, əl-Albani “Səhih”.  

482


 Buxari «Ədəbul Mufrad» 275, əl-Albani “Səhih”.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə