Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə67/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   63   64   65   66   67   68   69   70   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

196 



 

İlləllah

 kəliməsini dedi. Mənimlə olan ənsar yoldaşım ondan əl çəkdi, mən isə 

qılıncımla  onu  vurub  öldürdüm.  Mədinəyə  gəldikdə  isə  artıq  bu  xəbər 

Peyğəmbər    çatmışdır.  Peyğəmbər:  «Ey  Usamə!  Sən  onu 



Lə  İləhə  İlləllah

 

dedikdən sonramı öldürdün?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! O, canını 



qurtarmaq üçün belə dedi» dedim.  O, mənə yenə də: «Ey Usamə! Sən onu 

Lə 

İləhə  İlləllah

  dedikdən  sonramı  öldürdün?»  deyə  buyurdu.  Peyğəmbər    bu 

sözləri  dayanmadan  mənə o,  qədər  təkrar  etdi  ki,  mən  kaş  ki,  bu günə  qədər 

müsəlman olmazdım  təmənna  edənə  qədər peşman oldum  (Başqa  rəvayətdə: 

Peyğəmbər   



Lə  İləhə  İlləllah

  dedikdən  sonramı  sən  onu  öldürdün?»  Mən: 

«Ya Rəsulullah! O, bu kəliməni mənim silahımın qoxusundan söylədi» dedim. 

Peyğəmbər:  «İçindən  söyləyib  söyləmədiyini  öyrənmək  üçün  qəlbinimi  yarıb 

baxdın?» deyə buyurdu və bu kəlimələri o, qədər təkrar etdi ki, mən kaş ki, elə 

o günü müsəlman olardım deyə təmənna etdim)»

547


.  

 

 



 

 

Cundub  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    müsəlmanlardan 



təşkil edilmiş bir dəstəni müşriklərin bir qövmü üzərinə göndərir. İki ordu bir-

biri ilə qarşılaşdılar. Müşriklərdən biri müsəlmanlardan istədiyini göz-altı edib 

izləyərək  onu  öldürürdü.  Müsəlmanlardan  bir  nəfər  isə  (biz  deyirik  ki,  bu 

Usamə İbn Zeyd) idi. O, müşrüki izləyərək münasib (bir an) yetişdikdə Usamə 

qılıncını  o,  müşrikin  üzərinə  qaldırdıqda  o:  «

Lə  İləhə  İlləllah

»  deyərək 

qışqırdı.  Usamə  buna  əhəmiyyət  vermədən  o,  kimsəni  zərbə  ilə  öldürdü. 

(Döyüşdən  sonra)  Müjdəçi  Peyğəmbərin    yanına  gələrək  ona  döyüşdə  baş 

verən hadisələri və (Usamə) haqqında məlumat verdi.  Peyğəmbər   Usaməni 

yanına  çağıraraq:  «Nə  üçün  onu  öldürdün?»  deyə  buyurdu.  Usamə:  «Ya 

Rəsulallah!  O,  müsəlmanlara  əziyyət  verərək filankəsi-filankəsi öldürdü  deyə 

(bir  çox  müsəlmanların  isimlərini  zikr  etdi)»  dedi.  Mən  də  onun  üzərinə 

hücum etdikdə o, qılıncımı görəcək 

Lə İləhə İlləllah

 deyə qışqırdı. Peyğəmbər: 

«Sən  də  onu  öldürdünmü?»  deyə  buyurdu.  Usamə:  «Bəli»  deyə  cavab  verdi. 

                                                

547

 Müslim 96/158, 97/160, 287, 289.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

197 



 

Peyğəməbr: «Qiyamət günü qarşına 



Lə İləhə İlləllah

 kəlməsi ilə gəldikdə onda 

sən  nə  edəcəksən?»  deyə  buyurdu.  Usamə:  «Ya  Rəsulallah!  Mənim  üçün 

Allahdan  bağışlanma  dilə!»  dedi.  (Lakin)  Peyğəmbər    heç  bir  söz  demədən 

bu  kəlimələri  bir  neçə  dəfə  təkrar  edirdi:  «Qiyamət  günü  qarşına 



Lə  İləhə 

İlləllah 

kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?»

548

.  


 

 

 



Səid  İbn  Musəyyib  atasından  rəvayət  edir  ki, Əbu  Talib ölüm anında  ikən 

Peyğəmbər    onun  yanına  gəldi.  Onun  yanında  Əbu  Cəhl  və  Abdullah  İbn 

Əbu  Umeyyə  İbn Muğirə  də  var idi. Peyğəmbər:  «Ey əmi! 

Lə  İləhə  İlləllah

  – 

kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl 

və  Abdullah  İbn  Əbu  Umeyyə  İbn  Muğirə:  «Ya  Əbu  Talib!  AbdulMuttalibin 

millətini  tərk  mi  edirsən?»  dedilər.  Peyğəmbər    sözünü  əmisinə  deməkdə 

davam  edirdi.  Onlar  da öz sözlərini  deməkdə  davam  edirdilər.  Nəhayət  Əbu 

Talibin onlara söylədiyi son söz: «AbulMuttalibin milləti üzərindəyəm!» oldu 

və: «

Lə İləhə İlləllah

» deməkdən çəkindi. Peyğəmbər: «Yaxşı bil ki, Allaha and 

olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». 

Bundan  sonra  Allah  ayə  nazil  etdi: 



«Müşriklərin  Cəhənnəmlik  olduqları 

(müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə 

və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).

 

Allah,  Əbu  Talib  haqqında  bu  ayəni  nazil  etdikdə  Peyğəmbər: 



«(Ya 

Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma 

Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) 

daha yaxşı o bilir». (əl-Qəsəs 56)

549

.  

 

 



                                                

548


 Buxari 4269, 4021, 6478, 6872, Müslim 96/159, 287, 288, 289, İbn Hibban 4751, Əhməd 21793.  

549


 Buxari 1360, 3884, 4772, Müslim 141, Nəsəi 2035, Həkim 3291, İbn Hibban 982, Əhməd 23674, 23724.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

198 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Ey əmi! 



Lə  İləhə 

İlləllah

 – kəlməsini de ki, bununla Allah yanında sənin leyhinə şəhadət edim». 

Əbu  Talib:  «Qureyşin  məni  ayıblaması  və  haqqımda:  «Əbu  Talib  bunu  ancaq 

qorxudan  dedi!»  demələri  olmasaydı,  onu  deyib  səni  məmnun  edərdim». 

Allah,  Əbu  Talib  haqqında  bu  ayəni  nazil  etdikdə  Peyğəmbər: 



«(Ya 

Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma 

Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) 

daha yaxşı o bilir». (əl-Qəsəs 56)

550


.  

 

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  dünyasını dəyişdikdən sonra 

Əbu Bəkrin  xəlifəliyi (dövründə) bir qrup ərəblər (zəkat verməkdən imtina 

edərək) küfrə girirlər. (Əbu Bəkr   onlarla vuruşmağa qərar verdikdə) Ömər: 

«Sən  o,  insanlarla  necə  döyüşə  bilərsən  ki,  Peyğəmbər    buyurmuşdu: 

«Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına (və Muhəmmədin Allahın 

Rəsulu  olduğuna)  şəhadət  edincəyə  qədər  insanlarla  vuruşmağa  əmr 

olundum.  Bunu  etdilərmi,  İslamın  haqqı  müstəsna  olmaqla  öz  qanlarını  və 

mallarını  məndən  qorumuş  olarlar.  Haqq-hesablarını  çəkmək  isə  Allaha 

aiddir»  dedi.  Əbu  Bəkr:  «Allaha  and  olsun  ki,  namaz  və  zəkatı  bir-birindən 

ayıranlarla  vuruşacağam.  Çünki  zəkat  malın  haqqıdır.  Allaha  and  olsun  ki, 

onlar Peyğəmbər  ödədikləri bir dəvə yulanını belə məndən əsirgəmiş olsalar 

bundan  ötrü  onlarla  vuruşacağam»  deyə  cavab  verdi.  Ömər:  «Vallahi  başa 

düşdüm  (gördüm)  ki,  tək  Allah  özü  Əbu  Bəkrin    köksünü  onlarla 

döyüşməyə açmışdır və başa düşdüm ki, doğru olan da elə budur»

551

.  


 

                                                

550

 Müslim 144.  



551

 Buxari 1335, 1399, 6924, Müslim 20/32, 133, Nəsəi 3092, 3973, Əhməd 117, 335.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə